"Hafiz Məmmədov futbolda yoxdusa, “Bakı”nın bazası dağıdılmalıdır?"
“Neftçi”nin sabiq-vitse prezidenti Tahir Süleymanov “Bakı” futbol klubunun bazasının sökülməsi ilə bağlı yazı paylaşıb. Hit.Az mövzunun aktuallığını nəzərə alaraq həmin yazını təqdim edir:
"Vaxtilə bolşeviklər çarı devirəndən sonra tarixi binaları, məscidləri, kilsələri söküb-dağıdırdılar. Uçurdurdular ki, yeni həyat quracaqlar. İndi Hafiz Məmmədov futbolda yoxdusa, futbol üçün tikib-qurduğunu söküb-dağıtmaq lazımdır?!
"Bakı"nın stadion-bazasına 10 milyon dollarla vəsait xərclənib. Paytaxtın o hissəsində yeganə futbol bazasıdır, 300-500 min əhalini əhatə edir(di). Neçə-neçə təbii, süni ot örtüklü meydançalar, akademiya, istənilən şərait yaradılmışdı...
Fitnes zallarına, tibbi avadanlıqlara külli miqdarda pullar xərclənmişdi. İndi federasiya bölgələrdə 1-2 akademiya inşa etdirir, futbolun inkişafından danışılır. "Bakı" bazasına sərf edilən maliyyə ilə onlarla belə futbol məktəbi ərsəyə gətirmək olar...
Bu gün kiminsə imkanları məhduddursa, o stadion- baza niyə sökülsün ki? Pul yoxdur? Vəsait yoxdursa, çıxış yolları var... UEFA belə məsələlərə hər zaman həssas yanaşır.
Stadion-bazanın aqibəti ilə beynəlxalq qurumlar əsaslı məlumatlandırılsaydı, heç şübhəsiz vəziyyət müsbətə doğru həll edilə bilərdi. UEFA müxtəlif layihələr çərçivəsində ölkələrə milyonlarla avro yardım edir. Elə karantinə görə federasiyalara nə qədər köməklik göstərdi...
Vaxtilə "Şəfa" stadionu da futbol qurumunun köməyi ilə inşa edilmişdi. UEFA "Bakı"nın stadion-bazası üçün 10 milyonlarla uzunmüddətli kredit də ayıra bilərdi. Yetər ki, istək olaydı. Futbol naminə qurğu alınar, xalqa, Azərbaycan futboluna uzun illər xidmət edərdi...
"Bakı" stadion-bazasında ən azı 300-500 insan çalışır, evinə, ailəsinə çörək aparırdı. Bir zavod, fabrik demək idi. Bu, tək futbol yox, həm də iqtisadiyyat, əhalinin məşğulluq məsələsi idi...
Ölkə başçısı hansı stadionların açılışında olub, şəxsən iştirak edib, bu gün böyük futbolsuz qalıb. Lənkəran, Yevlax, İmişli... İndi də "Bakı"nın bazası sökülür. İnqilabçıların dili ilə desək, sabotajdır. Olmur belə, olmamalıdır...
Müasir stadionlar ona görə tikilməyib ki, boş qalsın, 5-10 ildən sonra sökülsün, viranə qoyulsun.Tək futbol adına deyil, ölkə, dövlət, dövlətçilik, millətin sağlam genefondu adına bir cinayətdir.
Stadionlar yüz minlərlə uşağın sabaha ümid çırağıdır. O çırağı söndürmək gələcək nəsillərin ümidlərinin qırılması deməkdir. Damarlarda axan qan yaşıl meydanlarda, döyüş meydanlarında özünü göstərməlidir, tək qanvermə aksiyalarında yox!"
Paylaş:
Müəllif : Fuad
Tarix:23-05-2020, 10:39
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Fuad
Tarix:23-05-2020, 10:39
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
21-12-2024, 11:45
Magistral yolların keçdiyi rayonlarda yeni trend: Topraq sahələri kütləvi satışa çıxarılır
21-12-2024, 11:24
“Sahil Babyev, gəl sənə göstərim ki, biz sakinlərə necə xəstə heyvan verirlər!” – KƏLBƏCƏR SAKİNİNDƏN MÜRACİƏT / VİDEO, FOTO
21-12-2024, 11:20
Kiyevdə rusların vurduğu "Şah Plov" restoranı deputat Ağalar Vəliyevə məxsusdur - FOTO
21-12-2024, 11:18
Sumqayıtda milyonların talanmasında iştirakçı olan “Saffira Plus” MMC -nin fəaliyyəti niyə yoxlanılmır
21-12-2024, 11:07
İşçilərin maaşı ilə özünə “imperiya” quran dələduz şirkət rəhbəri QAÇDI - İLGİNC FAKTLAR...
20-12-2024, 21:08
Türkiyənin Suriya üçün göndərəcəyi 75 min ərzaq bağlamasının ilk partiyası yola salındı
20-12-2024, 14:01
Tiktoker Benizin zərərçəkəni hüquq-mühafizə orqanlarına müraciət etdi - 836 min manatdan çox pulunu hissə-hissə ələ keçirib
20-12-2024, 13:48
Ölkəmizə son illər iribuynuzlu heyvanlar HARADAN və NECƏ gətirilir? - “Dana monopoliyası” "kralı"na niyə DUR deyən tapılmır...?
20-12-2024, 12:09