“ASAN xidmət” yaman çətinə düşüb - Xidmətdə növbəyə durmaq müşkülə çevrilib
“ASAN xidmət”də növbə götürmək qəliz işə çevrilib. Onlayn növbə götürmək üçün müraciət edənlərin şikayətlərinə görə saytda növbə götürmək olmur. 108 “Çağrı Mərkəzi” isə zənglərə gec cavab verir, cavab verəndə də, adətən istədiyin xidmət üzrə növbə dolmuş olur.
Alternativ kimi “ASAN xidmət” mobil tətbiqi ilə növbə götürməyə çalışanlar isə gərək səhər saat 6-da oyansın, əks halda yenə növbə götürmək mümkünsüz olur.
Yaranan növbə probleminin səbəbi barədə AYNA-ya danışan “ASAN xidmət”in mətbuat katibi Elnur Niftəliyevin sözlərinə görə, yaranan növbə sıxlığı koronavirusa qarşı görülən tədbirlərlə əlaqəlidir: ““ASAN xidmət” mərkəzlərinin gündəlik iş rejimi, xidmətlərin göstərilmə müddəti və xidmətlər üzrə müraciətlər nəzərə alınmaqla, “ASAN xidmət” və “ASAN kommunal” mərkəzləri daxilində vətəndaş axını və sıxlığının idarə olunması Nazirlər Kabinetinin koronavirus (COVID-19) infeksiyasının Azərbaycan Respublikasının ərazisində geniş yayılmasının qarşısının alınmasına dair əlavə tədbirlər haqqında müvafiq qərarlarına uyğun olaraq tənzimlənir. Sərt karantin rejiminin tətbiqi ilə əlaqədar müvafiq qərarın icrası ilə bağlı olaraq mərkəzlərdə vətəndaşların qəbulu istiqamətində interval müddətinə zəruri dəyişikliklər və limitlər tətbiq olunub ki, başlıca məqsəd karantin rejimi tələblərinə uyğun olaraq sosial məsafə gözlənilməklə izolyasiya qaydalarına əməl olunsun və vətəndaşlarımızın sağlamlığı təmin edilsin”.
“ASAN xidmət” mobil tətbiqində növbəni səhər saat 06:00-dan götürməklə bağlı problemə münasibət bildirən Elnur Niftəliyev qeyd edib ki, belə bir tələb yoxdur: “Mərkəzlərdə işin saat 09:00-da (hazırkı karantin rejimi dövründə 09:30-da) başlanması ilə əlaqədar növbə tutmaq üçün müvafiq sistem saat 06:00 da aktivləşdirilir. İlkin olaraq bu, saat 08:00 idi. Sonradan vətəndaş axınının kütləviliyi nəzərə alınaraq növbə tutma zamanı uzadıldı”.
“ASAN xidmət” sözçüsü sonda hər kəsi mərkəzlərdə şəxsi gigiyena, eləcə də tibbi-profilaktik qaydalara əməl etməyə, digər şəxslərlə minimum kontaktda olmağa, mövcud preventiv tədbirlərin şərtlərinə əməl etməyə çağırıb.
Qeyd edək ki, əvvəlcədən növbə əldə etməmiş vətəndaşların mərkəzlərdə qəbulu həyata keçirilmir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarlarına uyğun olaraq koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə 27 aprel 2020-ci il tarixindən “ASAN xidmət” və “ASAN kommunal” mərkəzlərində vətəndaşların qəbulu “ASAN xidmət” mobil tətbiqi, www.asan.gov.az rəsmi internet saytı və 108 “Çağrı Mərkəzi” vasitəsilə əvvəlcədən onlayn növbə tutmaqla həyata keçirilir.
Bu üsullar cari və planlı olmaqla iki növə ayrılır: “ASAN xidmət” mobil tətbiqi və 108 “Çağrı Mərkəzi” vasitəsilə cari gün üçün, planlı qaydada isə www.asan.gov.az saytı vasitəsilə növbəti 7 gün olmaqla hər hansı günə və saata növbə götürülməsi mümkündür.
Paylaş:
Müəllif : Yazar
Tarix:24-06-2020, 16:59
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:24-06-2020, 16:59
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 08:36
Məmur biznesinin iflic etdiyi sahələrdə orta və kiçik sahibkarlıq can verir... - İnhisar, cərimələr, pul qıtlığı...
23-11-2024, 13:35
Samux İcra Hakimiyyətinin tərkibində 600 min manatlıq qəribə “alış-veriş” – Kəlbətin, təkər, izolent, maşın yağı və s…
23-11-2024, 13:25
NMR Səhiyyə naziri Samiq Sadıxov və TMİB-in icraçı direktoru Vüsal Məmmədov həkimləri yalan məlumat verməyə məcbur edir - İDDİA
23-11-2024, 13:24
Ramiz Mehdiyevin kürəkəni Azərbaycan məhkəməsini “dubinka”ya çevirib – sahibkar etiraz edir
22-11-2024, 16:08
Su şəbəkələrinə qoşulmanın asanlaşdırılması iqtisadi islahatların tərkib hissəsi kimi – Ekspert rəyi
22-11-2024, 15:39