Vilyam Hacıyev kimə güvənir? – Oğlu külli miqdarda pul söz verib
Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) xüsusi əməliyyatı nəticəsində vəzifə başında həbs edilən İmişlinin keçmiş icra başçısı Vilyam Hacıyev iki həftəyə azadlığa çıxmaq istəyir.
regionxeberlericom.az bildirir ki, Yenisabah.az-a daxil olan məlumata görə, Vilyam Hacıyevin oğlu Məhəmməd Hacıyev ölkənin tanınmış vəkillərindən biri ilə görüşərək ondan atasını iki həftəyə azadlığa çıxarmağı xahiş edib. O bunun müqabilində vəkilə külli miqdarda qonorar verəcəyini deyib. Vəkil isə Vilyam Hacıyevin qısa müddət ərzində azadlığa buraxılmasının mümkün olmayacağını bildirib.
Vilyam Hacıyev mayın 5-də saxlanılıb. Bir gün sonra Səbail Rayon Məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.
Keçmiş icra başçısı qərardan apellyasiya şikayəti versə də, təmin edilməyib.
Vilyam Hacıyevin həbsinin ilk günlərindən yayılan məlumatlar onun ittihamları qəbul etmədiyini göstərir. O hələ məhkəmədən çıxanda ail üzvlərinə “Haqq öz yerini tutacaq” deyib. Oğlunun atasını iki həftəyə çıxarmaq istəyi, həbs qərarından verilən apellyasiya şikayəti də keçmiş icra başçısının özünü təqsirli hesab etmədiyini göstərir.
Halbuki, DTX-nın yaydığı əməliyyat görüntüləri Vilyam Hacıyevin rüşvət və korrupsiyaya bulaşdığını sübut etmək üçün kifayətdir. Biz hələ onun evindən “banderollarda” çıxan pulları, bahalı avtomobilləri demirik. Təxmini hesablamalara görə müxtəlif valyutalarda olan bu pulların məbləği 4-5 milyon manat civarındadır. Vilyam Hacıyevin maaşı isə 1000 manatdan artıq deyil.
Keçmiş icra başçısının özünü təqsirsiz hesab etməsi və tezliklə azadlığa can atması bəzi mülahizələrə yol açıb. Qeyd edək ki, Vilyam Hacıyev həbs edilən icra başçıları arasında ilk adamdır ki, həbsindən şikayət verir. Ağstafanın keçmiş icra başçısı Nizaməddin Quliyev və müavini Ramiz Tatarov, Neftçalanın keçmiş icra başçısı İsmayıl Vəliyev apellyasiya şikayəti verməkdən imtina ediblər və bunu ictimailəşdiriblər. Biləsuvarın keçmiş icra başçısı Mahir Quliyevin də apellyasiya şikayəti verməsi barədə hər hansı məlumat yoxdur.
Bəs Vilyam Hacıyev hansı səbəbdən fərqli mövqe tutub?
Ehtimal olunur ki, keçmiş icra başçısının bu çabaları əslində onun himayədarlarına arxalanması ilə bağlıdır. Vilyam Hacıyev hələ həbs olunanda onun iqtidar komandasında yüksək mövqe tutan məmurlardan bəziləri tərərfindən himayə olunduğu barədə iddialar səsləndirlirdi.
Bu fakt Prezident İlham Əliyev səviyyəsində də dilə gətirilib. Doğrudur, ölkə başçısı konkret olaraq Vilyam Hacıyevin adını çəkməyib. İcra başçılarının yüksək vəzifəli şəxslər tərəfindən himayə olunması barədə faktı ümumiləşdirilmiş formada deyib: “Bəziləri hesab edirdi ki, onlar qanundan üstündür. Yaxud da hesab edirdilər ki, kimsə onlara kömək göstərəcək, onların havadarları, onlara uzun illər ərzində dəstək verən yüksək vəzifəli şəxslər. Mən demişəm ki, bu, olmayacaq”.
Böyük ehtimalla bu ümumiləşdirmənin içində Vilyam Hacıyev də var. Amma keçmiş icra başçısı himayədarlarına arxalanaraq özünü təqsirsiz sayıb azadlığa çıxmaq istəyirsə, o zaman Prezidentin bu sözünü yada salmalıdır: “Bu olmayacaq”. Elə onun himayədarları da bu sözdən nəticə çıxarsalar yaxşı olar.
Paylaş:
Müəllif : Yazar
Tarix:19-05-2020, 15:43
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:19-05-2020, 15:43
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Dünən, 17:50
Cenub Elektrik Stansiyasin sahəsində balıq gölləri - Baba Rzayev hara baxır? İDDİA/FOTOFAKT
Dünən, 12:45
Nəsimi sakinləri ölkə rəhbərliyindən kömək istəyir: “Vüqar Qasımov-Aslan Quliyev cütlüyü bizə divan tutur”
24-12-2024, 19:26
Prezident bu nəqliyyat vasitələri ilə bağlı qanun imzaladı - Yanvarın 1-dən 8 il müddətinə...
24-12-2024, 11:29