reklam
Regionxeberlericom.az » Gündəm » Sabir Rüstəmxanlı: “İcra başçısının müavinləri rayonda quldurluqla məşğul olurlar”

reklam

Sabir Rüstəmxanlı: “İcra başçısının müavinləri rayonda quldurluqla məşğul olurlar”


Milli Məclisin deputatı, Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı Yardımlı Rayon İcra Hakimiyyətinin fəaliyyəti ilə bağlı daha bir açıqlama verib.

S.Rüstəmxanlı Pravda.az-a deyib ki, Yardımlıda vəziyyətin necə olmasını hər kəs yaxşı bilir.

“Bizim niyyətimiz o idi ki, yüksək vəzifəli şəxslərin diqqəti Yardımlıya çevrilsin. Bir daha qeyd edirəm ki, Yardımlı Rayon İcra Hakimiyyətinin başçısının orada necə işləməsini hər kəs yaxşı bilir. İcra başçısının müavinləri rayonda quldurluqla məşğul olurlar. Onların torpaq mənimsəmələri, insanlara normal xidmət göstərməmələri, xüsusilə həmin şəxslərin mədəni səviyyələrinin aşağı olması ilə bağlı kifayət qədər faktlar var. Rayon qohumbazlıq düşüncəsi ilə idarə edilir... Bunlar göz qabağındadır. Məncə, ölçü götürüləcək. Yəqin ki, araşdırma aparılır. Hamının bildiyi cinayətlər, nöqsanlar cavabsız qala bilməz” – S.Rüstəmxanlı qeyd edib.


Paylaş:


Müəllif : Tarix:
1-06-2020, 09:39
Sikayət   


loading...
Загрузка...