reklam
Regionxeberlericom.az » Gündəm » Lerik sakinindən nazirin atasına: “Oğlunuza deyin ki...” + Fotolar

reklam

Lerik sakinindən nazirin atasına: “Oğlunuza deyin ki...” + Fotolar


Lerik rayonu Piran kənd sakini Bayramov Ərəstun Mirələm oğlu Fövqəladə Hallar naziri Kəmaləddin Heydərovun atası, Azərbaycan Respublikası Ağsaqqallar Şurasının sədri Fəttah  Heydərova müraciət edib.
Kənd sakini mətbuat vasitəsi ilə etdiyi müraciətdə bildirir ki, Lerik rayon Piran kəndində ona məxsus fərdi yaşayış evi var və hazırda öz ailəsi ilə həmin evdə yaşayır:
“12.11.2018-ci il tarixindən etibarən intensiv yağan yağışlar nəticəsində evimdən 10 metr aralıda güclü sürüşmə baş verib. Sürüşmənin eni 30 metr, hündürlüyü 80 metr olmaqla hazırkı vaxta kimi davam edir. Evimdə çatlar əmələ gəlib. Həyatımız təhlükə qarşısındadır. 
Bununla bağlı Fövqaladə Hallar naziri oğlunuz cənab Kəmaləddin Heydərovada müraciət etmişdik.  Bir il yazışmalardan sonra 14 noyabr 2019-cu il tarixində FHN-nin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin rəis müavini Təyyar Hüseynli mənə cavab olaraq bildirdi ki, “fərdi yaşayış eviniz bərpa-gücləndirməyə ehtiyacı olan evlər siyahısına daxil edilmişdir. Vəsait ayrılacağı halda məsələyə müvafiq qaydada baxılacaq”.  
Çox hörmətli ağsaqqalımız sizi müqəddəs Ramazan bayramı münasibəti ilə təbrik edirəm və ümidvaram ki, səsimə səs verib mənə köməklik  göstərərsiz.  Hazırda ev tamamilə yararsız hala düşüb və yaşamaq mümkün deyil, belə getsə divarlar dağılacaq nəticədə ağır hadisə baş verəcək və evimin isə bərpası münkün deyil. 
Bu acınacaqlı şəraitdə 3 ailə bir yerdə yaşayırıq.  Sizdən xahiş edirəm, bu bayram günlərində yəqin ki, oğlunuzu görəcəksiz bizim bu acınacaqlı  vəziyətimiz haqqında ona danışıb məni 2 ildən artıq süründürməyə salan məmurların əlindən qurtarasız”. 






 



Paylaş:


Müəllif : Tarix:
26-05-2020, 12:22
Sikayət   


loading...
Загрузка...