“Hacıbaladan soruşan yoxdur ki, oğlun otelləri hansı pulla alıb” – Ariz Abduləliyev
“91-lər” Hərəkatının üzvü Ariz Abduləliyevin Yenisabah.az-a müsahibəsi:
- Sizcə islahatlar İdarə Heyətini, Siyasi Şuranı, nəzarət təftiş komissiyasını da dəyişməlidir?
- Bəli, dəyişməlidir. Çünki partiyada mövqe və baxışları daşıyanlar onun fəaliyyətinə də təsir edirlər. Baxın, həmin ali qurumlarda əhali arasında narazılıqlara rəvac vermiş, ictimai rəydə mənfi qarşılanmış, hətta rüşvətxorluqda ad çıxarmış insanlar var. Onların YAP rəhbərliyində təmsil olunmasını partiya təəssübkeşi olan üzvlər də artıq qəbul etmirlər. Biri elə Hacıbala Abutalıbov. 18 il paytaxt meri işlədi. Təsəvvür edirsinizmi, 18 il! Bəlkə də 21-ci əsrdə heç bir ölkənin paytaxt meri bu qədər vəzifədə olmayıb və olmayacaq da.
Amma YAP ideallarından uzaq olan məmurları iş başına yığdı. Heydər Əliyevin tövsiyələrini də, etimadını da get-gedə unutdu, Bakını qarış-qarış dələduz iş adamlarının, oliqarxların, tikinti şirkətlərinin ixtiyarına buraxdı. Onlar da "Bakımızı gözəlləşdiririk" kimi yalan sözlərlə paytaxtımızın tarixi simasını dağıtdılar, şəhəri əndrabadi günə qoydular. Eyni şirkət bir-birinin yanında binalar tikib, amma hərəsi fərqli arxitekturada. Bakının bərbad duruma qoyulmuş arxitekturasında heç bir vahid memarlıq konsepsiyası yoxdur. Kim harada və necə istəyirsə, ağlına necə gəlirsə elə də tikib. Hətta bu yeni tikililər şəhərdə nə qədər sıxlıq, qarışıqlıq yaradıblar, Bakının ekologiyasını, hava axınının təbii hərəkətini əməlli-başlı pozublar. Bunlar isə əhalinin sağlamlığına mənfi təsir edir. Tarixi paytaxtımızda geniş meydanlar yox dərəcəsindədir.
Demək istəyirəm ki, bu işlərdə Abutalıbov da təqsirsiz deyil. Əvvələr qışqıra-qışqıra "Heydər Əliyevimiz", "əmin ola bilərsiniz" desə də, ictimaiyyət qarşısında vətəndaşa "sizi yarım saatdan sonra qəbulumda gözləyirəm" desə də, əməl etmədi. Onun dövründə Bakının tarixi-mədəni simasına, tarixi arxitekturasına, Şərq və Avropa şəhər mədəniyyəti sintezinə vurulan dağıntının ziyanı ölçüyəgəlməzdir. Ondan bir soruşan yoxdur ki, oğlun Türkiyədə bahalı otelləri hansı maaşı və qazancı ilə alır. Təsəvvür edin ki, YAP-ın yuxarı eşalonunda elələri təmsil olunur ki, Abutalıbov onların yanında "toya-bayrama gedəsidir". Bütün bunlardan sonra YAP İdarə Heyətinin üzvü H.Abutalıbov jurnalistə deyir ki, "ömür qısa, dəyməz qıza"...
- Siz hansısa probleminiz üçün doğma bildiyiniz partiyadan kömək ummusunuz?
- Bircə dəfə, vəssalam. R.Allahverdiyevin də, H.Abutalıbovun da zamanında dəfələrlə ərizə ilə müraciət etmişəm ki, mənzilimin damından evə yağış tökülür, çətin bir vəziyyətdir, evdə körpə uşaqlar... Xahiş edirdim ki, evin damını aidiyyatlı ərazi mənzil-istismar idarəsinin köməyi ilə döşəsinlər. Çünki açığı buna maddi imkanım çatmırdı. Yoxsa, özüm təmir etdirərdim və belələrinə ağız açmazdım. Amma ərizələrimə heç baxılmadı. Hətta Nəsimi rayon mənzil-tikinti idarəsinin müdiri qəbulda o qədər güldü ki... "Sən 91-lərdənsən, amma evinin damına qır axtarırsan? Bu nə vəziyyətdir, partiyanı söyənlərin də, özünün də halına bax gör, onlar haralarda, sən haradasan" və s.
- Məmurların silsilə həbsi hakim partiyanı da hədəfə çıxarıb. Bu cür rüşvətxor kadrları yetişdirdiyinə görə YAP-ı qınayanlar var. Bu ittihamlarla razısınızmı?
- Tamamilə razıyam. Bu barədə söz demək hər kəsin hüququdur. Mən artıq bu barədə fikrimi dedim. Bu şəxsləri Prezidentə vəzifəyə təqdim edənlərləri də ittiham edirəm. Onların arasında YAP İdarə Heyətinin, Siyai Şuranın üzvləri də var. Mən artıq dedim. Hakim partiya son hadisələr ilə bağlı kollegial qərarını və bəyanatlarını verməlidir. Prezindentə hər an dəstəyini göstərməlidir. Bu bəyanatlar cəmiyyət qarşısında həm də özünütənqid olardı, yol verilmiş qanunsuluqlara və nöqsanlara qarşı hakim partiyanın sərt mövqeyi və tənqidi olardı.
Bəli, son hadisələrdə partiya da təqsirsiz deyil. Çünki o cür adamlara bilə-bilə YAP üzvlüyü vermək, təşkilat sədri eləmək, yuxarı başa çəkmək, həmişə növbəsiz qəbul eləmək, havadarlıq göstərmək, dəstəkləyib irəli aparmaq, yuxarılara kadr kimi namizəd göstərmək, nöqsanlarını vaxtında aşkar edib Prezidentə məlumat verməmək, onlarla zamanında islahedici söhbərlər aparmamaq - bunlara hakim partiyada yol verilməməli idi. İkinci tərəfdən, ideoloji iş də axsayır. Ümumiyyətlə, bu sahənin təşkili bütün ölkədə qənaətbəxş deyil. Partiyada ideoloji yönümdə layihələr, təbliğat-reklam, fləşmob çarxları hazırlanmalıdır idi. Təkcə Prezidentin "Biz birlkdə güclülük!" ideoloji platforması üzərində nə qədər ideoloji təbliğat işi qurmaq olar. Son hadisələr mən də təəssüf də doğurur.
Təəssüf edirəm ki, YAP rəhbərliyi nə qədər dəyərli, layətli, iş bacaran kadrlarına imkanlar yaratmadı, irəli çəkmədi, onların qabiliyyətlərindən zamanında millət və dövlət üçün yaralana bilmədi. Heç olmasa, bundan sonra səhvləri düzəltsinlər.
- Sizcə, dövlət idarəçiliyində keyfiyyət dəyişikliyinə necə nail olmaq olar. Savadlı, müsbət imici olan bitərəf kadrların dövlət idarəçiliyində irəli çəkilməsinin vaxtı çatmayıbmı?
- Çətin sualdır. Bu problemin düzgün həllinin dəqiq resepti yoxdur. Nə qədər inansan da insanda subyektiv amillər, gizlində saxlanılan şəxsi keyiffətlər və ambisiyalar yox deyil. Bilirsiniz, bir zamanlar belə bir şüar var idi: "Kadlar hər şeyi həlli edir". Bu gün də sıradan bir şüar deyil, kadrların dövlət idarəçiliyində istisnasız rolunu göstərir. Təəssüf ki illər boyu kadr seçimində yol verilən səhvlərin, boşluqların hər cür neqativini, əziyyətini, hər bir ziyanını, əyər-əksiyini yalnız xalq, yerlərdəki vətəndaşlar çəkirlər. Bu məmurlar onsuz da istədikləri qədər rüşvət və korrupsiyaya yol veriblər, qanunsuz yollarla külli miqdarda sərvət, kapital yığıblar.
Vəziyyət o həddə çatıb ki, naizirin, nazir müavinin, idarə rəisinin, İH başsının, müavinin, bank işlədənlərin, biznes adamlarının təmizliyinə, rüşvətsiz və korrupsiyasız işləməsinə ölkədə sadə insanlar artq hec cür inana bilmirlər. Məmur obrazı ictimai rəydə bu qədər neqativ, bu qədər mənfi, bağışlanmaz şəxsiyyət, oğru, dələduz, saxta simalı kimi formalaşıb. Təəssüf ki, belə mənfi ictimai rəyin qarşılığında indiyə qədər onların birinə də gözün üstündə qaşın var deyilməyib və deyilmir də. İstədikləri qədər də qanunsuz, dələduz yollarla milyonlar yığırlar. Azərbaycanda belə bir milli aforizm var: "Varlanmağın ən asan və qısa yolu vəzifə almaqdır". Bu yolla varlanmaq yolu tutan rəhbər məmurların zillətini, ziyanlarını, stressini yaşayan isə 29 ildir ki əhalimizdir.
- Bəs qanun, cəza metodu, işdən azad olunmaq, həbs?
- Lap tutaq ki, hansısa məmur işdən azad olundu və ya həbs olundu. Şəxsi mülklərinin və kapitalının bir qismi də əlindən alındı. Sonra da iki il həbsxanada rahat həyat yaşayıb, amnistiya ilə azad olundu. Bəs sonra? Məgər bununla onlar kasıblaşırlar? Bəlkə əhalidən yığdıqları, oğurladıqları milyonlar əhaliyə qaytarılır? Bəlkə vətəndaşın rifahına, ölkənin tərəqqisinə yönələn maliyyəni korrupsiya və oğurluq ilə yığıb qanundan kənar topladıqları milyonlarla pul vətəndaşlara qaytarılır? Əlbəttə, yox. Heç birlirsiniz, son 10-15 ildə kimlərinsə əli ilə ölkədən nə qədər milyardlar çıxarılıb qanunsuz yollarla? Bunlar hamısı təfsilatı ilə, arqumentlərlə mediada yazılıb. Nə faydası, yenə də öz bildiklərini edirlər.
Bu oğurluq milyonlar axı sənin, mənin, xalqın cibindən gedib. Bunlara oğurluq, dələduzluq, talan, korrupsiya, vicdansızlıq üçün şərait yaradan o himayədarlar niyə hələ də azadlıqda, kef-damaq içində yaşayırlar, hələ üstəlik vəzifələrində də qalırlar? Bunların fonunda vicdanlı müəllim də gözləyir ki, maaşı nə vaxt 20 manat artacaq... Yeri gəlmişkən, elə müəssisələr var ki, prezidentin maaş artımı haqqında sərəncamlarına hələ də riayət etməyiblər. Özünün və yaxın ətrafının maaşını qaldırıb, amma işçinin yox...
- Hər halda cəzaların verilməsini cəmiyyət dəstəkləyir. Layiqli cəzanın özü də ədalətli addımdır, necə bilirsiniz?
- Mənə elə gəlir ki, bu məmurlara nə qədər cəza versələr də, mülklərini müsadirə eləsələr də, əhali onlardan çəkdiyini çəkib və vurulan maddi, mənəvi, dövlətçilik ziyanını artıq heç nə ilə sığortalamaq mümkün deyil. Biri elə Əbülfəs Qarayev. Onun mədəniyyətə, musiqi təhsilinə, incəsənətə, kinoya, maddi-mədəniyyət abidələrinə, Bakının tarixi binalarına, yaradıcı ziyalılara, istedadlı insanlara, mədəniyyət siyasətinə və bölgələrin mədəni durumuna vurduğu ziyanı və dağıdıcı zərbəni, inanın, heç bir cəza ilə bərpa etmək mümkün deyil. Zamanında baxmaq lazım idi ki, vəzifəyə kimi təyin edirlər. Mən onların dosyesini oxuyanda açıq görürəm ki, bu adam ya rüşvətxordur, ya dələduz.
Çayxanada cay, yemək paylayan səviyyəsizin birisi, təsəvvür edirsinizmi, rüşvət yolu ilə bələdiyyə sədri seçilir və oradan da İH başçısı postunu kimlərinsə əli ilə satın alır. 15 il işləyib rayonu, hökuməti, insanları quldur kimi talayır. Beləsini kimlər və hansı yolla bu mərtəbəyə çatdırıb? Onların yüksək dairələrdəki oliqarx himayədarlarını da həbs etmək lazımdır. Ömrü boyu alababat bir müəllim olan Ə.Qarayev günlərin bir günü "İmproteks" mebel biznesində (deyəsən axı hazırli Gənclər və idman nazirinin keçmiş şirkətidir) mal satışına nəzarətçi işləyir və buradan da birdən-birə böyük bir səhəyə nazir gətirilir. 25 il ərzində hər dəfə də nazir postunda saxlanılır.
1995-2020 illərdə onu nazir kimi saxlayanlara da mən etirazımı bildirirəm. Hansı keyfiyyyətinə, iş bacarığına görə ona bu qədər toxunulmaz yanaşdılar? O festivalların açılışında danışnda mən xarici qonaqlara görə utanırdım. O an hiss olunurdu ki, qarşında hansı insan dayanıb, yəni danışığı, səmimiyyəti, milli dəyərlərə zərrə qədər hörməti və bələdliliyi yox idi, yaradıcı ziyalıya, sənət adamına lazımınca ehtiram hissi yox idi, muğam festiavvallarında, aşıq festivallarında, teatr fesivallarında bir dəfə də rəsmiyyət xatirinə əyləşib dinləmədi. Bir dəfə də xalq teatrlarının, bölgə teatrlarının tamaşasına baxmadı. Təsəvvrün edin ki, dünyanın ən varlı sənət adamları Ə.Qarayevin şəxsi mülkündən heyrətə gəlirdilər, deyidilər ki, biz dünyada belə malikanə görməmişik. O bu qədər pulu maaşı ilə, yoxsa öz sənət əsərləri ilə, yoxsa yüksək qonorarları ilə, yoxsa öz layihələri və əqli mülkiyyəti ilə qazanıb? Heç biri ilə. Bunun yalnız bir adı. Amma hələ də onun nazı ilə oynayırlar, hələ də xətrinə dəymirlər. Bəs ictimai rəy, bəs xalqın gözləntiləri, bəs mədəniyyətə vurulan zərbələr, yarıtmaz idarəetmə mexanizmi? Bunlara görə kim cavab verəcək?
Eləcə də gömrük komitəsində baş idarəyə rəhbərlik edən, yaxud vaxtilə mühasib, polis, vergi, bank işçisi olan, MMC işlədən və ya bisnes ilə məşğul olan adamlar yuxarı məmur postlarını əldə etməyə necə və kimlərin vasitəsilə nail olublar? Belələrinin məmurluğu xalqımız üçün, onun mənliyi üçün əsil fəlakətdir. İnsanlar on illərlə belə idarə edənlərə necə dözə biliblər görəsən? Məgər ölkəmizdə bizneslə məşğul olanı, MMS işlədəni, bank, gömrük, vergi, mühasibatlıq və polis işçisini də rayona başçı təyin edərlər? Qətiyyən. Biznes adamını da təshilə, mədəniyyətə idarəçiliyə gətirərlər? Axı bisnes də daxil olmaqla, adı çəkilən sahələrdə hamılıqla aldatma, korrupsiya, dələduzluq hökm sürür. Bu sahələri təmsil edənlərə dövlət məmurluğu etbar etmək olmaz. Onların psixologiyası başqadır: necə aldadım, necə oğurlayım, kimin cibinə girim, xaricdə özümə necə mülk alım, kef-damaq sürüm, vəssalam. Nəticəsi göz önündədir. Əgər mən onların dosyesini oxuyanda kim olduqlarını aydın görürəmsə, o zaman belələrini hansı məsuliyyətlə başçı və digər vəzifələrə təyin edib, insanların əsəbləri ilə, mənliyi ilə, etimadı ilə oynayırlar.
İndi də milli heysiyyatı olmayanları, ömrü boyu kənd, torpaq, rayon görməyənləri, xaricdə, şəhərdə böyüyən şəhərli "ana uşaqlarını" böyük vəzifələrə çəkmək tendensiyası var. Onlar da kənd təsərrüfatının, kəndli əməyinin, təmiz kənd məhsulunun, kəndlinin və rayonlunun torpaqdan qazancının "anasını ağlar günə" qoyublar və qoyacaqlar da. Ömrü boyu meyvəni, ərzağı marketlərdən alan şəhərli "ana uşaqları" onların necə zəhmətlə yetişidirlməsini bilmirsə, vətən torpağının nə olduğunu mənən dərk etmirsə, o, bölgələrdə insanlara zəhmətlə pul qazanmaq üçün imkan, şərait yarada bilərmi? Əsla yox. Bir-iki aydan sonra də yenə də əvvəlkilər kimi işləməyə başlayırlar...
- Axı onların xaricdə müasir təhsili var, dünyagörüşü var...
- Nə olsun ki? Təkcə dünyagörüşlə, xaricdə təhsillə iş bitmir. Dövlətçilik şüuru, milli maraqları, millətə, vətənə sevgisi olmasa, Azərbaycanda bir kimsəyə vəzifə vermək olmaz. Bir də axı təhsildə dövləti idarə etməyin nəzəriyyəsini öyrədirlər, daha idarəçilik təcrübəsi, dövlətçilik şüuru vermirlər. Bu sahədə biliklə yanaşı, təcrübə və istedad, duymaq, qərar vermək bacarığı lazımdır.
İdarəetmədə manqurtlaşmış kadrların hakimiyyət əldə etməsi, çoxalması nə vaxtsa ölkəmizə ciddi fəsaldar yarada bilər. Elə "fetoçular", "5-ci kalon", "sapı özümüzdən olan baltalar" da belə "sivil, təhsilli kadlar"dan seçilir həmişə. Onlar bu ölkəyə maliyyə zərbələrindən də böyük zərbələr vura bilərlər. Maliyyə ziyanlarını ödəmək bəlkə də mümkündür. Amma millətə sevgisiz, cəmiyyətə qarşı məsuliyyətsizlik, vətəndaşa, sıravi insana təkəbbürlə yanaşmaq, daxili mənəm-mənəmlik sondromu, milli heysiyyatsızlıq, xaricdə təhsil almışın toxunulmaz psixologiyası cəmiyyətə daha böyük zərbələr vura bilər. Dövləti də, hakimiyyəti belə məmurların vasitəsilə, onların təmənnalı xəyanəti ilə sındırıblar həmişə.
Belələrinin saxta "sivil gənc", "sivil məmur" artistliyinə qətiyyən etibar etmək olmaz. Nə qədər dil bilməsinin də dövlətçiyimizə bir dəyəri yoxdur. Çünki ilk növbədə öz dillərini bilməlidirlər ki dilə, ölkəyə, dəyərə azacıq hörmət hissləri olsun. Amma başları yer kürəsinin hərəkətinə əks istiqamətdə işləyir və öz karyeralarını qorumaq üçün istənilən dəyərli kadrı tapdalamağa, ləkələməyə hazırdırlar. Bir yeganə seçim xüsusiyyətləri budur ki, hansısa regionu təmsil edirlər, vəssalam. Kadr siyasətinin özündə də islahat aparımalıdır. Dövlətin kadr siyasətinin kimlərinsə şəxsi seçiminə buraxmaq olmaz. Bu sahədə qanunlar, bir konsepsiya olmalıdır, deyilmi?
Belələri artıq onlara olan inamdan sui-istifadə edib, vəziələr əldə etmək üçün yollar, əlaqələr axtarmağa başlayıbılar. Nəzərə almırıq ki, artıq 10 ildir Azərbaycan gəncinin xaricdə təhsil alması normal, adi bir şey kimi qarşılanır. Azacıq özünə əziyyət verib oxuyan hər bir gənc xaricdə universistetlərə daxil ola bilər. Əlbəttə, mən bahalı universitetləri nəzərdə tutmuram. Təhsil xərci o qədər yüksəkdir ki, orada hər istedadlı, savadlı gəncimiz oxuya bilmir. Bəs kimlər oxuyur? Rüşvətlə, korrupsiya ilə, dövlətin cibinə girməklə qanunsuz və bol sərvət yığan məmurların və ya keçmiş məmurların övladları və ya nəvələri. Odur ki, xaricdə təhsil almış gəncləri ölkəmizdə bu qədər idellaşdırmaq kadr siyasətində yenə boşluqlar yarada bilər. Onu da unutmayaq ki, vəzifəyə təyinat alanların əksəriyyəti keçmiş və indiki məmurların qohumlarıdır, övladlarıdır, ya da kiminsə qohumudur və sairə. Belə getsə, yenə də ziyan, əzab, stresslər, ədalətsizliklər bu xalqa, bu ölkəyə dəyəcək.
Paylaş:
Müəllif : Fuad
Tarix:7-06-2020, 11:09
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Fuad
Tarix:7-06-2020, 11:09
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
21-12-2024, 11:45
Magistral yolların keçdiyi rayonlarda yeni trend: Topraq sahələri kütləvi satışa çıxarılır
21-12-2024, 11:24
“Sahil Babyev, gəl sənə göstərim ki, biz sakinlərə necə xəstə heyvan verirlər!” – KƏLBƏCƏR SAKİNİNDƏN MÜRACİƏT / VİDEO, FOTO
21-12-2024, 11:20
Kiyevdə rusların vurduğu "Şah Plov" restoranı deputat Ağalar Vəliyevə məxsusdur - FOTO
21-12-2024, 11:18
Sumqayıtda milyonların talanmasında iştirakçı olan “Saffira Plus” MMC -nin fəaliyyəti niyə yoxlanılmır
21-12-2024, 11:07