Nərimanovun heykəli kimlərə rahatlıq vermir: - DTX təxribatın izinə düşüb
Qonşu Gürcüstanda Kvemo Kartli əyalətində, əslən bu yerlərdən olan Azərbaycanın məşhur siyasi xadimi Nəriman Nərimanovun abidəsi ətrafında yaranan gərginlik gündəmdən düşmür. Bu yaxınlarda Gürcüstan Dövlət Təhlükəsizliyi Xidməti (DTX) oraya dəvət olunan bir azərbaycanlı şeyxlə bir neçə saat söhbət edib. DTX rəsmiləri Kvemo Kartli və Kaxetidə gürcülər və azərbaycanlılar arasında milli nifaq salınması cəhdləri ilə əlaqədar Gürcüstan Ali Müsəlman İdarəsinin rəhbəri Mirtağı Əsədovla görüşüblər. "Qafqaz-uzel" xəbər verir ki, şeyxin sözlərinə görə, suallar, əsasən bolşevik Nəriman Nərimanovun abidəsinin restavrasiyası ilə bağlı olub.
Xatırladaq ki, Gürcüstan DTX etnik azərbaycanlıların sıx yaşadıqları bölgələrdə Gürcüstan-Azərbaycan münaqişəsi yaratmaq üçün əl atılan təxribatla bağlı cinayət işi açıb.
Sorğusunun dörd saata yaxın davam etdiyini söyləyən Əsədov, sonunda detalların açıqlanmasını qadağan edən sənəd imzaladığını da bildirib. Bununla yanaşı, o, xidmət əməkdaşlarının verdiyi bəzi suallar barədə ümumi məlumat verib: “Marneulidə karantin elan edildikdə və şəhər qırmızı zonaya daxil ediləndə, biz əhaliyə maddi yardım göstərir və Azərbaycan dilində məlumat verirdik. Onlara “Gürcüstan bizim ölkəmizdir, biz bu ölkənin övladlarıyıq”, - deyərək, bərabərlik, bərabər hüquqlar tələb edirdik. Media vasitəsi ilə millətlərimiz arasında nifaq salmaq istəyənləri qınadıq. Ortada özlərini gürcü etnosunun maraqlarının müdafiəçisi kimi təqdim edən müəyyən qruplar var idi. Müraciətlərim nifrət dolu ifadələrdən istifadə edən və Gürcüstan əhalisi arasında fikir ayrılığına səbəb olmaq istəyənlərə ünvanlanırdı”.
Gürcüstan İctimai Televiziyası xəbər verir ki, iyunun 8-də istintaq çərçivəsində Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycanda tanınan QHT rəhbərlərindən birini - “Qeyrət” hərəkatının sədri, Gürcüstan parlamentinin sabiq deputatı Zümrüd Qurbanovu da vəkilinin iştirakı ilə sorğu-sual edib. Qurbanovun sözlərinə görə, Gürcüstan-Azərbaycan münasibətlərinin pisləşməsində maraqlı olan müəyyən "üçüncü qüvvə" mövcuddur. Qurbanov xüsusi xidmət orqanlarının diqqətinə sosial şəbəkələrdə yayılan bəzi şərhləri də çatdırıb.
Gürcüstanın Dövlət Təhlükəsizliyi Xidməti bir neçə gündür ki, bu məsələ ilə əlaqədar araşdırma aparır, amma, nədənsə ictimaiyyətə heç bir məlumat verilmir. Görəsən DTX konkret nə axtarır və həqiqətdə nə baş verir?
Gürcüstan ekspertləri arasında bu mövzunu daha çox araşdıran tanınmış politoloq, “Azad Rusiya” Fondunun Cənubi Qafqaz bürosunun rəhbəri Yeqor Kuroptev AYNA-nın suallarını cavablandırıb.
“Hələlik istintaq gedir və DTX hələ ki, məsələ barədə heç bir məlumat vermir. Amma indidən mövcud iki faktı səsləndirmək olar: Birincisi, milli və ərazi məsələləri tez-tez cəmiyyətdə ayrıseçkilik salmaq və xaos yaratmaq istəyən qüvvələrin əsas hədəfi olur. Xatırladım ki, gürcü ictimai fikrində alternativ mənzərə yaratmaq üçün ötən ilin martından sentyabrına qədər David Qareci (Keşikçidağ – red.) mövzusu aktiv şəkildə istifadə olunurdu. Eyni bucaqdan Türkiyə məsələsi də gündəmdə idi. Rusiya təbliğat maşını Gürcüstanın yaxın müttəfiqləri olan Azərbaycan və Türkiyə ilə arasında olan və olmayan problemləri qabardaraq, yaratdığı çoxsaylı televerilişlərdə, ekspert rəylərində gürcü cəmiyyətinə ötürürdü. Mən bu kampaniyanı olduqca diqqətlə izlədim. Bu kampaniya ardıcıl olaraq məşhur “Qavrilov gecəsinə” – rusiyalı deputatın Gürcüstandan qovulduğu günə qədər davam etdi. Növbəti iki həftə “qəzəbli və acıqlı gürcülərə” hücumlara həsr edildi. Amma bundan bir neçə gün sonra Rusiyanın 1-ci, 2-ci kanallarının təbliğat valı dəyişdi və gürcü cəmiyyətinə belə bir fikir yeridilməyə başladı ki, sən demə, “gürcülər qəzəbli yox, yaxşıdırlar və onlar anlamalıdırlar ki, onların düşməni Rusiya deyil”. Və başladı Azərbaycanla aranı vurmaq üçün David Qareci, Türkiyə ilə aranı vurmaq üçün isə Batumi mövzusu aktiv şəkildə hallandırılmağa. Bəli, anlayan adam üçün bu təbliğat cəfəngiyyat üzərində qurulmuşdu, amma təəssüf ki, bəzən informasiya axınının sürəti ilə uzlaşa bilməyən cəmiyyətin nümayəndələri cəfəngiyyatı da həqiqət kimi qəbul edirlər. Kampaniya elə bu amilə hesablanmışdı”, - müsahibimiz deyib.
O, xüsusi diqqət çəkib ki, Rusiya hakimiyyətinə rəsmi Tbilisi ilə Bakı və Ankaranın arasını vurmaq hava-su kimi önəmlidir: “Buna nail olarlarsa, bölgədə neçə regional meqa-iqtisadi layihə təxirə salınar, Kremlin Qafqazda möhkəmlənməsi üçün olduqca yaxşı şərait yaranar. Odur ki, Kreml minimal “ağrı nöqtələrini” belə, əldən vermir və bəzən bunu özü yox, Gürcüstan və Azərbaycanda mövcud olan “təsir operatorları” vasitəsilə həyata keçirir. Nəzərə almaq lazımdır ki, qarşıda Gürcüstanı parlament seçkiləri gözləyir. Hibrid müharibələrinin və xaricdən olan təziqlərin effektivliyindən parlamentə neçə təsir agentinin düşməsi olduqca asılıdır. Milli və ərazi məsələlərində kim daha çox hay-küy salır? Millətçi şüarlarla xal qazanaraq, hərəkatdan partiyaya çevrilməkdə olan “Gürcü marşı” ilə yanaşı, hazırda parlamentdə təmsil olunan, lakin yeni seçkilər vasitəsilə daha çox deputat yeri əldə etməyə çalışan “Patriotlar Alyansı” bu hay-küy ritorikasının öncülləridir”.
“Onlardan əlavə, Rusiya XİN-i tərəfindən maliyyələşdirilən Rusiya-Gürcüstan İctimai Mərkəzinin sədri Dmitri Lordkipanidzenin də adını çəkmək olar. Onun öz Mərkəzində keçirdiyi bir tədbirin adı artıq Mərkəzin kimə və nəyə xidmət etdiyini açıq-aydın ortaya qoyur: “Rusiya ilə Türkiyə arasında olan Gürcüstan” adlı tədbirdə iştirakçılara kimin onların əsl düşməni və işğalçı olması izah edilirdi. Bu qəbildən olan digər personaj Nikoloz Mjavanadze və daha bir neçə xırda fiqurdur. Bax, bu insanlar əllərinə xırda bir fürsət düşən kimi, sanki sahiblərinin bir işarəsi ilə vəziyyəti gərginləşdirmək üçün hər addıma əl atırlar – bunlar pullar, deputat yerləri və hakimiyyət uğrunda mübarizə aparırlar”, - Yeqor Kuroptev bildirib.
“Əgər Gürcüstan barədə danışsaq, daha bir güclü qüvvə var ki, o da Kilsədir. Daha doğrusu Kilsə daxilində olan bəzi qüvvələr. Amma bu məsələ din və patriarxiyaya aid olduğu üçün, hələ ki, ona toxunmaq istəmirəm. Mahiyyət aydındır: Gürcüstanda Kreml tərəfindən idarə olunan, dəstək verilən müxtəlif mərkəzlər, təsir operatorları var ki, növbəti seçkilərdə əhalinin milli hissləri ilə oynayaraq, parlamentdə bacardıqca çoxlu yer əldə etmək istəyirlər”, - o vurğulayıb.
Gürcüstan DTX-nın azərbaycanlıları istintaqa çağırmasını gəldikdə, büro rəhbəri hesab edir ki, DTX hələ məlumat toplayır və yersiz gərginlik yaratmaq istəyənlərə xəbərdarlıq edir: “Əslində, dövlət orqanının bu işlə məşğul olması destruktiv qüvvələrin əlindən təxribat törətmək imkanlarının alınması deməkdir. Yəqin ki, yaxın müddətdə yuxarıda adını çəkdiyim təxribatçıların da DTX-ya çağrılması barədə məlumat alacağıq. Bu məsələdə təşəbbüsü başqa dövlətlərin əlinə vermək olmaz”. //AYNA.AZ//
Paylaş:
Müəllif : Yazar
Tarix:12-06-2020, 11:07
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:12-06-2020, 11:07
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Dünən, 11:45
Magistral yolların keçdiyi rayonlarda yeni trend: Topraq sahələri kütləvi satışa çıxarılır
Dünən, 11:24
“Sahil Babyev, gəl sənə göstərim ki, biz sakinlərə necə xəstə heyvan verirlər!” – KƏLBƏCƏR SAKİNİNDƏN MÜRACİƏT / VİDEO, FOTO
Dünən, 11:18
Sumqayıtda milyonların talanmasında iştirakçı olan “Saffira Plus” MMC -nin fəaliyyəti niyə yoxlanılmır
Dünən, 11:07
İşçilərin maaşı ilə özünə “imperiya” quran dələduz şirkət rəhbəri QAÇDI - İLGİNC FAKTLAR...
20-12-2024, 21:08
Türkiyənin Suriya üçün göndərəcəyi 75 min ərzaq bağlamasının ilk partiyası yola salındı
20-12-2024, 14:01
Tiktoker Benizin zərərçəkəni hüquq-mühafizə orqanlarına müraciət etdi - 836 min manatdan çox pulunu hissə-hissə ələ keçirib
20-12-2024, 13:48
Ölkəmizə son illər iribuynuzlu heyvanlar HARADAN və NECƏ gətirilir? - “Dana monopoliyası” "kralı"na niyə DUR deyən tapılmır...?
20-12-2024, 12:09