reklam
Regionxeberlericom.az » Gündəm » Azərbaycanda həkimlər etiraz edir: 15 gün karantin əvəzinə bizdən yaxma götürüb evə yola salırlar

reklam

Azərbaycanda həkimlər etiraz edir: 15 gün karantin əvəzinə bizdən yaxma götürüb evə yola salırlar


"Artıq iki aydır ki, həkimlərimiz ATU-nun Tədris Cərrahiyyə Klinikasında yorulmadan çalışır. 31.05.2020-ci il tarixində işi sona çatan həkimlərimiz üçün son gündü. Amma həkimlər və tibb bacıları 15 gün karantinə saxlanılmaq əvəzinə yaxma götürülərək evə yola salınır. Bu da karonoviruslu xəstələrlə təmasda olan həkimlərimizin etirazına səbəb olub".

Bu barədə ATU-nun Tədris Cərrahiyyə Klinikasında koronavirusla mübarizədə aktiv fəaliyyət göstərən bir qrup həkim açıqlama yayıb. Sosial şəbəkə vasitəsilə etiraz edən həkimlər evlərinə, ailələrinə virus aparmaqdan, yaxınlarını yoluxdurmaqdan qorxurlar: "Həkimlər evə getmək istəmir. Evinə, ailəsinə virus aparmaqdan, ailəsini, övladını yoluxdurmaqdan qorxur. Qaydalara əsasən, həkim 15 gün hoteldə karantində qalmalıdır. Bu ilk günlər aprel ayında belə idi. Həkim 15 gün işləyib, 15 gün karantində qalırdı. Amma may ayının əvvəlində vəziyyət dəyişdi. Bildirildi ki, həkim 1 həftə də karantində qala bilər. May ayının sonunda isə artıq həkimə karantin lazım deyil, evə gedə bilər - dedilər. Vəziyyətin bu hala gəlib çıxması həkimlərdə, xüsusilə yeni işləməyə gələn həkimlərdə inamsızlıq yaratdı. Ailələri üçün təlaş keçirtdilər. Əgər doğurdan da həkimə karantin müddəti lazım deyildisə, onda nə üçün əvvəldən 15 gün həkimlər karantində saxlanırlırdı?l Həkimlərimizə yaxma verdikdən sonra cavab mənfi çıxarsa hoteli tərk etmək tapşırığı verilib. Həkimlərsə etiraz edir. Görəsən onları eşidən, duyan kömək əlini uzadan olacaqmı?".


Paylaş:


Müəllif : Tarix:
31-05-2020, 09:46
Sikayət   


loading...
Загрузка...