Aslan İsmayılov “Azerbaijan British College”dən yazdı: - “Pandemiya dövründə də güzəşt etmirlər”
Bir neçə gün bundan əvvəl yazmışdım ki, Azərbaycanda, xüsusən Bakıda onlarla özəl universitetlər, məktəblər, baxçalar var. Pandemiya müddəti əhalinin maddi vəziyyətinin ağır olmasını nəzərə alaraq hesab edirdim ki, bütün bu özəl müəssisələr ödəmə məbləğini azaldacaqlar. Normal biznes mühitində və normal biznesmenlər tərəfindən ödəmə haqqının təxminən yarısını güzəşt edəcəklərini düşünürdüm. Əksi alındı. Bu, həm də gözlənilən idi, çünki bizdə nə normal biznes mühiti, nə də normal biznesmenlər var. Adlarını çəkdiyim tədris ocaqlarının hamısı məmur-oliqarxların biznes şəbəkələrinə daxildirlər, rüşvət müqabilində fəaliyyətlərinə icazə alıblar və rəqabət mühitinin olmadığı şəraitdə mövcuddurlar.
Bu gün konkret “Azerbaijan British College” Təhsil Kompleksi timsalında bunların əhaliyə hansı güzəştlər etdiklərini göstərməklə Təhsil Nazirliyi, Maliyyə Nazirliyi və Vergilər Nazirliyindən araşdırma aparmalarını xahiş edirəm. Bu müəssisəsi bütün valideynlərə 23.05.2020-ci il tarixdə məktub göndərərək 2020-2021-ci tədris ili üzrə təhsil haqlarını 30.06.2020-ci il tarixinədək tam ödəmələrini tələb etmişdir. Əks təqdirdə təhsil haqqına 500 manat əlavə ediləcəyini bildirmişlər. Valideynlərin çoxsaylı müraciətlərindən sonra bu müəssisə yeni məktub göndərərək tələblərində israrlı olduqlarını və Pandemiya ilə bağlı 2020-ci ilin mart, aprel, may və iyun ayları üçün ödəmə məbləğində bağça uşaqları üçün 200 manat, ibtidai və orta məktəb uşaqları üçün isə 130 manat güzəşt edildiyini bildiriblər.
Pandemiya dövrünü kənara qoyub sadə hesablama aparsaq belə bu tədris ocağının bu halda da qazanmaq istəyini görməmək mümkün deyil. Belə ki, bu aylarda karantin dövrünə görə şagirdlər evdə təhsil alırlar və bu müddət ərzində tədris ocağı kommunal, uşaqlara yemək, təmizlik işləri, ofis xərclərini etmirlər. Bildiyim qədər əlavə olaraq bu müddətdə İqtisadiyyat Nazirliyi sahibkarlıq obyektlərinə yardım da göstərib.
Hesab edirəm ki, hakimiyyət insanların əsaslı narazılığına səbəb olan belə biznes strukturlarına qarşı müvafiq tədbirlər görməli və onsuz da çətin maddi durumda olan vətəndaşların tərəfində olmalıdır.
Aslan İsmayılov
Hüquqşünas //pravda.az//
Paylaş:
Müəllif : Yazar
Tarix:8-06-2020, 17:20
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:8-06-2020, 17:20
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Dünən, 12:48
“Əsaslı Tikinti və Təchizat” MMC-nin “ŞƏMKİR TİKİNTİ-18” ASC ilə ŞÜBHƏLİ İŞBİRLİYİ - İLGİNC FAKTLAR
Dünən, 12:01
Rəis oğlunu mühəndis, baldızı oğlunu müavini təyin etməsinə belə cavab verdi: "Məgər ölkəmizdə eyni ailə üzvlərinin bir təşkilatda işləməsinə dair nümunələr yoxdur?"
29-01-2025, 08:59
BAŞLANDI: “Azəriqaz”da kütləvi ixtisarlar - “İşçilərin məhkəməyə müraciət etmək hüququ var”
29-01-2025, 08:36
Tanınmış alimin oğlunun müəmmalı ölümü: Üstündə külli miqdarda pul olub - TƏFƏRRÜAT
29-01-2025, 08:28