“İcra başçısı rayonda “at oynadır” - Şəmkirdə satasatdır
"8 oktyabr 2014-cü ildən Şəmkirdə ruzi-bərəkət göyə çəkilməyə başlayıb. Ona görə ki, həmin gün rayona Alimpaşa Məmmədov icra hakimiyyətinin başçısı təyin olunub».
Ovqat.com-a Şəmkirdən göndərilən məktubda belə iddia olunur.
Ehtiyatda olan ədliyyə mayoru, şair-publisist Bəhlul Orucoğlu tərəfindən Prezident İlham Əliyevə açıq məktub üslubunda yazılan «şikayətnamə"də icra başçısı Alimpaşa Məmmədovun əleyhinə çox ciddi ittihamlar yer alır.
Son zamanlar Baş Prokurorluğun vətəndaş şikayətlərini ciddi şəkildə araşdırdığını və narazı şəxsləri prokurorluq orqanlarına müraciət etməyə çağırdığını nəzərə alıb məktubu olduğu kimi dərc edirik.
Yiyəsiz rayon ya nağaraçıya qismət olar, ya tamadaya
Alimpaşa Məmmədov öz karyerasına nağara çalmaq və tamadalıqla başlasa da, sonradan sabiq Vergilər naziri Fazil Məmmədovun himayəsi ilə Vergilər Nazirliyində müxtəlif vəzifələrdə çalışıb, hətta Bakı şəhər Vergilər Departamentinin rəisi olub.
Daha sonra (2013-cü ilin yay aylarında) Şəmkir rayonunda aparılan quruculuq-abadlıq işlərinə rəhbərlik edib. Şəmkir rayonuna icra hakimiyyətinin başçısı təyin olunandan sonra isə özünün biznes istiqamətini bir qədər dəyişib; ilk əvvəl rayonun Şəhidlər xiyabanında və əsas küçələrində xurma ağacları əkdirib (təəssüflər olsun, əkdikləri bitmədi). Daha sonra külli miqdarda vəsait xərcləyərək maral yetişdirmə biznesinə başlayıb.
Alimpaşa kimdir: «kəndxuda», baş bisnesmen?
Hal-hazırda o, İcra Hakimiyyəti başçısından daha çox rayonun baş biznesmeninə bənzəyir. Ona görə ki, Alimpaşa müəllimin gözü nədə qaldısa (daş, torpaq, dəmir, obyekt və s.) mütləq satılmalıdır. Şəmkir sakini, iş adamı Hafiz Məmməd oğlu İbrahimov ölkə Prezidenti İlham Əliyevə, Birinci Vitse Prezident xanım Mehriban Əliyevaya, Milli Məclisin sədri xanım Sahibə Qafarovaya, Baş nazir cənab Əli Əsədova və Azərbaycan Respublikasının güc strukturlarının rəhbərliyinə göndərdiyi şikayət məktubunda Alimpaşa Məmmədov Şəmkiri hərraca qoyması geniş işıqlandırılıb.
Hafiz İbrahimov bildirir:
"Möhtərəm Prezident!
Çoxsaylı şikayətçilər adından növbəti dəfə Sizi narahat etməyimə səbəb hətta Sizin adınıza ünvanladığım şikayətlərə Şəmkir rayon İcra Hakimiyyətində məhəl qoyulmaması, çoxillik ağacların əsassız və qanunsuz olaraq dibindən kəsilməsi, Şəmkir rayon İcra Hakimiyyətinin Başçısı Alimpaşa Məmmədovun Şəmkir şəhərinin mərkəzi hissəsində yerləşən və dövlətin balansında olan torpaq sahəsini abadlıq obyektinə çevirtdirib sakinlərin mədəni istirahətləri üçün şərait yaratmaq əvəzinə özünün maddi marağı naminə əlində şadlıq sarayı və ticarət mərkəzinin tikintisinə dair layihəsi olan Rüstəmov Vahid Allahyar oğlu adlı şəxsə 230.000 manata satması olmuşdur.
Bunu yalnız mən demirəm, bütün Şəmkir bilir. Çünki, Vahid Rüstəmov hər yerdə danışır ki, Şəmkir RİH-nin başçısı Alimpaşa Məmmədov onun 230.000 manat məbləğində pulunu alaraq vəd edib ki, o, problemsiz olaraq həmin torpaq sahəsinin sərəncamla onun adına rəsmiləşdirəcək və həmin torpağın özəlləşdirilməsində ona yardımçı olacaqdır. İndi isə sözünün üstündə durmur.
Hərraca qoyulan Şəmkir
Vahid Rüstəmov mənə təklif edir ki, ona 200.000 manat məbləğində pul verim və o, həmin torpaq sahəsini mənim adıma rəsmiləşdirsin. Əvvəla, mənim o qədər pulum yoxdur, ikincisi isə mənim o torpaqda gözüm yoxdur. Məqsədim odur ki, həmin yerdə kiçik xudmani bir park salınsın və parkın görkəmli yerində görkəmli şəxsiyyət olan Fərman Salmanovun abidəsi ucaldılsın. Şəhər sakinləri isə həmin parkda istirahət edərək parkın salınmasında payı olan hər kəsin ölənlərinə rəhmət oxusunlar.
Bu müddət ərzində Şəmkir rayon İcra Hakimiyyəti mənim və mənimlə həmfikir olan çoxsaylı sakinlərin şikayətlərinə məhəl qoymadan Şəmkir şəhərinin mərkəzində Səməd Vurğun küçəsi, 115 ünvanında yerləşən 15 sot dövlət torpağında Rüstəmov Vahid Allahyar oğlu tərəfindən qanunsuz tikilinin aparılmasına şərait və imkan yaratmışdır. Bir gecənin içərisində 7 metr X 4,2 metr ölçüdə tikilinin yarıya çatdırılmasına yardımçı olmuşdur. Bizim şikayətlərimizdən sonra Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Torpaqların Dövlət İdarəetməsinin Təşkili Üzrə Dövlət Agentliyinin Qazax Regional İdarəsinin səyi nəticəsində tikinti dayandırılmışdır. Lakin buna baxmayaraq, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 11 saylı Şəmkir Ərazi İdarəsinin əməkdaşları həmin qanunsuz tikilinin özəlləşdirilməsi üçün çox böyük səylə çalışırlar. Adıçəkilən qurumun mühəndisləri yarımçıq tikilini tam tikili kimi layihələndirib özəlləşdirmə üçün lazım olan qaydada sənədləşdirməyə çalışırlar.
Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Torpaqların Dövlət İdarəetməsinin Təşkili Üzrə Dövlət Agentliyinin 14.07.2019-cu il tarixli 190820702358 saylı məktubundan görünür ki, qeyd edilən məsələ komitənin Qazax Ərazi Şöbəsinin torpaqlardan istifadəyə və onların mühafizəsinə dövlət nəzarətini həyata keçirən müfəttişi tərəfindən yerində araşdırılıb və sözügedən torpaq sahəsi üzərində Şəmkir rayon İcra Hakimiyyəti Başçısının 11 iyun 2019-cu il tarixli 177 saylı sərəncamına əsasən, vətəndaş Rüstəmov Vahid Allahyar oğlu tərəfindən tikinti işlərinin aparılması halı müəyyən edilmişdir. Aparılan qanunsuz tikinti işlərinin qarşısı alınmış və qeyd edilən sərəncama yenidən baxılması üçün Şəmkir rayon İcra Hakimiyyətinə məktub ünvanlanmışdır.
Biz öyrənmişik ki, dövlət torpağında hər hansı bir tikilinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi aparılması üçün ilk növbədə aidiyyəti qurumlardan toplanmış bütün zəruri rəylərdən sonra sözügedən Komitənin yanında Torpaqların Dövlət İdarəetməsinin Təşkili Üzrə Dövlət Agentliyinin Qazax Ərazi İdarəsinin razılığı ilə həyata keçirilə bilərdi.
Fövqaladə Hallar Nazirliyinin aidiyyəti qurumundan bizə məlumat verilmişdi ki, guya Şəmkir rayon İcra Hakimiyyəti Başçısının 11 iyun 2019-cu il tarixli 177 saylı sərəncamına əsasən vətəndaş Rüstəmov Vahid Allahyar oğlu tərəfindən tikintinin qanunsuz aparıldığı nəzərə alınaraq həmin tikintinin dayandırılmasına dair rəsmi göstəriş verilmişdir. Lakin Vahid Rüstəmov artıq həmin qanunsuz tikilini tikib başa çatdırmış və hazırda tikilinin dam örtüyü vurulur. Dam örtüyünün belə tələsik vurulması isə rüşvət hesabına alınmış həmin yarımçıq tikilinin tam tikili kimi özəlləşdirilməsinə imkan verəcəkdir. Qanunsuz özəlləşdirməni başa çatdırmaq üçün Vahid Rüstəmov artıq »Bank Respublika» ASC-nin Şəmkir filialından 100.000 manat məbləğində kredit də götürmüşdür.
Sakinlərin qanuni əraziləri də satılır
Möhtərəm Prezident!
Bu günlərdə məlum olmuşdur ki, həmin ərazidə yerləşmiş 9 ailədən 7-sinin əlində Reyestr Xidmətindən çıxarış ola-ola, həmin ailələr həmin ünvandan rəsmi qaydada çıxarılmadan Şəmkir rayon İcra Hakimiyyətinin Başçısı Alimpaşa Məmmədov onların yerini satmış və həmin yerdə başqası tərəfindən qeyri-yaşayış sahəsinin tikintisinə sərəncam vermişdir.
Şəmkir polisi ağacları kəsənləri niyə müəyyənləşdirə bilmir
Möhtərəm Prezident!
Azərbaycan Respublikasınin Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Tovuz rayonunun Düz Cırdaxan kəndində yerləşən 2 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi A. Mikayılovun imzası ilə aldığımız 01.11.2019-cu il tarixli 1054 saylı cavab məktubu xüsusilə bizim təəccübümüzə səbəb olmuşdur.
Belə ki, həmin məktubdan görünür ki, idarənin əməkdaşları tərəfindən aparılan araşdırma zamanı müəyyən edilmişdir ki, Şəmkir şəhəri, Səməd Vürğun küçəsi, 115 ünvanında sökülmüş 2 mərtəbəli yaşayış binasının yerində diametri 8 sm-dən 7 (yeddi), 10 cm-dən 2 (iki) ədəd olmaqla 9 ədəd əncir ağacları kökündən çıxarılmış, 56 cm-dən 1 (bir) ədəd tut ağacı kök boğazından kəsilərək ümumilkdə 10 ədəd ağacın kəsilməsi müəyyən edilmişdir.
Maraqlı cəhətlərdən biri də ondan ibarətdir ki, guya 2 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin işçiləri həmin ağacları kəsən şəxsi, yaxud şəxsləri müəyyən edə bilməmiş və həmin şəxslərin müəyyən olunması üçün Şəmkir rayon Polis Şöbəsinə müraciət etmişlər. Şəmkir RPŞ-nin peşəkar əməkdaşları tərəfindən müxtəlif səpkili axtarış-əməliyyat tədbirlərinin keçirilməsinə baxmayaraq ağacları kəsən şəxsləri indiyədək tapmaq mümkün olmamışdır.
Halbuki həmin ağacları kəsən şəxsləri müəyyən etmək üçün isə heç bir axtarış-əməliyyat tədbirinin keçirilməsinə ehtiyac yox idi. Sadəcə olaraq qonşulardan soruşan olsaydı, onların kimlər tərəfindən və kimin göstərişi ilə kəsildiyini dərhal müəyyənləşdirə bilərdilər. Qonşulardan soruşaydılar məlum olacaqdı ki, bu cinayətlərin arxasında duran şəxs məhz Şəmkir RİH-nin başçısı Alimpaşa Məmmədovun şəxsən özüdür. Ona görə də Alimpaşa Məmmədovun qəzəbinə tuş gəlməmək üçün ağacların kəsilməsi ilə əlaqədar toplanmış material Şəmkir RPŞ-də hərəkətsiz saxlanılmış və cinayətkarlar cəzasız, təbiətə dəymiş ziyan isə dövlətə ödətdirilməmiş qalmışdır.
Doğrudan da çox təəccüblü və gülməlidir: «ağaclar kəsilib, yerində bina tikilib, ancaq ağacları kəsən şəxsləri müəyyən etmək mümkün deyil». Bu ona görə mümkün deyil ki, həmin ağaclar Şəmkir rayon İcra Hakimiyyətinin Başçısı Alimpaşa Məmmədovun birbaşa göstərişi, yaxud da onun adından verilmiş göstərişin sayəsində kəsilmişdir. Bunu bütün Şəmkir şəhər sakinləri, Şəmkir RPŞ-nin əməkdaşları da şox yaxşı bilirlər. Sadəcə olaraq, Alimpaşa Məmmədovun qəzəbinə tuş gəlməkdən qorxduqları üçün susurlar.
Fərman Salmanovun adını əbədiləşdirməyə Şəmkirdə yer tapılmır
Möhtərəm Prezident!
Bir daha nəzərinizə çatdırmaq istəyirəm ki, Şəmkir rayon İcra Hakimiyyətinin Başçısı Alimpaşa Məmmədovla mənim əvvəllər heç bir şəxsi qərəzliyim yoxdur. Bu şikayətləri yazmağa məni vadar edən onun Şəmkir ənənələrinə hörmət etməməsi, Şəmkir rayonun dünya şöhrətli şəxsiyyətlərinin adlarının əbədiləşdirilməsi naminə hətta Sizin Sərəncamınıza məhəl qoymaması, qədim Şəmkir şəhərinin abadlaşdırmasına soyuqqanlı yanaşması və rayon sakinlərinin şikayətlərini saya salmaması olmuşdur. Barəsində bəhs etdiyim torpaq sahəsinin bir tərəfi mənim şəxsi həyətimin, bir tərəfi uşaq bağçasının divarına bitişikdir. Digər iki tərəf isə Şəmkir şəhərinin mərkəzi küçələrinə şıxır.
Cənab Prezident, Sizin «Fərman Salmanovun xatirəsinin əbədiləşdirilməsi haqqında» 09 iyul 2019-cu il tarixli Sərəncamınıza əsasən, Azərbaycan Dövlət Neft və Sənaye Universitetində təhsil alan xüsusi istedadı ilə fərqlənən 2 nəfər tələbə üçün «Fərman Salmanov adına təqaüd» təsis edilmiş, Azərbaycan Respublikasının Nazirlər Kabinetinə Şəmkir Şəhərində Fərman Salmanovun heykəlinin ucaldılmasını təmin etməsi tapşırılmışdır. Sizin sərəncamdan ruhlanaraq bir qrup Şəmkirlilər təşəbbüs qrupu yaratmış və məni də həmin qrupa rəhbər seçmişlər. Biz həm Baş Nazirin, həm də Şəmkir RİH-nin başçısı Alımpaşa Məmmədovun adlarına müraciət ünvanlayıb xahiş etdik ki, həmin təşəbbüs qrupunun üzvləri öz vəsaitimiz hesabına barəsində söhbət açdığım 15 sotluq ərazidə gözəl bir istirahət parkı salaq və Fərman Salmanovun abidəsi də orada ucaldılsın. Bunun üçün biz öz hesabımıza hətta layihə də çəkdirdik. Lakin bizim təklifimizə məhəl qoyan olmadı.
Qanunun Şəmkirsayağı aliliyi: «Kəndxuda» sözü Qanunlardan da, Prezident Sərəncamından da üstündür
Belə çıxır ki, Azərbaycan Respublikasının qanunlarının, Sizin Fərman və Sərəncamlarınızın Şəmkir rayon İcra Hakimiyyətinin Başçısı Alimpaşa Məmmədova heç bir aidiyyəti yoxdur. Belə olan təqdirdə biz şikayətlərimizi kimə edək ki, dərdlərimizə əlac olunsun. Bütün bunlara baxmayaraq, biz Şəmkir şəhər sakinləri Sizə güvənirik və əminik ki, Sizin tapşırığınıza əsasən Şəmkir rayon İcra Hakimiyyətinin Başçısı Alimpaşa Məmmədovun qanunsuz və əsasız sərəncamının icrası dayandırılacaq, mənim evimə və yaxınlıqdakı uşaq bağçasına bitişik ərazidə qanunsuz tikintinin dayandılması və həmin tikintinin saxta əsaslarla özəlləşdirilməsinin qarşısı vaxtında alınacaqdır.
Hörmətlə, İbrahimov Hafiz Məmməd oğlu
10 may 2020-ci il".
Alimpaşanı Alimpaşa edən gözəgörünməz əl
Hafiz müəlimin şikayət ərizəsindən bilinir ki, Alimpaşa Məmmədov rayonda şıdırğı alverlə məşğuldur. O, özündən çox razı, iddialı, müştəbeh bir məmurdur. Hansısa gözə görünməz bir əl onun arxasındadır və ona himayədarlıq edir. Ancaq atalar deyib: «Haqq nazilər, üzülməz». Alimpaşa müəllimin belə idarəçilik metodu ilə çox uzağa getməz. Onun başını üstündə «Demokul qılıncı» gəzməlidir Ümidvar olmaq istəyirik, ölkə başçısı İ.Əliyev ona da barmaq silkələyəcək…
Bəhlul Orucoğlu
Araşdırmaçı-jurnalist,
Azərbaycan Yazıçılar və Jurnalistlər Birliyinin üzvü, Qarabağ Müharibəsi Veteranı,
Ehtiyatda olan ədliyyə mayoru,
Şair-publisist //ovqat.com//
Paylaş:
Müəllif : Yazar
Tarix:25-06-2020, 09:17
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:25-06-2020, 09:17
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Dünən, 11:45
Magistral yolların keçdiyi rayonlarda yeni trend: Topraq sahələri kütləvi satışa çıxarılır
Dünən, 11:24
“Sahil Babyev, gəl sənə göstərim ki, biz sakinlərə necə xəstə heyvan verirlər!” – KƏLBƏCƏR SAKİNİNDƏN MÜRACİƏT / VİDEO, FOTO
Dünən, 11:18
Sumqayıtda milyonların talanmasında iştirakçı olan “Saffira Plus” MMC -nin fəaliyyəti niyə yoxlanılmır
Dünən, 11:07
İşçilərin maaşı ilə özünə “imperiya” quran dələduz şirkət rəhbəri QAÇDI - İLGİNC FAKTLAR...
20-12-2024, 21:08
Türkiyənin Suriya üçün göndərəcəyi 75 min ərzaq bağlamasının ilk partiyası yola salındı
20-12-2024, 14:01
Tiktoker Benizin zərərçəkəni hüquq-mühafizə orqanlarına müraciət etdi - 836 min manatdan çox pulunu hissə-hissə ələ keçirib
20-12-2024, 13:48
Ölkəmizə son illər iribuynuzlu heyvanlar HARADAN və NECƏ gətirilir? - “Dana monopoliyası” "kralı"na niyə DUR deyən tapılmır...?
20-12-2024, 12:09
Dünya çempionu 2,5 milyon pul qoyduğu obyektdən çıxarılır - İşin arxasında keçmiş məmur dayanır? - FOTO
20-12-2024, 10:16
Zaqatala sakinlərinin problemi nə vaxt HƏLL olunacaq? - Yararsız yollar, işləməyən avtobuslar...
19-12-2024, 14:24