reklam
Regionxeberlericom.az » Gündəm » Tanınmış müğənninin adam öldürən oğlundan XƏBƏR VAR

reklam

Tanınmış müğənninin adam öldürən oğlundan XƏBƏR VAR


Bakıda qətl törətməkdə təqsirləndirilən Vidadi Bərdəlinin oğlu Tuncay Vəliyev və onunla ittiham olunan Fərman Ocaqverdiyevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
regionxeberlericom.az-un Lent.az-a istinadən məlumatına görə, təqsirləndirilən şəxslər barəsində toplanan cinayət işinin materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
İş hakim Azad Məcidovun icraatına verilib.
Xatırladaq ki, bir müddət əvvəl təqsirləndirilən şəxslərin işi məhkəmə baxışında idi. Lakin cinayət işində kobud qayda pozuntuları olduğu üçün cinayət işi ibtidai istintaqa qaytarılmışdı.
Qeyd edək ki, əvvəllər məhkum olunmuş T.Vəliyev və F.Ocaqquliyev 2018-ci il iyunun 7-də, gecə saat 3 radələrində Nəsimi rayonunun Ə.Topçubaşov küçəsində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Rəşad Hüseynovu taksi kimi fəaliyyət göstərdiyi avtomobilində bıçaqlayaraq qətlə yetiriblər.
T.Vəlizadənin yaşadığı evdən narkotik vasitə olan heroin və ambunika aşkar edilərək götürülüb.
Qeyd edək ki, T.Vəliyev mərhum müğənni Vidadi Bərdəlinin oğludur. Tuncay bir müddət müğənni kimi fəaliyyət göstərib. Onun ögey qardaşı Tural isə bir neçə il əvvəl Bərdədə qətl törətdiyinə görə məhkum olunub.


Paylaş:


Müəllif : Tarix:
18-04-2019, 10:14
Sikayət   


loading...
Загрузка...