Əbülfəs Qarayev günahını yuya biləcəkmi? - İTTİHAM
Son günlər mədəniyyətimizi yaman günə qoyan keçmiş nazir Əbülfəs Qarayevlə bağlı sosial şəbəkələrdə və mediada yazılanları oxuyarkən ona hüsn-rəğbəti olanların baş verənləri yıxılana balta çalınması kimi yozduğunu da təbii qarşılamaq lazımdır.
Eyni zamanda mövzunun eninə-boyuna dartışılması zamanı ana xətlərdən birinin Mədəniyyət Nazirliyinin digər nazirliklərdən fərqli olaraq büdcəsinin və deməli, yeyintisinin az olan qurum kimi də təqdim edilməsi aydınca görsənir.
Amma son günlər bu və ya digər şəxslər tərəfindən üzə çıxarılan faktlar bunun əksini söyləyir və Əbülfəs Qarayevin nazir həmkarlarından heç də geri qalmayan şakərinin ona milyardlar olmasa da yüz milyonlar qazandırdığını iddia etmək mümkündür. Təbii ki, əsl həqiqəti və onun dövlət büdcəsindən nə qədər çırpışdırmasını Allah və məsələni araşdıran hüquq-mühafizə orqanları bilir. İstənilən halda birmənalı olaraq iddia etmək olar ki, Əbülfəs Qarayev də iliyinə-qanınadək korrupsioner olub və ona hansı cəzanın kəsiləcəyindən asılı olmyaraq tarixdə yumşaq ifadə edilsə, arzuolunmaz persona kimi qalacaq.
Yeri gəlmişkən, son günlər onun barəsində ictimailəşdirilən çoxsaylı materiallar içərisindən diqqəti çəkanlərdən biri AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun direktor müavini, tarix elmləri doktoru, professor Nəcəf Müseyiblinin məqaləsi idi. Məqalə müəllifi konkret faktlarla elə ittihamlar yazmışdı ki, Əblüfəs Qarayevi nəinki korrupsioner məmur, hətta tariximizi bilərəkdən məhv etmiş vətən xaini kimi də qəbul edənlər tapılacaq.
Bir halda ki, söhbət tariximizə qəsddə ittiham olunan bir şəxsdən gedir, o zaman yuxarıda qeyd edildiyi kimi, yazacaqlarımız heç bir halda yıxılana balta çalınması kimi qəbul edilməmlıidir. Qısası, Əbülfəs Qarayevin 26 illik nazir fəaliyyətini araşdıran DTX və prokurorluq əməkdaşlarına bir ipucu da biz verməyi zəruri hesab edirik. Araşdırmalarımız zamanı rayonlardakı tarixi abidələrin bərpası, eləcə də mədəniyyət saraylarının təmiri və ya yenidən tikilməsi zamanı Mədəniyyət Nazirliyinin ayrı-ayrı vəzifəli şəxslərinin acgözlüyü diqqəti cəlb edib. Bu baxımdan son illər ərzində Mədəniyyət Nazirliyinin (təbii ki, əvvəllər turizm sektoru da bu nazirliyin tərkibində olduğundan Əbülfəs Qarayevin ölkə turizimini necə yaman günə qoymasının araşdırılması da pis olmazdı) xətti ilə ayrılan büdcə vəsaitlərinin necə xərclənməsi, daha doğrusu, talan edilməsi olduqca vacibdir.
Dəyərli oxucu! Bərdə rayonu aran Qarabağın paytaxtı və mədəniyyyət mərkəzi hesab olunur. Sovetlər dönəmində bu rayonda inşa edilən çox əzəmətli mədəniyyət sarayı vardı. Elə bir saray ki, sorağı bütün itttifaqa yayılmışdı. Həmin sarayda vaxtilə regional müşavirələr və konfranslar keçirilən min nəfərlik zal da vardı. Maraqlıdır ki, həmin sarayın möhtəşəmliyindən prezident İlham Əliyevin də xəbəri varmış və Heydər Əliyev Azərbaycanın birinci katibi olduğu dönəmlərdə o da buradakı müşavirələrin iştirakçısı olubmuş. Prezident İlham Əliyev 10 il öncə Bərdəyə səfəri zamanı növbəti dəfə həmin sarayda ətraf rayonların da icra başçılarının iştirakı ilə pambıqçılıqla bağlı müşavirə keçirilməsini təklif edəndə ona məruzə olunub ki, bina qəzalı vəziyyətdədir. Prezident dərhal göstəriş verib və qısa zamanda Fövqəladə Hallar və Mədəniyyət Nazirliyinin mütəxəssisləri doğrudan da binanın qəzalı vəziyyətdə olmasını müəyyənləşdiriblər. Prezident binanın təmiri üçün onlardan rəqəm istəyəndə bəlli olub ki, onu əsaslı təmir etməkdənsə (19 milyon manata başa gəlməliymiş əsaslı təmir) yeni mədəniyyət sarayının inşası daha münasibdir. Bu zaman prezident tərəddüd etmədən həmin binadan daha möhtəşəm, Bərdənin və Qarabağın adına layiq mədəniyyət sarayı tikilməsinə göstəriş verir. Elə Əbülfəs Qarayevin "məharət"i də bu zaman üzə çıxır. Prezidentə bir neçə layihə göstərilir və o, 26 milyon manat smeta dəyəri olan layihəni bəyənir. Amma sən demə, Əbülfəs Qarayev həmin layihənin başqa yerdə inşası üçün şirinlik alıbmış və buna görə də özünə söz verir ki, onun nazir olduğu dönəmdə həmin binanın Bərdədə inşasına imkan verməyəcək. Baxmayaraq ki, ilkin olaraq prezidentin sərəncamı ilə 6 milyon manat ayrılır və söküntü-tikinti işlərinə başlanılır. Amma bundan sonra vəsaitin ayrılması məsələsi nazirin qəti göstərişi ilə "unudulur" və bu günədək Bərdənin mərkəzindəki həmin yarımçıq tikili bərdəlilər üçün gözdağına çevrilməkdə davam edir.
İndi artıq Əbülfəs Qarayev mədəniyyət naziri deyil. Belə çıxır ki, onun işdən qovulmasına ən çox sevinənlər Bərdə camaatıdır. İndi bərdəliləri bir sual düşündürür, yeni gələcək nazir Əbülfəs Qarayevin Bərdəlilər qarşısındakı günahını yuya biləcəkmi..? //hit.az//
Paylaş:
Müəllif : Yazar
Tarix:30-05-2020, 12:46
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:30-05-2020, 12:46
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Dünən, 08:54
TƏBİB-in (Şamaxı HMK-nın) tibbi xidmətdən imtinasına qiymət verilmir - 10 ilin ürək, şəkər, Parkinson xəstəsinə TSEK-ə göndəriş verilmir
15-11-2024, 10:07
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır
15-11-2024, 09:42
"İstilik olmadığından uşaqları baxça və məktəblərə göndərmirik" - Naxçıvan sakinləri
14-11-2024, 14:57