Fəhlələr nazirdən Prezidentə şikayət etdi - "Körpü-Bina-Tikinti" fəhlələri aldadıb
Azərbaycanda hüquqları pozulan fəhlələr ölkə başçısı İlham Əliyevdən kömək istəyib...
Prezidentin sərəncamı ilə tikilən Zərdab-Ucar yolunun tikitisində işləyən şəxslər aldadılıb. Tikintini həyata keçirən "Körpü-Bina-Tikinti" şirkəti bir neçə fəhləni işə götürsə də, müqavilə bağlamayıb.
Şirkət Allahverdiyev Valeh Əliyusif oğlunu, Manafov İlkin Manaf oğlunu,Xəlilov İsrayıl Marif oğlunu aldadaraq əmək müqaviləsi olmadan tikintidə işlədib.Şirkətin Mübariz adlı əməkdaşı sakinlərdən əmək müqaviləsi bağlanması üçün sənədləri istəyib. İşə düzəlmək üçün tələb olunan bütün sənədlər təqdim olunub. İşə başlayan vətəndaşlar müqavilənin bağlanmasının gecikdiyini gördükdə narahatlıq keçirib. "Körpü-Bina-Tikinti" şirkətinin əməkdaşı isə onlara vəd verərək müqavilənin tezliklə bağlanacağını söz verib. 10 aydan sonra fəhlələr heç bir müqavilə bağlanmadan işdən qovulub.
Qeyd olunan məsələ ilə bağlı şəxslər rəsmi şəkildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında fəaliyyət göstərən Əmək Müfəttişliyinə, Vergi İdarəsinə və Baş Prokurorluğa müraciət edib.Buna baxmayaraq heç bir qurumdan fəhlələrin müraciətinə cavab gəlməyib.
Bundan sonra şəxslər ölkə başçısına video müraciət ünvnlayıb. Onlar pozulmuş hüquqlarının bərpası üçün ölkə rəhbərindən kömək istəyib.Onlar bildirib ki, Əmək Müfəttişliyi şikayəti araşdırmır və şirkət bu günə kimi cəzasın almayıb.
Fəhlələr yeganə ümid yerlərinin ölkə başçısı olduğunu bildirib.(Oxu24.com)
Sözügedən videonu təqdim edirik:
Paylaş:
Müəllif : Yazar
Tarix:27-06-2020, 16:07
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:27-06-2020, 16:07
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 10:11
"Məşğulluq Agentliyinin nümayəndələri bütün rayonlarda korrupsiya ilə məşğuldurlar" - ekspertdən İTTİHAM
26-11-2024, 20:01