Hadı Rəcəblinin özünün və ailəsinin ucsuz-bucaqsız sərvəti
Milli Məclisin keçmiş deputatı Hadı Rəcəbli yaddaşlarda həm də müəllimlərə işdən sonra fəhləlik etməyi məsləhət görməsi ilə qalıb.
Halbuki özü ölkədə qanunvericliyin tələblərini pozaraq deputatlığı dövründə bizneslə məşğul olub, sərvət toplayıb.
Hadı Rəcəblinin ailə üzvlərinin adına rəsmiləşdirilmiş azı 10 şirkətin adını çəkmək olar. “VRS” MMC, “VRS Consulting”, “VRS Solutions” rəsmi sənədlərdə ya keçmiş deputatın oğlu Vüsal Rəcəblinin, ya da onun həyat yoldaşı Səidə Rəcəblinin adına rəsmi qeydiyyata alınıb. VRS abbreaviaturası da ər-arvadın adlarını və soyadı ifadə edir. Səidə Rəcəblinin “MOBA3” şirkəti də var.
Hadı Rəcəbli digər oğlunu da unutmayıb. Tural Rəcəbli “K.E.T.S” MMC-nin, “Kaverson”un, “Moskommers”in , onun həyat yoldaşı Mehriban Rəcəbli isə “Məkan” kiçik müəssisəsinin təsisçisidir.
Bundan başqa, keçmiş deputatın bacısı Rübayəl Rəcəbova “Aptust”un, qardaşı İqbal Rəcəbovun oğlu Rüstəm Rəcəbli “Şerif-R” MMC-nin, yaxın qohumu Şadil Rəcəbli isə “Veravul”un təsisçisi sayılır.
Araşdırmaçı jurnalist Cavanşir Həsənli keçmiş deputatın qızı Ülviyyə Tahirlinin atasının yaratdığı imkanlardan gen-bol istifadə etdiyini üzə çıxarıb. O, “Tourmedist” MMC-ni 2016-cı ilin avqustunda qeydiyyatdan keçirib. Sənədlərdə qanuni təmsilçi kimi onun həyat yoldaşı İlham Tahirlinin adı yazılıb. Hadı Rəcəblinin qızı şirkətin yaradılmasını qediyyatdan üç ay əvvəl “Central Park Otel”də, özü də təmtəraqla qeyd edib. “Tourmedist” qısa zamanda beynəlxalq biznes şəbəkəsinə çevrilib. Məhdud məsuliyyətli cəmiyyətin ABŞ-da, Böyük Britaniyada, İsraildə, Hindistanda, Cənubi Koreyada, Yaponiyada 400-ə yaxın klinikaya çıxışı yaranıb.
2016-cı ildə eyni adla İstanbulda qeydiyyatdan keçən “Tourmedist sağlık hizmetleri eğitim turizm medikal ürünler ve danışmanlık LTD” şirkətinə isə ailənin türkiyəli ortağı Osman Toker rəhbərlik edir. İstanbul Ticarət Odasında təsdiq edilmiş qeydiyyat sənədlərinə görə, İstanbulun Zeytunburnu Çırpıcıyolu 5/3G/C ünvanında yerləşən şirkətin müalicə və cərrahiyyə klinikalarına sahib olmaq, tibbi alət, cihaz və avadanlıqların satışını təşkil etmək hüququ var. Osman Toker “Tourmedist”in Qazaxıstandakı səhiyyə turizmi şəbəkəsinə də rəhbərlik edir. 2018-ci il maliyyə hesabatına görə, Qazaxıstandakı şəbəkənin dövriyyəsi 362 min 880 dollar olub.
Ülviyyə Tahirlinin sosial şəbəkə hesablarını diqqətlə nəzərdən keçirəndə onun “Atomiyum”un sahibi olduğunu bilmək çətin deyil. Bu şirkət də Osman Tokerlə şərikli yaradılıb. “Atomiyum”un coworking (birgə iş) mərkəzləri var. Hadı Rəcəblinin nəvəsi Fəqan Tahirli beynəlxalq şəbəkənin Azərbaycandakı mərkəzini təsis edib. Mərkəzin “Yeni həyat”da 250 kvadratmetr sahəsi olan ofisi var.
Fəqan Tahirli illik təhsil haqqı 13 min dollar olan Londonun Koventri universitetini bitirib. “Atomiyum”un rəsmi portalı Belçikada və ABŞ-da da iş mərkəzlərinin olduğundan xəbər verir.
Hadı Rəcəblinin kürəkəni İlham Tahirli “Kapitalbank”ın nağd vəsaitlərin idarə edilməsi departamentinin müdiri, “Qlobal humanitar” qeyri-hökumət təşkilatının rəhbəridir. Bu təşkilat Hadı Rəcəblinin dəstəyi ilə Lənkəranın bir neçə kəndinə su xətləri çəkilməsi layihəsi hesabına Yaponiyanın Azərbaycandakı səfirliyindən böyük vəsait alıb. Məsələn, 2018-ci ildə keçmiş deputatın kürəkəni Yaponiya hökumətinin ölkəmizdə həyata keçirdiyi “Ot kökləri və insan təhlükəsizliyi qrant yardımı” proqramı çərçivəsində Tükəncil kəndinə içməli su xəttinin çəkilməsi adı altında 89 min 131 dollar qrant alıb. 2017-ci ildə isə Yaponiya hökuməti Günəhir kəndinə su xətti çəkilməsi üçün İlham Tahirlinin rəhbərlik etdiyi qeyri-hökumət təşkilatına 83 min 213 dollar ayırmışdı. Layihədə uzaq məsafədən bulaq sularının xətlərlə kəndlərə gətirilməsini nəzərdə tutulsa da, keçmiş deputatın kürəkəni daha asan yol seçib, artezian quyuları hesabına işi başa çatdırıb. /Bizimyol.info
Paylaş:
Müəllif : Fuad
Tarix:15-06-2020, 10:42
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Fuad
Tarix:15-06-2020, 10:42
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
21-12-2024, 11:45
Magistral yolların keçdiyi rayonlarda yeni trend: Topraq sahələri kütləvi satışa çıxarılır
21-12-2024, 11:24
“Sahil Babyev, gəl sənə göstərim ki, biz sakinlərə necə xəstə heyvan verirlər!” – KƏLBƏCƏR SAKİNİNDƏN MÜRACİƏT / VİDEO, FOTO
21-12-2024, 11:20
Kiyevdə rusların vurduğu "Şah Plov" restoranı deputat Ağalar Vəliyevə məxsusdur - FOTO
21-12-2024, 11:18
Sumqayıtda milyonların talanmasında iştirakçı olan “Saffira Plus” MMC -nin fəaliyyəti niyə yoxlanılmır
21-12-2024, 11:07
İşçilərin maaşı ilə özünə “imperiya” quran dələduz şirkət rəhbəri QAÇDI - İLGİNC FAKTLAR...
20-12-2024, 21:08
Türkiyənin Suriya üçün göndərəcəyi 75 min ərzaq bağlamasının ilk partiyası yola salındı
20-12-2024, 14:01
Tiktoker Benizin zərərçəkəni hüquq-mühafizə orqanlarına müraciət etdi - 836 min manatdan çox pulunu hissə-hissə ələ keçirib
20-12-2024, 13:48
Ölkəmizə son illər iribuynuzlu heyvanlar HARADAN və NECƏ gətirilir? - “Dana monopoliyası” "kralı"na niyə DUR deyən tapılmır...?
20-12-2024, 12:09