reklam
Regionxeberlericom.az » Gündəm » Azərbaycanlı milyarderlərin bazarında nə baş verir? – AÇIQLAMA

reklam

Azərbaycanlı milyarderlərin bazarında nə baş verir? – AÇIQLAMA


Moskvada Azərbaycanlı milyarderlər Qod Nisanov və Zarah İliyevə məxsus “Food Sity” ərzaq bazarında polis tərəfindən yoxlamalar aparılır. Bu barədə bazarın sahibi olan “Kiyevskaya ploşad” qrupunun yaydığı press-relizdə məlumat verilir. Bildirilir ki, bazar rəhbərliyi planlı yoxlama barədə əvvəlcədən məlumatlandırılıb və hazırda hüquq-mühafizə orqanlarına zəruri olan bütün dəstək təmin edilir.

Musavat.com xəbər verir ki, bu gün Rusiya mətbuatında və sosial şəbəkələrdə bazarın OMON qüvvələri tərəfindən tamamilə qapadıldığına dair məlumatlar yayılıb. Lakin qrupun yaydığı məlumatda bunun həqiqətəuyğun olmadığı, polis yoxlamalarının məqsədinin vizasız və müvafiq icazəsi olmadan işləyənləri müəyyənləşdirmək olduğu qeyd edilir:

“Food Sity” rəhbərliyi mövcud qanunvericiliyin tələblərinə əməl olunması sahəsində hüquq-mühafizə orqanları ilə yaxından əməkdaşlıq edir. Orqanların əməkdaşlarına bazar ərazisindəki bütün məkanlara, subicarədə olan mağazalara, ərzaq məhsulları daşıyan avtomobil vasitələrinə və digər ərazilərə məhdudiyyətsiz giriş təmin olunub. Hüquq-mühafizə orqanlarının planlı tədbirləri “Food Sity”nin fəaliyyətində hər hansı dəyişikliyə gətirib çıxarmayıb, bazar adi qaydada işini davam etdirir”.

Moskva şəhər Meriyasının Ticarət və xidmət departmentindən də eyni məzmunlu açıqlama verilib.

Onu da bildirək ki, mayın 15-də bazarın bir qrup icarədarı etiraz aksiyası keçirmişdi. Onlar icarə haqqının qaldırıldığını və buna etiraz etdiklərini bildirirdilər. Bazar rəhbərliyinin açıqlamasına görə, icarə haqqı qaldırılmayıb. Sadəcə, koronavirus infeksiyasının yayılmasının qarşısını almaq məqsədilə ərzaq məhsullarının satışı üzrə yeni qaydalar müəyyənləşdirilib. Qaydalar sosial məsafə həddinin qorunması üçün satış piştaxtalarının ərazisinin kiçik olmasını tələb edir. Bu isə bir sıra icarədarlara bazarda əlavə yer tapılmamasına gətirib çıxarır və onların etirazına səbəb olur.


Paylaş:


Müəllif : Tarix:
26-05-2020, 18:16
Sikayət   


loading...
Загрузка...