Qanunlar Səfər Mehdiyevin xeyrinə necə işləyir?.. - İLGİNC
Keçən il Dövlət Gömrük Komitəsi “Faktiki olaraq üçüncü şəxslər üçün malları idxal və ya ixrac edən şəxslərin risk meyarları əsasında müəyyən edilməsi Qaydaları”nı təsdiq edib.Qaydalar üçüncü şəxslər üçün malları idxal və ya ixrac edən şəxslərin risk meyarları əsasında müəyyən edilməsi üsullarını tənzimləyir. Bu üsullar haqqında öncəki yazılarımızda kifayət qədər məlumat verdiyimizdən, bu yazıda qaydaların hansı səbəblərdən hazırlanmasını araşdırmışıq.
Əvvəlcə, malların vergi ödəyicisinin öz adına idxal olunmasının üstünlüklərinə nəzərə salaq. Ekspertlərin fikrincə, vergi ödəyicisi üçün idxal zamanı malları öz adına rəsmiləşdirmək gəlirlilik baxımdan daha əlverişlidir. Belə ki, idxal olunan malların rəsmiləşdiriməsi zamanı ödənilən gömrük və nəqliyyat xərcləri malların dəyərinə daxil olunur, xərc elementi kimi qəbul edilir. Vergi ödəyici ilin sonunda mənfəətini bəyan edərkən, malların maya dəyəri gəlirdən çıxılan xərclərin artmasına səbəbi olduğu üçün yekunda mənfəət vergisinin azalmasına imkan verir. Bundan əlavə, idxal zamanı ödənilən əlavə dəyər vergisinin də malların ölkəmizdə satış zamanı əvəzləşdirilməsi imkanı yaranır. İdxal zamanı malların vergi ödəyicisinin adına rəsmiləşdirilməsi malların uçotu baxımından da önəmlidir. Vergi Məcəlləsində həm malların uçotunun aparılmamasına, həm də xərclərin rəsmiləşdirilməməsinə görə vergi ödəyicilərinə maliyyə sanksiyaları nəzərdə tutulur. Vergi Məcəlləsinin 58.8-ci maddəsinə əsasən, idxal mallarına münasibətdə idxal gömrük bəyannaməsi sənədinin olmamasına görə alıcıya təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə, alınmış malların dəyərinin 10 faizi, ikinci dəfə yol verdikdə 20 faizi, üç və daha çox dəfə yol verdikdə 40 faizi miqdarında maliyyə sanksiyası nəzərdə tutulub. Həmçinin, Vergi Məcəlləsinin 58.8.3-cü maddəsinə əsasən, gəlirlərin və xərclərin uçotu aparılmadıqda - alıcıya rəsmiləşdirilməyən xərclərin 10 faizi miqdarında da maliyyə sanksiyası tətbiq olunur.
Maraqlıdır, idxal zamanı malların vergi ödəyicisinin öz adına rəsmiləşdirilməsinin bu cür üstünlükləri olduğu halda niyə üçüncü şəxslərin adına idxal həyata keçirilir?
Vergi mütəxəssislərinin fikrincə, malların üçünçü şəxslərin adına rəsmiləşdirilməsinə səbəb verən hallardan birincisi həmin malların ölkəmizdə satışının rəsmiləşdirilməməsidir. Misal üçün, “Binə” və ya “Sədərək” Ticarət Mərkəzində fəaliyyət göstərən əksər vergi ödəyiciləri malların satışını rəsmiləşdirmirlər. Məhz buna görə artıq idxal malların idxalının rəsmiləşdiriməsinə də ehtiyac qalmır.
Araşdırma zamanı məlum olub ki, xaricdən malların gətirilməsi ilə məşğul olan şəxslər bütün xərclər (daşınma, gömrük rüsumları, idxal zamanı ƏDV və s.) nəzərə alınmaqla sahibkarlara “əlverişli” şərtlər təklif edirlər: İdxal etmək istədiyiniz malları başqa şəxsin adına rəsmiləşdiririk, malları gömrük məntəqəsində yox, birbaşa anbarınızda təhvil verəcəyik.
Təbii ki, sahibkarlar öz adlarına mallar idxal etdikdə, həmin mallar vergi ödəyicisinin “ayağında qaldığından”, mütləq satış prosesinin rəsmiləşdirilməsi həyata keçirilməlidir. Çox təəssüf ki, bəzi ticarət mərkəzləri və obyektləri malları rəsmi olaraq qəbul etmədiyindən, onlaın satışının uçotunu aparmaqda maraqlı olmurlar. Bundan əlavə, vergidən yayınmağa çalışan bəzi sahibkarlar rəsmi satışın həyata keçirilməsi nəticəsində dövriyyəsinin artmasından çəkindiyi üçün idxal əməliyyatlarını üçünçü şəxslərin adı ilə həyata keçirməkdə maraqlıdır.
Ekspertlərin fikrincə, idxal zamanı malların üçünçü şəxslərin adlarına rəsmiləşdirilməsinin qarşısını almağın ən düzgün yolu Dövlət Gömrük Komitəsinin hazırladığı qaydalara əməl olunması yolu ilə ölkəmizdə bütün vergi ödəyicilərinin dövriyyələrinin rəsmiləşdirilməsi istiqamətində ciddi tədbirlərin həyata keçirilməsidir. Doğrudur, son dövrlərdə gömrük və vergi orqanlarının apardığı islahatlar nəticəsində malların idxalı və rəsmiləşdirilməsi sahəsində xeyli işlər görülüb. Amma təəssüf ki, gömrük və vergi məqsədləri üçün rəsmiləşdimə prosesinin bütün vergi ödəyicilərini əhatə etməsi müəyyən obyektiv və subyektiv səbəblər ucbatından baş tutmayıb.
Əslində burada qaranlıq nəsə yoxdur və bu "BAŞ TUTMAMADA" əsas amil qanunların DGK rəhbərliyinin çşəxsi maraqlarına xidmətinin təşkilidir. Yəni burada qanunlar ona görə nəzərə alınmır ki, yaranmış boşluqdan məhz Səfər Mehdiyev və onun əlaltıları faydalanmaqdadır.
Göründüyü kimi, gömrük sistemi ilə bağlı qayda və qanunlarda məqsədli şəkildə buraxılan boşluqların olması faktdır və bu faktın varlığı birbaşa olaraq DGK rəhbərliyinə sərf etməkdədir. Hər halda, istənilən açıdan məsələyə yanaşdıqda itirən tərəfin məhz Azərbaycan dövlətinin olduğu gün kimi aydındır.
Paylaş:
Müəllif : Yazar
Tarix:4-06-2020, 12:31
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:4-06-2020, 12:31
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
21-12-2024, 11:45
Magistral yolların keçdiyi rayonlarda yeni trend: Topraq sahələri kütləvi satışa çıxarılır
21-12-2024, 11:24
“Sahil Babyev, gəl sənə göstərim ki, biz sakinlərə necə xəstə heyvan verirlər!” – KƏLBƏCƏR SAKİNİNDƏN MÜRACİƏT / VİDEO, FOTO
21-12-2024, 11:20
Kiyevdə rusların vurduğu "Şah Plov" restoranı deputat Ağalar Vəliyevə məxsusdur - FOTO
21-12-2024, 11:18
Sumqayıtda milyonların talanmasında iştirakçı olan “Saffira Plus” MMC -nin fəaliyyəti niyə yoxlanılmır
21-12-2024, 11:07
İşçilərin maaşı ilə özünə “imperiya” quran dələduz şirkət rəhbəri QAÇDI - İLGİNC FAKTLAR...
20-12-2024, 21:08
Türkiyənin Suriya üçün göndərəcəyi 75 min ərzaq bağlamasının ilk partiyası yola salındı
20-12-2024, 14:01
Tiktoker Benizin zərərçəkəni hüquq-mühafizə orqanlarına müraciət etdi - 836 min manatdan çox pulunu hissə-hissə ələ keçirib
20-12-2024, 13:48