reklam
Regionxeberlericom.az » Gündəm » Asif Ağayev kimin üçün ov təşkil edirmiş... - "donuzları qabağına qovalayırdılar..."

reklam

Asif Ağayev kimin üçün ov təşkil edirmiş... - "donuzları qabağına qovalayırdılar..."

“Vüqar Səfərli bizim qəzetdə - “Hürriyyət” qəzetində işləyib. Texniki işçi idi, qovduq. Kasıb, acından ölənin biri idi...”

regionxeberlericom.az-un Pravda.az-a istinadən xəbərinə görə, bunu Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu deyib.

“Qardaşım Qurban Məmmədov Vüqar Səfərliyə iş verdi. Maxinasiya ilə məşğul olduğuna görə qovduq. Sonra hansısa xətlə Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru təyin edildi. Biz bu adamları çox yaxşı tanıyırıq. Təsəvvür edin, vəzifədə olanda Şamaxıya gedirdi, rayon icra hakimiyyətinin başçısı ov üçün xüsusi hazırlıq görürdü, donuzları qabağına qovalayırdılar ki, ov etsin. Bu adam oğru, dələduz olub. İcra başçısının bu adamın xidmətində dururdu, kimdi bu? Əyninə şalvar ala bilmirdi...” – S.Cəlaloğlu qeyd edib.

Həmin dönəmdə Şamaxıya Asif Ağayev rəhbərlik edirdi. Hansı ki hazırda Beyləqanın icra başçısıdır.


Paylaş:


Müəllif : Tarix:
30-05-2020, 11:10
Sikayət   


loading...
Загрузка...