reklam
Regionxeberlericom.az » Gündəm » Cəfər Cəfərovun Prezidentə «ŞÜBHƏLİ SƏDAQƏTİ» - İTTİHAM

reklam

Cəfər Cəfərovun Prezidentə «ŞÜBHƏLİ SƏDAQƏTİ» - İTTİHAM


Pedaqoji kadrların hazırlanması sahəsində ən böyük ali təhsil ocağı olan ADPU-da baş verənlər ətrafında müzakirələr səngimək bilmir. Əslində bu söz-söhbətlər universitetdə islahatlar aparacağı gözlənilən, elə bu məqsədlə də 23 iyun 2016-cı ildə ADPU-ya rektor təyin edilən Cəfər Cəfərovun gəlişindən dərhal sonra qızışmağa başlandı. Yeni rektorun təyinatından sonra apardığı “islahatlar” universitetin müəllim və tələbə heyəti arasında ciddi narazılıq doğurdu. Xüsusilə yeni təyinatından öncə rektoru olduğu Turizm və Menecment Universitetindəki komandasından ayrıla bilməyən C. Cəfərovun kadr dəyişiklikləri ciddi rezonans doğurdu. Pedaqogika ilə yaxından-uzaqdan heç bir əlaqəsi olmayan şəxslərin unuversitetdə rəhbər vəzifələrə gətirilməsi və onların uzun illər ərzində formalaşan elmi-pedaqoji mühitə zidd addımları C. Cəfərovun “islahatları”nın hansı nəticələrə gətirib çıxaracağını açıq şəkildə göstərir.

Rektorun “islahatları” isə daha çox qohumlarından və yüksək vəzifəli şəxslərin yaxınlarından ibarət komanda formalaşdırmaqdan uzağa getməyib.Uzun müddət Əli Həsənovla sıcaq münasibətləri olan C.Cəfərov Əli Həsənovun işdən azad olunmasından sonra da öz sədaqətini sübuta yetirib. Rubrika.Az-a daxil olan məlumata görə, Əli Həsənovla birlikdə işdən qovulan iki müavinini-Tahir Süleymanov və Ərəstun Mehdiyevi ADPU-da yüksək vəzifələrə gətirib. Prezident Administrasiyasında yarıtmaz fəaliyyətinə görə işdən azad olunanları C.Cəfərov hansı əsaslarla dərhal yüksək postlara gətirib. Rektor vəzifəsində Prezidentə sədaqətini sübut edir,yoxsa Əli Həsənova? Çox maraqlı sualdır və C.Cəfərov bu sualı cavablandırmalıdır.

Ümumiyyətlə C.Cəfərovun ADPU-da yürütdüyü kadr siyasəti heç bir əndazəyə sığışmır. Özünün, həyat yoldaşının yaxın-uzaq qohumlarını, yüksək çinli məmurların yaxınlarını ağına-bozuna baxmadan universitetə dolduran rektor əvəzində uzun illər ADPU-da can qoyan, elmi uğurlara imza atan elm xadimlərini buradan uzaqlaşdırıb. Özü də bu əvəzləmələr elə biabırçı şəkildə həyata keçirilib ki, yəqin bunun acı nəticələri hələ uzun müddət özünü göstərəcək. Heç bir elmi adı, ciddi bir araşdırması belə olmayan şəxslər müxtəlif maraqlar qarşılığında universitetə gətirilib.

Rubrika.Az-a daxil olan məlumata görə, Turizm Universitetindən biabırçı şəkildə qovulan Anar adlı qohumunu dərhal ADPU-da dekan müavini vəzifəsinə gətirən C.Cəfərov qohumbazlıq kimi milli adət-ənənəmizə sadiq olduğunu bir daha sübut edib. Və yaxud Turizm Universitetindən transfer etdiyi Eldar Aslanovu tədris işləri üzrə prorektor vəzifəsinə gətirib. Halbuki E.Aslanov ADPU-da bir saat da olsun dərs keçmir,çünki qeyri-ixtisas sahibidir. Lakin bu onun yüksək vəzifə tutmasına mane olmur, çünki C.Cəfərovun yaxın adamıdır. Tədris şöbəsinin müdiri Sənan Əliyev də məhz rektorla yaxınlığından yararlanaraq yüksək vəzifəyə təyin olunub. Turizm Universitetindən gətirilən daha bir kadr Beynəlxalq əlaqələr şöbəsində şöbə müdiri təyin olunan Şəhla xanımdır. Qardaşı qızının əri olan Vüsal Xəlilovu da tələbələr şöbəsinə müdir təyin etdirən C.Cəfərov bu “əvəzedilməz kadr”ı da Turizm Universitetindən gətirib.

Qeyd etdiyimiz kimi C.Cəfərov ADPU-nun elmi potensialına sarsıdıcı zərbə vurub. Zəngin təcrübəyə malik olan ziyalılar universitetdən uzaqlaşdırılıb. Şöhrət ordenli, professor Mirzəli Murquzovu nəinki dekan vəzifəsindən, hətta universitetdən belə uzaqlaşdıran C.Cəfərov onun yerinə həyat yoldaşının qohumu olan ,heç bir elmi adı olmayan Arzu Daşdəmirovu təyin edib. Universitetdən qanunsuz olaraq uzaqlaşdırılan onlarla alim məhkəmələrə müraciət etsə də bilavasitə Əli Həsənovun himayədarlığı ilə C.Cəfərov məhkəmə proseslərinin qalibi olub. Beləcə hüququ pozulan neçə-neçə görkəmli ziyalı Həsənov-Cəfərov-Qarayev ittifaqının qurbanına çevrilib.

Bu gün qlobal pandemiya həyatın bütün sahələrini iflic edib. Dünya qaçılmaz fəlakətlə mübarizə aparır. Belə çətin günlərdə Azərbaycanın ən böyük elm ocaqlarından biri olan Pedaqoji Universitet daha böyük bir faciənin içərisindədir. Şəxsi maraqların, qohumbazlığın hökm sürdüyü bu təhsil müəssisəsini təcili xilas etmək lazımdır. Sabah artıq çox gec ola bilər!
Rubrika.Az


Paylaş:


Müəllif : Tarix:
18-06-2020, 13:07
Sikayət   


loading...
Загрузка...