reklam
Regionxeberlericom.az » Gündəm » Məcburi köçkün prezidentdən və Mehriban Əliyevadan kömək istəyir-MÜRACİƏT

reklam

Məcburi köçkün prezidentdən və Mehriban Əliyevadan kömək istəyir-MÜRACİƏT


Laçın rayonunun Alxaslı kənd sakini Zərdab rayonunun Böyük Dəkkə kəndində məskunlaşmış məcburi köçkün Rzayev Nahid Zahid oğlu tərəfindən

MÜRACİƏT
Mən mətbuat vasitəsi ilə Prezident cənab İlham Əliyevə və Mehriban xanım Əliyevaya müraciət edirəm.
Mənim 26 yaşım var, valdeyinlərim vəfat ediblər.1992-ci il tarixdə Laçın rayonu ermənilər tərəfindən işğal olandan sonra valideyinlərim Zərdab rayonunun Böyük Dəkkə kəndində məskunlaşıblar.Valideyinlərim xəstəliyə düçar oldular maddi imkansızlıqdan müalicə etdirə bilmədik deyə vəfat etdilər.
Hazırda heç bir yerdə işləmirəm.Subayam evimiz qarğıdan düzəldilmiş komadır ki, orada heç heyvanda saxlamaq olmaz. Məskunlaşdığımız Zərdabın Böyük Dəkkə kəndində atam ev inşa etdirmək istəyirdi ki, xəstəliyə düçar oldu deyə yarımçıq qaldı.Bundan sonra anam xəstəliyə düçar oldu müalicə etdirə bilmədik deyə vəfat etdi.İndi kimsəsiz qarğı damında qalmışam.
Məcburi köçkünlər üçün verilən çörək pulumuda qanunsuz olaraq dayandırıblar.
Nə işim var, nə evim nədə ki, kimsəm çıxılmaz vəziyyətdə acınacaqlı durumda yaşayıram.
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə, Laçın rayon icra hakimiyyəti başçıs cənab Aqil Nəzərliyə və Zərdab rayon icra başçısı cənab Mərdan Camalova müraciət etsəmdə mənə köməklik göstərmirlər. Həttda məni məcburi köçkünlərə dğvlət tərəfindən inşa edilib paylanılan mənzillədə təmin etmirlər.
Hörmətli Prezident İlham Əliyev və Mehriban xanım Əliyeva Sizdən çox-çox xahiş edirəm yarımçıq qalmış evimizin tikilməsinə köməklik göstərəsiniz.
Əlaqə telefonu; 051 536-86-26













Paylaş:


Müəllif : Tarix:
20-05-2020, 10:02
Sikayət   


loading...
Загрузка...