reklam
Regionxeberlericom.az » Gündəm » Özünə “gün ağladı”, sakinləri ağlatdı – Arif Seyidov haqda sensasion iddialar

reklam

Özünə “gün ağladı”, sakinləri ağlatdı – Arif Seyidov haqda sensasion iddialar


Prezident İlham Əliyevin mayın 22-də imzaladığı sərəncamla Arif Seyidov Göygöl Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.
A.Seyidov 2006-cı ilin fevralın 23-də Göygölün icra başçısı vəzifəsinə təyinat alıb.
Göygöl rayonuna 14 illik rəhbərliyi dövründə A.Seyidov heç də müsbət xal qazana bilməyib.
Keçən müddət ərzində icra başçısı postunda əyləşən A.Seyidov barədə mətbuatda yazılanların ümumi mənzərəsində “qara ləkələr” çoxluq təşkil edir.
A.Seyidov haqqındakı iddiaların məzmununu ümumiləşdirsək, deyə bilərik ki, keçən dövr ərzində icra başçısı xeyli qanunsuz əməllərin sahibinə çevrilib.
Göygöl sakinlərinin iddia və şikayətləri belə deməyə əsas verir ki, A.Əsədov rayonda ictimai kədər mühiti yaradıb və bunun hesabına varlanıb.
Bir müddət öncə A.Seyidovun oğlu Samir Seyidovun dəbdəbəli həyat sürməsini əks etdirən fotolar müzakirə obyektinə çevrilmişdi.  
Özü ilə yanaşı, oğlunun da aristokrat biznesmen ədaları etirazla qarşılanmaya bilməzdi.
Mətbuatda yazılanlara əsasən, bunun əsas səbəblərindən biri də odur ki, A.Seyidov icra başçısı olduğu müddətdə qanunun məmur qarşısında qoyduğu tələbləri yerinə yetirmək əvəzinə, sakinləri qəbul etmək kimi elementar bir vəzifəni belə yerinə yetirməyib.
A.Seyidov Göygölə qanuni şəkildə rəhbərlik etməkdən çox, rayonda orta əsrlərdəki hökmdar mövqeyinə yiyələnmək istiqamətində atdığı addımları böyük biznes şəbəkəsi qurmağa hesablanıb.
Onun otlaq, örüş sahələrini ələ keçirdiyi və öz fermer təsərrüfatının balansına qatdığı bildirilir.
Bundan başqa, Göygöldəki torpaqların icra başçısı tərəfindən qarış-qarış satılması faktlarının olduğu da yazılıb. O, bu işi yerli idarəetmə orqanı olan bələdiyyələrin əli ilə edib.
“Göygöl rayonunun icra hakimi Arif Seyidov məndən 10 min manat pul istədi. Pulum olmadı verməyə, torpağı başqa adama satdı. Anam, yoldaşım, qayınanamın yanında məni söydü”, - Göygöl rayonunun Hacıməlik qəsəbəsindən Muraz kəndli fermer təsərrüfatının müdiri Mahir Tağıyev dörd il bundan qabaqkı şikayətində belə deyirdi.
Cənab Seyidovun Aşıqlı, Toğana, Hacıkənd, Mixaylovka kəndlərində göz oxşayan evlərinin olduğu bildirilir.
A.Seyidovun rayona içməli suyun verilməsində də saxtakarlıqlara yol verdiyi yazılır.
Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) bəzi icra başçılarına qarşı keçirdiyi əməliyyatlar fonunda Göygöldən də şikayətlər gəlirdi.
Şəhid övladı Mirhəbib Cabbarov 2020-ci ilin mayın əvvəllərində ünvanladığı müraciətdə deyirdi ki, Arif Seyidovla bağlı yuxarı instansiyalara şikayət etdikləri üçün icra başçısı ailəyə qarşı daha da pis münasibət göstərməyə, onları təhqir etməyə başlayıb:
“Arif Seyidovun müavinləri dəfələrlə qapımıza gələrək, şikayət göndərdiyimizə görə bizi təhqir ediblər. Hazırda yaşadığımız ev başımıza uçur. Şəhid ailəsi olaraq bizə düşməli olan evi Arif Seyidov vermir. Bizə “pulunuz yoxdursa, ev də yoxdur” deyir. Biz - iki şəhid oğlu bir evdə qalmışıq”, - deyə  M.Cabbarov bildirib.
İnternet üzərindən apardığımız qısa araşdırmanın nəticəsi kimi deyə bilərik ki, A.Seyidov özünə gün ağlamağı bacarıb, amma bununla paralel olaraq rayon sakinlərini də ağladıb...


Paylaş:


Müəllif : Tarix:
23-05-2020, 08:09
Sikayət   


loading...
Загрузка...