“Az Granata”nın BREND OĞURLUĞU: - “Bu qədər rəzalət olmaz”
Azərbaycanın ən uğurlu şikətlərindən biri olan, 30 illik tarixə malik “Naigin K Tovuz Baltiya” şirkəti rəqib kompaniyanın “brend oğurluğu”na məruz qalıb.
regionxeberlericom.az İnterpress.az-a istinadən xəbər verir ki, “Az Granata” MMC şirkəti “Naigin K Tovuz Baltiya”-ya məxsus “Tovuz” konyak brendini öz loqosu ilə satışa çıxarıb.
Məlumata görə, Azərbaycanın, o cümlədən, bir sıra başqa ölkələrin spirtli və alkoqolsuz içki bazarında müəyyən mövqeləri olan “Az Granata” MMC-nin partnyor şirkət olan “Naigin K Tovuz Baltiya”-ya məxsus “Tovuz” konyak brendini öz məhsulu kimi Ukrayna və daxili bazarda satışa çıxarmasına dair informasiya alıcılar tərəfindən sosial şəbəkələrdə geniş yayımlanıb.
Dərc olunan fotoşəkillərdən də aydın görünür ki, məşhur brend alıcılara məhz “Az Granata”nın məhsulu kimi təqdim olunur. Olaya kəskin reaksiya verən “Naigin K Tovuz Baltiya” şirkətinin təmsilçisi “brend oğurluğu”na əl atan “Az Granata”nın bu saxtakarlığa görə qanun qarısında cavab verəcəyini bəyan edib:
“Hörmətli “Tovuz-Baltiya” məhsullarının keyfiyyətinə güvənən, inanan alıcılarımız. Partnyorlarmız, baxın, görün! Öz məhsullarının keyfiyyətinə güvənə bilməyən şirkətlərdən biri, konkret olaraq, “Az Granata” bizə məxsus olan “Tovuz” brendini saxtalaşdıraraq, o ad altinda keyfiyyətsiz məhsullarını bazara çıxarıblar. Həmin saxta məhsulların üzərindəki loqo və yazıların heç biri bizim şirkətə aid deyil! Biz bu saxtakarlıqla bağlı aidiyyatı qurumlara məlumat verəcəyik. Hər kəs bilsin ki, “Tovuz-Baltiya” öz keyfiyyətini çoxdan təsdiq edib!
Bu saxtakarlığa əl atanlar qanun qarşısında cavab verəcəklər!”
Hadisə ilə əlaqədar İnterpress.az-a açıqlama verən “Naigin K Tovuz Baltiya” Şirkətlər Qrupunun təsisçisi və Baş direktoru Naiq Məmmədhəsənov “Az Granata”nın “Tovuz” brendini saxtalaşdırmasını “böyük rəzalət” adlandırıb
“Tovuz Vino” şirkətinin səhmlərinin 50 faizi mənə, yəni “Tovuz” brendinin istesalçısına, digər 50 faizi isə Elimxan Mahmudova məxsusdur. Hər kəs bilməlidir ki, məhsul harada istehsal olunursa, onun yeri və mənşəyi haqda bütün məlumatlar məhsulun üzərində qeyd olunmalıdır. Yəni hansısa şəhərdə istehsal olunan məhsul başqa bir şəhərin məhsulu kimi göstərilmir. Sadə dillə desək, Fransada yerləşən Konyak şəhəri də Tovuz və ya Ağsu kimi şəhərdir. Ona görə də məhsulun üzərində istehsal edildiyi şəhərin adı yazılmalıdır.
Konyak da Tovuz kimi bir əyalətdir. Eyni zamanda, Armanyak da, Kalvados da Ağsu kimi bir rayondur. O baxımdan, Konyakda istehsal olunan hər hansı brend məhsul Armanyakda da istehsal edilə bilməz. Eynilə də, Armanyakda buraxılan məhsulun Konyakda istehsalı mümkün deyil. Yəni hər bir regionun mənşə sertifikatına görə məhsul buraxılır. Hansısa regionun adından sui-istifadə edərək, məhsul buraxmaq həmin şirkətin imicinə böyük zərbədir. Özünə hörmət edən şirkət heç vaxt başqa bir brendi öz məhsulu kimi istehsal edib bazara çıxarmaz. Çünki Ağsu ənənəvi üzümçülük bölgəsi kimi tanınıb. Bu gün Ağsunun qədim üzümçülük ənənəsinə malik olan “Tovuz”un 30 ilə yaxın müddətdə reklam olunan adından istifadəsi açıq-aşkar spekulyasiya və alverçilik cəhdidir.
Dünyanın heç bir yerində bu kimi cəhdlər qəbul edilmir. Azərbaycanın Nazirlər Kabinetinin regionların spesifik məhsul istehsalı ilə bağlı qərarı var. Bu barədə “Four Seasons” otelində Standartlaşma Komitəsi ilə Fransalı iş adamlarının iştirakı ilə geniş tədbir də keçirildi. Orada da qeyd olundu ki, hər bir regiona xas məhsulların məhz o bölgələrdə istehsal edilməsi məqsədəuyğundur. O baxımdan, konkret bir şirkətin hansısa brendin patentləşdirilməsindən asılı olmayaraq, bu və ya digər regionun məhsulunu öz adından istehsal etməsi yumşaq desək, yaxşı qarşılanmır.
Ona görə də, vaxtilə Nazirlər Kabinetində, Kənd Təsərrüfatı, İqtisadiyyat və Vergilər nazirliklərində müvafiq iclaslar keçirildi. Bu məsələyə dair mənim göndərdiyim xüsusi məktub da var. Təsəvvür edin ki, bizim “Tovuz” brendinə xas eyni butılka, eyni loqo, eyni qrafika və dizaynda, sadəcə, bizim loqonun əvəzinə öz loqolarını yerləşdirməklə, guya “məhsul” istehsal ediblər. Bu qədər zavodu, məhsulu, brendi, özünə görə ad-sanı olan bir şirkət belə bir oğurluğa əl atırsa, ona sadəcə, “Ayıb olsun!” demək qalır.
Biz əlbəttə ki, həmin əməllərinə görə onları məhkəməyə verəcəyik. Əgər Elimxanın o şirkətə belə yazığı gəlirdisə, əslində, “Tovuz Vino”ya daha çox mənim canım yanmalıydı, lazım olan işləri mən etməliydim, şirkətə kəsilən cərimənin 500 faizi mənə yönəldilməliydi. Elimxanın bu barədə dediklərinin hamısı yalan söhbətlərdir. Yenə deyirəm, “Tovuz Vino”nun səhmlərinin 50 faizi mənə, 50 faizi də Elimxana məxsusdur. Bu barədə nəsə deməyə onun ixtiyarı yoxdur. Bir daha bildirirəm ki, onları məhkəməyə verəcəyik və brendimizi saxtalaşdırdıqları üçün təzminat ödəmələrinə nail olacağıq.
Onların bu əməli həqiqətən də, rəzalətdən başqa bir şey deyil. Brenddən istifadə zamanı heç olmasa, dizaynı müəyyən qədər dəyişdirməyə də ehtiyac görməyiblər. Yaxşı, mən də durub o şirkətin məhsulları olan “Xürrəmilər” və ya “Ağsu” arağı istehsal etsəm, buna nə münasibət olar? Bununla özümü gülüh hədəfinə çevirmiş olaram, hər kəs mənə gülər… İnanın ki, belə bir iş tutsam, intihar edərəm. Mənim özümə görə adım, nüfuzum var. Pula görə özlərini biabır edənlərə ayıb olsun! Belə bacarıqlısınızsa, gedin, başqa ölkələrin bazarlarına çıxın. Niyə bizim brendin kölgəsinə sığınırsan? Görün, bu cür adamlar o şirkətin adını necə biabır edirlər. Çox ayıb olsun!”
Paylaş:
Müəllif : Yazar
Tarix:13-06-2020, 15:16
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:13-06-2020, 15:16
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
21-12-2024, 11:45
Magistral yolların keçdiyi rayonlarda yeni trend: Topraq sahələri kütləvi satışa çıxarılır
21-12-2024, 11:24
“Sahil Babyev, gəl sənə göstərim ki, biz sakinlərə necə xəstə heyvan verirlər!” – KƏLBƏCƏR SAKİNİNDƏN MÜRACİƏT / VİDEO, FOTO
21-12-2024, 11:20
Kiyevdə rusların vurduğu "Şah Plov" restoranı deputat Ağalar Vəliyevə məxsusdur - FOTO
21-12-2024, 11:18
Sumqayıtda milyonların talanmasında iştirakçı olan “Saffira Plus” MMC -nin fəaliyyəti niyə yoxlanılmır
21-12-2024, 11:07
İşçilərin maaşı ilə özünə “imperiya” quran dələduz şirkət rəhbəri QAÇDI - İLGİNC FAKTLAR...
20-12-2024, 21:08
Türkiyənin Suriya üçün göndərəcəyi 75 min ərzaq bağlamasının ilk partiyası yola salındı
20-12-2024, 14:01
Tiktoker Benizin zərərçəkəni hüquq-mühafizə orqanlarına müraciət etdi - 836 min manatdan çox pulunu hissə-hissə ələ keçirib
20-12-2024, 13:48
Ölkəmizə son illər iribuynuzlu heyvanlar HARADAN və NECƏ gətirilir? - “Dana monopoliyası” "kralı"na niyə DUR deyən tapılmır...?
20-12-2024, 12:09