İrəvanın “134 tezlik” iddiası: “Nazirlik bu məsələyə aydınlıq gətirməlidir” - İLGİNC
“Ölkənin dayanıqlı informasiya infrastrukturunda milli tezlik spektrindən effektiv istifadə mühüm rol oynayır”.
Azərbaycanla Ermənistan arasında tezlik spektrinin tənzimlənməsi məsələsinin Beynəlxalq Telekommunikasiya İttifaqında (BTİ) müzakirəsi ilə bağlı ötən illər mediada bir neçə dəfə məlumat verilmişdi. BTİ rəsmilərinin açıqlamalarından belə görünürdü ki, bu sahədə ciddi problemlər var.
Yenicag.az xəbər verir ki, “Multimedia” İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru Osman Gündüz Nazirlər Kabineti yanında Radiotezliklər Dövlət Komissiyasının Ermənistanın Azərbaycana məxsus tezlik resurslarından istifadə hüququna malik olub-olmaması ilə bağlı iddialara aydınlıq gətirməsinin vacibliyini bildirib.
Ekspertin sözlərinə görə, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin bu barədə yaydığı açıqlamada yaranan suallara cavab verilmir:
“İki gün öncə Ermənistan rabitə naziri Akob Arşakyan açıqlayıb ki, BTİ-nin vasitəçiliyi ilə Azərbaycanın rabitə təmsilçiləri ilə aparılan danışıqlar nəticəsində sərhəddəki tezliklər məsələsində müzakirələr olunub, razılaşma nəticəsində Ermənistan 134 tezlikdən sərbəst istifadə hüququ əldə edib.
Bundan sonra bizim Nazirlik açıqlama yayıb və maraqlıdır ki, bu açıqlamada 134 tezlik məsələsinə deyil, bizim radioyayım stansiyalarının BTİ-də qeydiyyatına diqqət yönəldib. Məlum olub ki, Ermənistan bizim radio yayım stansiyalarının Beynəlxalq Telekommunikasiya İttifaqında (BTİ) qeydiyyata alınmamasına, bununla da fəaliyyətinə maneələrin yaranmasına səbəb olurmuş.
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (NRYTN) bununla bağlı tədbirlər görüb, Azərbaycanın radio yayım stansiyalarının qeydiyyata alınması, Ermənistanın etirazlarına baxmayaraq, təmin edilib. Müzakirələr nəticəsində Tovuz, Qazax, Naxçıvan və digər ərazilərdəki radiostansiyalarımıza maneələr aradan qaldırılıb. Bunlar uğurlu addım kimi qəbul edilə bilər. Lakin NRYTN açıqlamasından da görünür ki, nəyinsə qarşılığında Ermənistan özünün əsassız etirazlarını geri götürüb”.
Ölkənin sərhədyanı regionlarında bizim radiostansiyaların deyil, əsasən, erməni radioyayımların fəaliyyət göstərməsinə də toxunan Osman Gündüzün fikrincə, Nazirlik bu məsələyə də münasibət bildirməlidir:
“Ölkənin dayanıqlı informasiya infrastrukturunda milli tezlik spektrindən effektiv istifadə mühüm rol oynayır. Azərbaycanda tezlik resursu dövlətə məxsusdur. Tezliklərin müxtəlif məqsədlər üçün istifadəsi Nazirlər Kabineti yanında Radiotezliklər üzrə Dövlət Komissiyası və Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin səlahiyyətindədir.
Eyni zamanda, Dövlət Radiotezliklər İdarəsi də tezliklərdən istifadə məsələlərinə nəzarət edir. Milli Tеlеviziyа və Rаdiо Şurаsı (MTRŞ) adıçəkilən qurumların ayırdığı sərbəst tezliklərdən teleradio məqsədləri üçün istifadəni təmin edir. Tezlik resursu dövlətə məxsus olduğuna görə erməni nazirin 134 tezlikdən istifadə hüququnun əldə edilməsi ilə bağlı açıqlamasına Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ciddi və detallı bir açıqlama verməlidir”.
Paylaş:
Müəllif : Yazar
Tarix:16-06-2020, 17:15
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:16-06-2020, 17:15
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti