Suriya həbsxanasında Azərbaycana qarşı hazırlanan terror planları — ŞOK FAKTLAR
Azərbaycanda terror hazırlamaqda və digər ağır cinayətlərdə ittiham olunan 1989-cu il təvəllüdlü Vüsal Nuriyev, 1996-cı il təvəllüdlü Elmir Zahidov, 1994-cü il təvəllüdlü Həbib İbrahimli, 1989-cu il təvəllüdlü Pərviz Musayev və Taleh Göyüşovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, Vüsal Nuriyev, Həbib İbrahimli və Pərviz Musayev müvafiq olaraq 2 sentyabr 2015, 7 noyabr 2015 və 23 aprel 2016-cı il tarixlərdə“Astara” sərhəd-keçid məntəqəsindən, Elmir Zahidov 25 oktyabr 2015-ci il tarixdə “Biləsuvar” sərhəd-keçid məntəqəsindən və Taleh Göyüşov 2015-ci ilin sonunda Rusiya Federasiyasından İran İslam Respublikası ərazisinə gəliblər.
İrandan taplaşıb Suriyaya getdilər
Orada Azərbaycan Respublikasının vətəndaşı olan Tohid İbrahimbəylinin rəhbərliyi və nəzarəti altında, tərkibinə daxil olmuş şəxslərlə birgə müxtəlif ağır, xüsusilə ağır cinayətlər, həmçinin, müxtəlif ölkələrdə, o cümlədən Azərbaycan Respublikasında terrorçuluq cinayətlərini törətmək məqsədilə yaradılmış “Hüseyniyyun” (“Hüseynçilər”) adlı cinayətkar birliyin (təşkilatın) tərkibinə daxil olublar.
Daha sonra həmin təşkilatın tərkibində Elmir Zahidov 2016-cı ilin fevral ayından 2017-ci ilin fevral ayının ortalarınadək, Həbib İbrahimli 2016-cı ilin fevral ayından 2017-ci ilin iyun ayının ortalarınadək, Taleh Göyüşov 2016-cı ilin fevral ayından 2016-cı ilin iyul ayının sonunadək, Vüsal Nuriyev 2016-cı ilin fevral ayından 2016-cı ilin iyul ayının ortalarınadək, Pərviz Musayev 2016-cı ilin iyun ayının əvvəllərindən 2016-cı ilin iyul ayının ortalarınadək olan müddət ərzindəAzərbaycan Respublikasının hüdudlarından kənarda, yəni Suriya Ərəb Respublikasının Dəməşq, Palmera və digər şəhərlərində özləri ilə yanaşı, “Hüseyniyyun” təşkilatının digər üzvləri ilə birlikdə qəsdən dini məzhəbləri yaymaq, dini ayinlərin icrası adı altında və dini düşmənçilik zəminində keçirilmiş döyüş təlimlərində və aparılmış silahlı münaqişələrdə iştirak ediblər.
Suriya həbsxanasında terror planı
Eyni zamanda, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 214-cü (terror) maddəsində nəzərdə tutulmuş, yəni terrorçuluq cinayəti əməllərinin törədilməsi məqsədilə həmin əməllərin törədilməsi üsulları, “Kalaşnikov” markalı avtomat silahdan, qumbaratanlardan və digər odlu silahlardan, partlayıcı maddələrdən və qurğulardan, eləcə də digər ümumi təhlükəli üsullardan və texniki vasitələrdən istifadə hazırlığı üzrə təlim alıb, həm Azərbaycan Respublikasının, həm də Suriya Ərəb Respublikasının qanunvericiliyinə əsasən cinayət sayılan həmin əməllərə görə xarici dövlətdə və ya Suriya Ərəb Respublikasında məhkum olunublar.
Taleh Göyüşov, Vüsal Nuriyev, Həbib İbrahimli, Elmir Zahidov və Pərviz Musayev müvafiq olaraq 26 mart 2018, 17 may 2018, 20 may 2018, 03 iyun 2018 və 20 iyun 2018-ci il tarixlərdə Azərbaycan Respublikasına qayıdıblar.
İcra hakimiyyətinin qarşısında iğtişaş
Bundan baqşa, Taleh Göyüşov 10 iyul 2018-ci il tarixdə Gəncə şəhər İcra Hakimiyyətinin inzibati binasının qarşısındakı meydanda terror aktı, qəsdən adam öldürməyə cəhd və sair xüsusilə ağır cinayətlər törətməyə görə barəsində həbs qətimkan tədbiri seçilmiş Yunis Səfərovun cinayət məsuliyyətindən azad edilməsi tələbi ilə ictimai asayişin pozulmasına yönələn və dövlət orqanları ilə razılaşdırılmamış qanunsuz aksiyanın keçiriləcəyi barədə “internet” sosial şəbəkəsindən aldığı məlumatla əlaqədar, həmin aksiyada iştirak etmək məqsədilə Azərbaycan Respublikasının vətəndaşları olan Yavər İsmayılzadə, Qənbər Qarazadə, Zabil Məmmədov və digərləri ilə cinayət əlaqəsinə girib.
Taleh Göyüşov 10 iyul 2018-ci il tarixdə, saat 20 radələrində yaşadıqları Şəmkir rayonundan Gəncə şəhər İcra Hakimiyyətinin inzibati binasının yerləşdiyi əraziyə gəlib, ictimai qaydanın pozulmasına yönələn hərəkətlər törətməklə, yerli icra hakimiyyəti orqanlarının əleyhinə müxtəlif məzmunlu radikal şüarlar və qeyri-qanuni tələblər səsləndirməklə, təhrik olunmuş şəxslərin hərəkətlərini ictimai asayişin davamlı pozulmasına, Azərbaycan Respublikası Ali İcra hakimiyyəti orqanının səlahiyyətli təşkilatı olan Gəncə şəhər İcra Hakimiyyətinin inzibati binasının qarşısındakı meydana insanların və nəqliyyatın hərəkətini çətinləşdirməklə kütləvi surətdə daxil olmağa istiqamətləndirməklə, onların qanuna zidd davranışlarının qarşısını almaq istəyən hakimiyyət nümayəndələri olan polis əməkdaşlarının dağılışmaq barədə qanuni tələblərinə tabe olmamaqla, ictimai qaydanı kobud surətdə pozan hərəkətlərin törədildiyi yerləri uzun müddət ərzində tərk etməməklə dövlət müəssisə, idarə və təşkilatların, ictimai-iaşə, ticarət, xidmət obyektlərinin normal fəaliyyətinin pozulması, mərkəzi prospekt və küçələrin bağlanıb ictimai nəqliyyatın hərəkətinin dayandırılması və hakimiyyət nümayəndəsinə silahlı müqavimət göstərilməsi ilə müşayiət olunan kütləvi iğtişaşlarda iştirak edib.
Vüsal Nuriyevin anası razılıq verdi, evlərindən nələr tapıldı?
Bundan başqa, Vüsal Nuriyev ibtidai istintaq orqanı tərəfindən dəqiq müəyyən edilməmiş vaxtda və mənbədən zavod üsulu ilə istehsal edilmiş 1 ədəd 16 kalibrli, “İJ 58MA” modelli, “D 00184” nömrəli, hamar qoşalüləli odlu ov tüfəngi, zavod üsulu ilə hazırlanmış, “Kalaşnikov” konstruksiyalı“AK-74” (“AKS-74”, “AKS-74U”) markalı avtomat silahların, yəni odlu silahın komplekt hissəsi hesab olunan 30 ədəd 5,45x39 mm. kalibrli patron tutumuna malik və təyinatlarıüzrə istifadəyə yararlı olan 2 ədəd sandıqça, zavod üsulu ilə istehsal edilmiş, 7,62x39 mm. Kalibrli olmaqla, həmin kalibrə malik “Kalaşnikov” konstruksiyalı“AK” (“AKM”, “AKS”, “AKMS”) markalı avtomat silahlarda, “RPK” (“RPKS”) markalıəl pulemyotlarında, “SKS” karabinində və s. yivli odlu döyüş silahlarında istifadə edilmək üçün nəzərdə tutulmuş, döyüş sursatı hesab olunan və atəşə yararlı olan 16 ədəd patron, zavod üsulu ilə istehsal edilmiş, 5,45x39 mm. kalibrli olmaqla, həmin kalibrə malik “Kalaşnikov”konstruksiyalı“AK-74” (“AKS-74”, “AKS-74U”) markalı avtomat silahlarda, “RPK-74” (“RPKS-74”) markalıəl pulemyotlarında və s. yivli odlu döyüş silahlarında istifadə edilmək üçün nəzərdə tutulmuş, döyüş sursatı hesab olunan və atəşə yararlı olan 73 ədəd patron, zavod üsulu ilə hazırlanmış, 16 kalibrli olmaqla, həmin kalibrə malik yivsiz odlu ov tüfənglərində, o cümlədən, tüfəng kəsiyində döyüş sursatı kimi istifadə edilmək üçün nəzərdə tutulmuş və atəşə yararlı olan 5 ədəd patronları qanunsuz olaraq əldə edib. O, həmin silah-sursatı Astara rayonu, Seləkəran kəndində yaşadığı evə gətirib.
Bundan sonra həmin 16 kalibrli, “İJ 58MA” modelli, “D 00184” nömrəli 01 ədəd hamar qoşalüləli odlu ov tüfənginə lüləsini kustar üsulla kəsib kostruktiv dəyişiklər etməsi nəticəsində ilkin təyinatını dəyişdirməklə odlu silah hesab edilən və atəş açmaq üçün yararlı olan 1 ədəd tüfəng kəsiyini qanunsuz olaraq hazırlayıb və yaşadığı evin zirzəmisində gizlədərək saxlayıb.
Göstərilən odlu silah, onun komplekt hissələri və döyüş sursatları 15 iyul 2018-ci il tarixdə Astara rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Vüsal Nuriyevin Astara rayonu, Seləkəran kəndində yaşadığı evə anasının yazılı razılığı ilə baxış keçirilərkən evin zirzəmisindən aşkar edilib.
Neftçalada əməliyyatçılar nələr tapdı?
Bundan başqa, Elmir Zahidov 2018-ci ilin iyun ayının əvvəllərində Neftçala rayonu, Aşağı Surra kəndi ərazisində ibtidai istintaq orqanı tərəfindən dəqiq müəyyən edilməmiş mənbədən satış məqsədi olmadan qanunsuz olaraq təmiz çəkisi 19,942 qram olmaqla şəxsi istehlak miqdarından artıq miqdar təşkil edən narkotik vasitə olan həşiş qətranı və zavod üsulu ilə istehsal edilmiş, bir-birinə bağladıqda döyüş sursatı hesab olunan “F-1” markalı qəlpəli əl qumbarasını təşkil edən, saz vəziyyətdə və təyinatlarıüzrə istifadəyə (atəşə-partayışa) yararlı olan “F-1” markalıəl qumbarasının 2 ədəd gövdə hissələrini, onun partladılmasında istifadə edilmək üçün nəzərdə tutulmuş və komplekt hissələrini təşkil edən 2 ədəd “UZRQM” markalı partladıcıları, zavod üsulu ilə istehsal edilmiş, 5,6 mm. Kalibrli tüfənglərdə, təlim-məşq tapançalarında, “WALTER MOD PP Cal” konstruksiyalı tapançalarda və s. Silahlarda istifadə edilmək üçün nəzərdə tutulmuş, döyüş sursatı hesab olunan və atəşə yararlı olan 5,6 mm. kalibrli 97 (doxsan yeddi) ədəd patronları qanunsuz olaraq əldə edib.
Elmir Zahidov narkotik vasitəni, silah-sursatı Neftçala rayonu, Aşağı Surra kəndində yaşadığı evə gətirib və həmin evin həyətində olan hamamın arxasındakı dəmir borunun içərisində gizlədərək saxlayıb.
9 iyul 2018-ci il tarixdə Elmir Zahidov Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsi və Neftçala rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmişəməliyyat-axtarış tədbirləri nəticəsində yaşadığı Neftçala rayonu, Aşağı Surra kəndində saxlanılıb.
Neftçala rayon polis şöbəsində şübhəli şəxs qismində özünün yazılı razılığı ilə üzərində şəxsi axtarış keçirilərkən əynində olan şalvarın arxa sağ cibindən bir ədəd polietilen kəsiyi bükümündə təmiz çəkisi 8,582 qram təşkil edən narkotik vasitə olan həşiş qətranı, bundan sonra özünün yazılı razılığı ilə Neftçala rayonu, Aşağı Surra kəndində yaşadığı evə baxış keçirilərkən evin həyətində olan hamamın arxasındakı dəmir borunun içərisindən təmiz çəkisi 11,360 qram təşkil edən narkotik vasitə olan həşiş qətranı, silah-sursat aşkar edilib.
8 maddəli ağır ittiham
İstintaq orqanı tərəfindən Həbib İbrahimli və Pərviz Musayev Cinayət Məcəlləsinin 12.1,218.2-ci (Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmayan cinayətkar birlikdə (təşkilatda), habelə mütəşəkkil dəstələrin təşkilatçılarının, rəhbərlərinin və ya sair nümayəndələrinin birliyində iştirak etmə), 12.3,214-3.1-ci (bu Məcəllənin 102, 214, 215, 219, 219-1, 226, 227, 277 və ya 282-ci maddələrində nəzərdə tutulmuş əməllərin törədilməsi məqsədi ilə həmin əməllərin törədilməsi üsulları, odlu silahdan, partlayıcı maddələrdən və ya qurğulardan, zəhərli maddələrdən, digər ümumi təhlükəli üsullardan və ya texniki vasitələrdən istifadə hazırlığı üzrə təlim alma) və 283-1.3-cü (Azərbaycan Respublikasının hüdudlarından kənarda silahlı münaqişələrdə iştirak etmək məqsədi ilə sabit qrup yaratma, bu məcəllənin 283-1.1-ci maddəsində nəzərdə tutulmuş qruplarda, təlimlərdə və ya silahlı münaqişələrdə iştirak etmə) maddələri ilə ittiham elan edilib.
Taleh Göyüşov Cinayət Məcəlləsinin 12.1,218.2, 12.3,214-3.1, 283-1.3 və 220.1-ci (zorakılıqların, talanların, yanğınların törədilməsi, əmlakın məhv edilməsi, odlu silahın, partlayıcı maddələrin və ya qurğuların tətbiq edilməsi, yaxud hakimiyyət nümayəndəsinə silahlı müqavimət göstərilməsi ilə müşayiət olunan kütləvi iğtişaşları təşkil etmə və ya belə iğtişaşlarda iştirak etmə) maddələri ilə ittiham verilib.
Digər təqsirləndirilən Vüsal Nuriyev Cinayət Məcəlləsinin 12.1,218.2, 12.3,214-3.1,283-1.3, 228.1-ci (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə) və 229.1-ci (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatını, partlayıcı maddələri və qurğuları hazırlama, habelə odlu silahı təmir etmə), Elmir Zahidov isə Cinayət Məcəlləsinin 12.1,218.2, 12.3,214-3.1, 283-1.3, 228.1 və 234.1-ci (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma) maddələri ilə ittiham olunublar.
Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Vüsal Nuriyev 14 il, Taleh Göyüşov 14 il, Elmir Zahidov 14 il, Həbib İbrahimli 12 il, Pərviz Musayev 12 il müddətinə azadlıqdan məhrum ediliblər.
Hökmdən narazı qalan Vüsal Nuriyev, Elmir Zahidov, Həbib İbrahimli və Pərviz Musayev apelyasiya şikayəti veriblər. Onlar barələrində olan cəzaların yüngülləşdirilməsini xahiş ediblər.
Şirvan Apelyasiya Məhkəməsinin qərarı ilə təqsirləndirilən şəxslərin apelyasiya şikayətləri təmin olunmayıb.
Paylaş:
Müəllif : Yazar
Tarix:29-06-2020, 11:58
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:29-06-2020, 11:58
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Dünən, 11:45
Magistral yolların keçdiyi rayonlarda yeni trend: Topraq sahələri kütləvi satışa çıxarılır
Dünən, 11:24
“Sahil Babyev, gəl sənə göstərim ki, biz sakinlərə necə xəstə heyvan verirlər!” – KƏLBƏCƏR SAKİNİNDƏN MÜRACİƏT / VİDEO, FOTO
Dünən, 11:18
Sumqayıtda milyonların talanmasında iştirakçı olan “Saffira Plus” MMC -nin fəaliyyəti niyə yoxlanılmır
Dünən, 11:07
İşçilərin maaşı ilə özünə “imperiya” quran dələduz şirkət rəhbəri QAÇDI - İLGİNC FAKTLAR...
20-12-2024, 21:08
Türkiyənin Suriya üçün göndərəcəyi 75 min ərzaq bağlamasının ilk partiyası yola salındı
20-12-2024, 14:01
Tiktoker Benizin zərərçəkəni hüquq-mühafizə orqanlarına müraciət etdi - 836 min manatdan çox pulunu hissə-hissə ələ keçirib
20-12-2024, 13:48
Ölkəmizə son illər iribuynuzlu heyvanlar HARADAN və NECƏ gətirilir? - “Dana monopoliyası” "kralı"na niyə DUR deyən tapılmır...?
20-12-2024, 12:09
Dünya çempionu 2,5 milyon pul qoyduğu obyektdən çıxarılır - İşin arxasında keçmiş məmur dayanır? - FOTO
20-12-2024, 10:16
Zaqatala sakinlərinin problemi nə vaxt HƏLL olunacaq? - Yararsız yollar, işləməyən avtobuslar...
19-12-2024, 14:24