Bakıda klinika və ticarət obyektləri tikdirənlər kimlərdi? – Tanış ADLAR
Son aylar ərzində Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən müxtəlif təyinatlı qeyri-yaşayış sahələrinin tikintisinə icazə verilib.
Tikinti obyektlərini sifarişçiləri arasında dissertant, həkim, fəlsəfə doktoru olan və adları ictimaiyyətə tanış olan şəxslər də var…
Yeniavaz.com xəbər verir ki, bu ilin mart ayında Şəhərsalma və Arxitektura Komitəsi Yadigarova Aytən Ağamirzə qızına Bakı şəhəri, Yeni Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, Mərkəzi küçəsi, 4T ünvanında klinika binası tikmək üçün icazə verib.
Ümumi sahəsi 2 748,9 kvadrat metr olan klinika 4 mərtəbəli olacaq.
Yadigarova Aytən Ağamirzə qızı qeyd olunan ünvanda 2 mərtəbədən ibarət daha bir obyekt inşa edəcək. Əczaçılıq qablaşdırma və topdan satış müəssisəsi üçün nəzərdə tutulan binanın ümumi sahəsi 3 842,5 kvadrat metr nəzərdə tutulub.
Bakıda 2 böyük obyektin tikintisinə icazə alan Yadigarova Aytən Ağamirzə qızının ad, soyad və ata adı ilə eynilik təşkil edən şəxs həm də “Novator Tədris Mərkəzi”nin qanuni təmsilçisidir. Maraqlıdır ki, “Novator Tədris Mərkəzi” Bakı şəhəri, Nəsimi rayonu, Abbas Səhhət küçəsi 40 ünvanında 3 ildir fəaliyyət göstərsə də, MMC kimi yalnız bu ilin yanvar ayında dövlət qeydiyyatından keçib. “Novator Tədris Mərkəzi”nin dövlət qeydiyyatına alınmazdan əvvəl hansı statusla fəaliyyət göstərdiyi məlum deyil.
Yadigarova Aytən Ağamirzə qızının adı eyni zamanda Azərbaycan Respublikası Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurası (ARETƏŞ) Filologiya Problemləri üzrə Elmi Şurasının 2018-ci ilin sentyabr ayında baş tutan iclasında keçir. Elmi Şuranın sədri Rafael Hüseynov un sədrliyi ilə baş tutan iclasda Azərbaycan Dillər Universitetinin dissertantı Yadigarova Aytən Ağamirzə qızına “İ.Əliyev və Azərbaycan dilçiliyinin inkişaf konsepsiyası” mövzusunun adını və plan prospektini seçilmiş mövzunun sanbalına layiq bir səviyyədə yenidən formalaşdırmaq təklif edilib.
Bundan başqa Yadigarova Aytən Ağamirzə qızının adı bir-neçə məhkəmə çəkisməsində cavabdeh şəxs kimi keçir.
Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən Bakı şəhərində tikintisinə icazə verilən daha bir obyektin sifarişçisi İskəndərova Tərifə Cəbrayıl qızıdır. Tərifə İskəndərova Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsinin şimal hissəsi, Binəqədi şosesinin sağ tərəfində ümumi sahəsi 829,1 kvadrat metr olan 3 mərtəbəli obyekt tikdirir.
Qeyd edək ki, İskəndərova Tərifə Cəbrayıl qızının ad, soyad və ata adı ilə eynilik təşkil edən şəxsin adı Binəqədi rayonu 9 saylı qadın məsləhətxanasına baş həkimi olarak keçir. 1993-cü ildən 9 saylı qadın məsləhətxanasının baş həkimi işləyən İskəndərova Tərifə Cəbrayıl qızı eyni zamanda YAP Binqədəi rayon təşkilatının üzvüdür. İskəndərova Tərifə Cəbrayıl qızı “Əməkdar həkim” fəxri adına da layiq görülüb.
Dissertant və həkimlə bərabər Şəhərsalma və Arxitektura Komitəsi fəlsəfə doktoruna da Bakı şəhərində obyekt tikmək üçün icazə verib. Bu şəxsin adı Qaraşov Fərhad Arif oğludur. Qaraşov Fərhad Arif öğlunun ad, soyad və ata adı ilə eynilik təşkil edən şəxs Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin keçmiş rəisi Arif Qaraşovun oğludur.
Fərhad Qaraşov Bakı şəhəri, Nərimanov rayonu, Çernyavevcki küçəsi, 1A ünvanında 2 mərtəbəli qeyri-yaşayış sahəsi tikdirir. Obyektin ümumi sahəsi 595,4 kvadrat metr nəzərdə tutulub.
Məlumat üçün bildirək ki, Fərhad Qaraşov 2017-ci ildən Azərbaycan Nar İstehsalçıları və İxracatçıları Assosiasiyasının sədridir.
Eyni zamanda Fərhad Qaraşov "XXI əsr Beynəlxalq Təhsil və İnnovasiya Mərkəzi" nin Müşahidə Şurasının və Kiçik və Orta Biznesin İnkişafı Agentliyi yanında İctimai Şuranın sədridir.
Fərhad Qaraşov həm də Azərbaycan Dövlət Aqrar Univesitetində "Aqrar sahədə innovativ və dayanıqlı sahibkarlıq mühitinin formalaşdırılmasının prioritetləri" mövzusunda müdafiə edərək iqtisad üzrə fəlsəfə doktoru elmi dərəcəsi alıb.
Suraxanı rayonu, Hövsan qəsəbəsi, E.Qasımov küçəsi 18 ünvanında tikintisinə icazə verilən 2 mərtəbəli, ümumi sahəsi 194,33 kvadrat metr olan obyektin sifarişçisi isə Həsənova Afət Əbil qızıdır. Həsənova Afət Əbil qızının ad, soyad və ata adı ilə eynilik təşkil edən şəxs Suraxanı rayon İcra Hakimiyyətinin başçısının sabiq muavinidir.
Afət Həsənova sonuncu paralament seçkilərində 32 saylı Suraxanı üçüncü seçki dairəsindən Yeni Azərbaycan Partiyasının deputatlığa namizədi olub. Həsənova Afət Əbil qızının eyni zamanda sabiq Ekologiya və Təbii Sərvətlər naziri Hüseynqulu Bağırovun xalası qızıdır.
Paylaş:
Müəllif : Fuad
Tarix:31-05-2020, 09:43
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Fuad
Tarix:31-05-2020, 09:43
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
21-12-2024, 11:45
Magistral yolların keçdiyi rayonlarda yeni trend: Topraq sahələri kütləvi satışa çıxarılır
21-12-2024, 11:24
“Sahil Babyev, gəl sənə göstərim ki, biz sakinlərə necə xəstə heyvan verirlər!” – KƏLBƏCƏR SAKİNİNDƏN MÜRACİƏT / VİDEO, FOTO
21-12-2024, 11:20
Kiyevdə rusların vurduğu "Şah Plov" restoranı deputat Ağalar Vəliyevə məxsusdur - FOTO
21-12-2024, 11:18
Sumqayıtda milyonların talanmasında iştirakçı olan “Saffira Plus” MMC -nin fəaliyyəti niyə yoxlanılmır
21-12-2024, 11:07
İşçilərin maaşı ilə özünə “imperiya” quran dələduz şirkət rəhbəri QAÇDI - İLGİNC FAKTLAR...
20-12-2024, 21:08
Türkiyənin Suriya üçün göndərəcəyi 75 min ərzaq bağlamasının ilk partiyası yola salındı
20-12-2024, 14:01
Tiktoker Benizin zərərçəkəni hüquq-mühafizə orqanlarına müraciət etdi - 836 min manatdan çox pulunu hissə-hissə ələ keçirib
20-12-2024, 13:48
Ölkəmizə son illər iribuynuzlu heyvanlar HARADAN və NECƏ gətirilir? - “Dana monopoliyası” "kralı"na niyə DUR deyən tapılmır...?
20-12-2024, 12:09