Samir Şərifovun nazirliyi ittiham olunur - İDDİA
"Azərbaycanda SERP proqram təminatına illik texniki dəstək adı altında korrupsiya oyunları davam edir. Dövlət qurumları bu xidmətlər üçün satınalmalar həyata keçirir. Bu satınalmalarda ancaq SİNAM şirkəti udur. Sual edirəm: bu şirkətdən başqa İT şirkəti yoxdurmu ölkədə?”
Belə bir bəyanatla "Neuron Technologies” MMC-nin prezidenti İsmayıl Ələkbərov çıxış edib.
Sahibkar iddia edir ki, SERP adlandırılan proqram təminatı (PT) dövlət sifarişi əsasında neçə illər bundan əvvəl SİNAM şirkəti tərəfindən hazırlanıb Maliyyə Nazirliyinə təhvil verilib. Bu sistem keçib dövlətin balansına.
"Sistem Azərbaycan dövlətinin qeyri-maddi aktivi olduğundan, onun mənbə kodları da dövlətə təhvil verilməli idi. Lakin SİNAM qanunsuz olaraq bu PT-nın kodlarını özündə saxlayır. PT Maliyyə Nazirliyinin data mərkəzində quraşdırılıb və büdcə və digər dövlət təşkilatlarının mühasibatlıqları üçün əlçatandır”, - deyə İ.Ələkbərov qeyd edir.
Neuron Technologies-in rəhbəri dəfələrlə dövlət və hüquq mühafizə orqanlarına müraciət edib. Lakin onun sözlərinə görə, dövlət satınalması adı altında korrupsiyanın qarşısının alınması üçün hec bir tədbir görülmür.
İsmayıl Ələkbərov öz şirkətinin nümunəsində də korrupsiya sövdələşməsinin detalarını açıqlayır.
"Əslində büdcə təşkilatlarının keçirdiyi SERP kotirovkalarında ixtisas göstəriciləri uyğun gələn istənilən İT şirkəti iştirak edə bilər. Kotirovkada qalib olacağı təqdirdə, həmin büdcə təşkilatı müraciət edib Maliyyə Nazirliyindən mənbə kodlarını alıb, konfidensiallıq sazişi əsasında həmin qalib şirkətə ötürməlidir.
Ancaq SİNAM buna imkan vermir. Kodları qeyri-qanuni olaraq özündə saxlayıb. Rəhbərlik etdiyim "Neuron Technologies” şirkəti ötən illərdə bir neçə dəfə SERP kotirovkalarında qalib olsa da, dövlət təşkilatları kodları Maliyyə Nazirliyindən alıb bizə təqdim edə bilmədiyindən, həmin kotirovkalar ləğv olunurdu”.
Xatırladaq ki, "Neuron Technologies” şirkətinin prezidenti İsmayıl Ələkbərov 2019-cu ildə də oxşar açıqlama ilə çıxış etmişdi.
Mənbə: Turan.az
Paylaş:
Müəllif : Yazar
Tarix:22-05-2020, 09:18
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:22-05-2020, 09:18
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Dünən, 11:35
AŞARAQ ƏRAZİDƏ QALAN 10 YAXIN İRİ HƏCİMLİ ŞAM AĞAÇLARI - TƏBİƏTƏ ABŞERON RİH TƏRƏFİNDƏ EDİLƏN " HÖRMƏT" VƏ "QAYĞI" - FOTO
Dünən, 11:34