Cəlilabadda başçını camaat düşündürmür... - GİLEY
Cəlilabadın Sərhədabad kənd sakini Pərviz Ağayev hərəkət qabiliyyətini tamamilə itirib. İndi səhhətindən əlavə problemləri də var. Həm yaşadığı ev qəzalı vəziyyətdədir, həm də dolanışığı yaxşı deyil.regionxeberlericom.az DİA.AZ-a istinadən xəbər verir ki, Pərviz Ağayev miopatiyadan əziyyət çəkir. Yəni əzələ hüceyrələrində metobolik proseslərin pozulması baş verib. Həkimlər xəstəliyin anadangəlmə olduğunu bildirir. Amma 30 yaşlı gənc bununla razılaşmır. Pərviz Ağayev orta məktəbdə özünü yaxşı hiss etdiyini xatırlayır.
“İnkişaf 16-17 yaşımdan sonra dayandı. Geri getməyə başladım. 20-21 yaşımdan sonra xəstəlik özünü daha qabarıq göstərdi. Əvvəllər divardan tuta-tuta birtəhər gəzirdim. Sonra yerişim tamam sıradan çıxdı. İlyarım olar ki, heç gəzə bilmirəm. Bir otaqdan o birisinə otura-otura gedirəm”, - Sərhədabad kənd sakini danışır.
Pərviz Ağayev deyir ki, ayaqlarından sonra qolları da gücdən düşməyə başlayıb. Yemək yeyəndə, çay içəndə bir qolu ilə digərini qaldırmağa çalışır.
Pərviz Ağayev birinci qrup əlildir, iki körpə övladı var. Sərhədabadda valideynləri və ailəsi ilə yaşayır. Altı nəfərlik böyük ailəyə ayda cəmi 450 manat daimi pul gəlir. Bunun 250 manatı özünün aldığı təqaüddür. Cəlilabadlı gənc bu pulun normal dolanmağa yetmədiyini, çox sıxıntı keçirdiklərini deyir.
“Məcburiyyətdən sosial şəbəkədə yazıb ərzaq köməyi istəmişdim. Allaha and olsun, o iki uşağa özümüzdən çox xərc gedir. Uşaqlardan biri 3 yaşı var, o biri 1 yaş 3 aylıqdır. Kənddə hamı güclə dolanır. Yazdım ki, görüb yardım edərlərmi. Bakıdan bir qadın ərzaq göndərdi. Ev qəzalı vəziyyətdədi. 30 ilin evidi. Axırıncı dəfə 13 il əvvəl əl gəzdirilmişdi. İndi bir tərəfi tamamilə sıradan çıxıb. Divarlar dərin çat verib. Pəncərələr sınıq-sınıqdır. Ev və dolanışıq dərdi xəstəliyi də yaddan çıxarır”, - müsahibimiz danışır.
Pərviz Ağayev çox yerə müraciət etdiyini, hətta Nazirlər Kabinetinə də yazdığını bildirir. Dediyinə görə, bir dəfə Cəlilabad Rayon İcra Hakimiyyətindən gəlib 1500 manat veriblər: “Ev o qədər pis vəziyyətdədi ki, 1500 manatla düzələn deyil. İcra hakimiyyətinin gücü hamam-tualetin tikintisi üçün pul ayırmağa çatdı. Evin vəziyyətinə baxdıq, hələ tikməyə başlamamışıq. Çünki bu vəziyyətdə hamam-tualet də çat verəcək. Ev bütünlüklə xilas edilməlidir”.
Pərviz Ağayev hərəkət məhdudiyyətini aradan qaldırmaq, inkişafdan qalmamaq üçün çox mübarizə aparıb. Müalicə üçün Azərbaycanın bir çox yerlərində olub, hətta İrana da gedib. İndiki vəziyyətə düşməmək üçün əlindənm gələni etməyə çalışıb. Axırıncı dəfə Bakının Şaqan qəsəbəsində Əlillər üçün Müalicə Pansionatında müalicə alıb:
“Əvvəllər sanatoriyalara müalicəyə gedirdim. Ümidverici sözlər eşitmirdim. Bir ildən çoxdur müalicəni dayandırmışam. İrandan gələndən sonra bir az inkişaf hiss elədim. Amma müalicənin davamını gətirə bilmədim. Normal müalicə olsaydı, bəlkə də, sağalardım. Heç olmasa, gəzərdim. Çox şeyə imkan çatmadı. Bir ay müalicə elətdirirdim, yaxşılaşırdım, davam eləməyə maddi gücüm qalmırdı. Güclü müalicəyə tələb olunan pul məndə yoxdu. Daha həkimlər sağaltmağa da söz vermir, tam müalicənin daha mümkün olmadığını deyirlər”.
Pərviz Ağayev bir az ümidsizliyə qapılıb. Gəzmək arzusu həmişə var, amma indi daha çox ailənin bu günü, sabahı haqqında düşünür.
Paylaş:
Müəllif : Yazar
Tarix:27-06-2020, 09:57
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:27-06-2020, 09:57
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 10:11
"Məşğulluq Agentliyinin nümayəndələri bütün rayonlarda korrupsiya ilə məşğuldurlar" - ekspertdən İTTİHAM
26-11-2024, 20:01