Azərbaycanda siqaret monipoliyasının böyük oyunu – Savaş başlayıb
Tütün məlumatlarının qiymətində yenidən artım gözlənilir. Bu barədə Yenisabah.az-a daxil olan məlumatda deyilir ki, artıq bir neçə gündür topdansatış məntəqələri siqaretin satışını azaldıblar.
Yəni, pərakəndə satış nöqtələrinə siqaretlər əvvəlki günlərdən daha az verilir. Ticarətçilər deyir ki, belə hal adətən bahalaşmadan öncə olur. “Deyirlər iyulun 1-dən siqaretin qiyməti artacaq. Amma səbəbini izah etmirlər”, - deyə ticarətçilər bildirib.
Bu il siqaretin qiymətində artıq bir dəfə artım olub. Bu aksiz vergisinin artırılması ilə izah edilib. 2019-cu ildə 2020-ci il üçün aksizli malların vergiləri dərəcələri dəyişdirilib. Vergilər Məcəlləsinə əlavə edilən dəyişikliyə görə, 1000 ədəd siqaret üçün aksiz vergisi 20 manatdan 31 manata qaldırılıb.
2020-ci ilin yanvar ayından qanun qüvvəyə minib və siqaretin qiymətin 20-30 qəpik civarında artım baş verib.
Lakin ekspertlər aksiz vergisinin artırılmasını obyektiv səbəb hesab etmirlər. Onlar fikrincə, siqaret biznesi ilə məşğul olanlar sadəcə faktdan istifadə ediblər. “Azərbaycanda siqaret biznesi monopoliyadadır. Monopolistlər bazarda istədikləri qiyməti diqtə edə bilirlər”, - deyə ekspertlər bildirir.
Dövlət Statistika Komitəsinin (DSK) məlumatına görə, 2019-cu ildə paytaxtda ümumi dəyəri 20 milyon 639 min manat olan 3 milyard 348 milyon ədəd papiros və siqaret istehsl edilib. Əvvəlki illə müqayisədə Bakıda istehsal edilən siqaretlərin sayı 1,98 dəfə, dəyəri isə 2,2 dəfə artıb.
Sadə hesablama apardıqda bəlli olur ki, Bakıda istehsal olunan hər 20 ədəd və ya bir qutu siqaretin maya dəyəri 12.4 qəpikdir.
Bakı Statistika İdarəsinin məlumatına görə, paytaxtda 3 siqaret istehsalı müəssisəsi fəaliyyət göstərir və bu rəqəmlər 3 müəssisənin göstəricilərini əks etdirir. Amma onlardan yalnız birinin adı məlumdur –"European Tobacco Baku". Qalan iki müəssisənin adı və istehsal həcmi statistika sirri olaraq açıqlanmasa da, onların istehsal gücünün "European Tobacco Baku"dan qat-qat az olduğu şübhəsizdir
Beləliklə, "European Tobacco Baku" da daxil olmaqla, Bakıdakı müəssisələrdə bir qutu siqaretin istehsalı və aksiz vergisi xərcləri ümumilikdə 74,4 qəpik təşkil edir.
Siqaretlərin satış qiyməti isə bundan təqribən ikiqat yüksəkdir.
"European Tobacco Baku" şirkətinin sahibi Rüfət Quliyevdir. O, üçüncü, dördüncü və beşinci çağırış Milli Məclisin deputatıdır. Rüfət Quliyev fevralın 9-da keçirilən növbədənkənar parlament seçkilərinə də qatılıb və Mərkəzi Seçki Komissiyası (MSK) tərəfindən namizədliyini irəli sürdüyü 73 saylı Lənkəran şəhər seçki dairəsinin qalibi elan edilib.
Bəzi iddialara görə, əslində bahlaşma yox, siqaret biznesinin Rüfət Quliyevdən alınması prosesi gedir. Bu da avtomatik olaraq siqaret satışına təsir edib. Yəni satışda azalmanın müşahidə olunması gözlənilən bahalaşma ilə deyil, bu biznesdə əl dəyişimi ilə izah edilir.
Mediada gedən təkzib olunmamış məlumatlara əsasən Azərbaycanda siqaretin idxalı ilə rəsmi qaydada 3 şirkət məşğul olur. Onlar "İMEKS”, "Krokus LTD”, "AMD Trade” şirkətləridir. Adı çəkilən şirkətlər "B.A.T” tobacco, "İT tobacco”, "CTİ " tobacco kimi beynəlxalq nümayəndəliklərin Azərbaycanda rəsmi distribyütorlarıdır.
Yerdə qalan " Krokus LTD” və "AMD Trade” haqqında məlumatlar yoxdur. Yalnız adından məlum olduğu kimi, "Krokus LTD”-nin Araz Ağalarova məxsus olması barədə mətbuatda bir neçə dəfə yazılar gedib. Şirkət 2004-cü ildə Bakıda qeydiyyata alınıb. Baş ofisi Dərnəgül şossesindədir.
2014-cü ildə Kənd Təsərrüfat Nazirliyinin açıqladığı məlumata görə, "Krokus ltd” Bakıda tütün məmulatı istehsal etmək üçün "European Tobacco-Baku” ASC-nin ərazisində yer icarəyə götürüb. Hətta o ildən sonra "European Tobacco-Baku” nun idarəçiliyinin "Crocus İnternational”a keçdiyi haqqında məlumatlar da yayılıb.
Bazara nəzarət edən bu üç ”gizli əl” in rəhbərliyində kimlərin təmsil olunması haqda da rəsmi məlumat yoxdur. Qeyri-rəsmi məlumata görə, üç distribyütora nəzarəti deputat Cavanşir Feyziyev həyata keçirir. Maraqlıdır ki, şirkətlərin rəsmi qeydiyyat ünvanları da eynidir. Ehtimal olunur ki, indi Rüfət Quliyev oyundankənar vəziyyətə salınır.
Başqa bir versiyaya görə isə bahalaşma sadəcə indiki vəziyyətdən sui-istifadə edən bəzi işbazların əməlidir. Ölkədə koronavirus pandemiyasına qarşı mübarizə gedir. Bu isə bir çox sahələrə cümlədən iqtisadiyyata təsirsiz ötüşməyib. İndi bəzi işbazlar itirdiklərini kompensasiya etmək üçün süni bahalaşma yaradırlar.
Sonda qeyd edək ki, bahalaşma barədə hər hansı rəsmi məlumat yoxdur. Güman ki, qısa müddətdə bu məsələyə aydınlıq gətiriləcək.
Paylaş:
Müəllif : Fuad
Tarix:30-06-2020, 13:27
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Fuad
Tarix:30-06-2020, 13:27
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Dünən, 11:45
Magistral yolların keçdiyi rayonlarda yeni trend: Topraq sahələri kütləvi satışa çıxarılır
Dünən, 11:24
“Sahil Babyev, gəl sənə göstərim ki, biz sakinlərə necə xəstə heyvan verirlər!” – KƏLBƏCƏR SAKİNİNDƏN MÜRACİƏT / VİDEO, FOTO
Dünən, 11:18
Sumqayıtda milyonların talanmasında iştirakçı olan “Saffira Plus” MMC -nin fəaliyyəti niyə yoxlanılmır
Dünən, 11:07
İşçilərin maaşı ilə özünə “imperiya” quran dələduz şirkət rəhbəri QAÇDI - İLGİNC FAKTLAR...
20-12-2024, 21:08
Türkiyənin Suriya üçün göndərəcəyi 75 min ərzaq bağlamasının ilk partiyası yola salındı
20-12-2024, 14:01
Tiktoker Benizin zərərçəkəni hüquq-mühafizə orqanlarına müraciət etdi - 836 min manatdan çox pulunu hissə-hissə ələ keçirib
20-12-2024, 13:48
Ölkəmizə son illər iribuynuzlu heyvanlar HARADAN və NECƏ gətirilir? - “Dana monopoliyası” "kralı"na niyə DUR deyən tapılmır...?
20-12-2024, 12:09