reklam
Regionxeberlericom.az » Gündəm » Hacıqabulda məmur özbaşnalığı - Vətəndaş intihar həddində...

reklam

Hacıqabulda məmur özbaşnalığı - Vətəndaş intihar həddində...


“Artıq bu məmurların əlindən son çarə olaraq ya özümüzü öldürməliyik, ya da bizə kömək edin!”

Bu sözlər Hacıqabul rayon Pirsaat kənd sakinləri olan Həmidovlar ailəsi tərəfindən ölkə başçısı cənab İlham Əliyevə və birinci vitse-prezident Mehriban xanıma ünvanlanan müraciətdə öz əksini tapıb. Şikayətçilər bir sıra vəzifəli şəxslər tərəfindən incidildiklərini,uzun illər istifadələrində olan mülkiyyətlərinin zor gücünə əllərindən alındığını bildirirlər.
“Ailədə 7 nəfərdən ibarətik və hazırda Hacıqabul rayonu
Pirsaat qəsəbəsində yaşayırıq.Babam Həmidov Aslan Müslüm oğlundan bizə yaşadığımız ünvanda yerləşən 3 nömrəli ictimai iaşə (yemakxana) obyekti miras qalıb.Həmin obyekt keçmiş Azərbaycan Mərkəzi Kooperativlər İttifaqı "Azərittifaq"-ın balansında olub. Uzun illər istifadəmizdə etdiyimiz, ,ailəmizin yeganə dolanacaq mənbəyi olan obyekti və ərazisini maddi cəhətdən imkanımızın olmaması səbəbindən özəlləşdirə bilməmişik.”
Şikayətçilər bildirir ki, dövlət səviyyəsində aparılan ağacəkmə kompaniyaları zamanı obyektin ətrafında onlarla ağac əkiblər və böyük yaşıllıq zonası yaradıblar. Ərazinin abadlığı və yaşıllığı sonradan ailənin baş bəlasına çevrilib. Hazıra nazir olmaq istəyən məmurlar Həmidovlar ailəsini yeganə dolanacaq mənbəyindən məhrum etmək, ərazini ələ keçirmək üçün hərəkətə keçiblər.
Hal hazırda Hacıqabul rayon İcra Hakimiyyətinin əməkdaşları -Memarliq idarəsinin məsul şəxsi Salman, Navahı kənd bələdiyyəsinin sabiq sədri Hüseyn, eləcə də ƏMDK-si yanında Daşınmaz Əmlakın
Dövlət Reyestri Xidmətinin 13 saylı Şirvan Ərazi İdarəsinin əməkdaşları F.İbrahimov,A.Axundzadə,xüsusilə özünü böyük fəxrlə Kərəm Həsənovun qudası kimi qələmə verən və onun adından sui-istifadə edən 13 saylı Şirvan Ərazi İdarəsinin əməkdaşı olan Cəfərov Ziyadxan Mirzəxan oğlu qabaqcadan plan quraraq müəyyən məbləğdə pul qarşılığında gizlin şəkildə mütəşəkkil dəstə halında obyektin yola yaxın ərazisini "yaşayış məntəqələrinin torpaqları" adı altında Hacıqabul rayon İH-nin sərəncamından Qasımov Ramin Könül oğlunun adına 108 saylı çıxarış tərtib edərək zəbt etmək istəyirlər.
Hazırda bizimlə qonşu olan Qasımov Ramin Könül oğlu ilə məsələni humanizm prinsipləri çərçivəsində ailəvi şəkildə həll etməyə çalışdıq.Lakin Qasımov Ramin israrla bildirir ki, "mənim rayon icra
hakimiyyətində,Polis şöbəsində,Ədliyyə Nazirliyində çox hörmətli,
nüfuzlu qohumlarım,tanışlarım və dostlarım var.Kobud və qeyri etik şəkildə vurğuladı ki, gedin dərdinizi kimə istəyirsinizsə onada deyin.Heçkim mənə heçbnə eləyə bilməz.O yer mənimdir,heçkimdən qorxmuram.”
R.Qasımov rüşvətxor sahə müvəkkili Hüseynov Rasim və hazırki Navahı kənd bələdiyyə sədri Səidə adlı şəxsə zəng vuraraq yaşadığımız ünvana göndərib. Nəzərinizə çatdırımki,Hüseynov Rasim adlı sahə müvəkkili Qasımov Raminin yaxın qohumudur.Dəfələrlə onlara cənab Prezidentin vətəndaşları incitməməklə bağlı məmurlara sərt xəbərdarlıq etdiyini xatırlatsaq da təssüflər olsun ki, heçbir
əhəmiyyət vermədilər. R.Qasımov hal-hazırda "Bakı Gəmiqayırma Zavodunda"işləyir və yüksək aylıq məvacib alır. Hər halda pulunun çox olması və vurğuladığı kimi nüfuzlu qohumlarının olmasına arxalanaraq açıq-aydın qanunları saymır, bizim kimi kasıbların haqqını tapdalayır.
Xatırladım ki, ərazini ələ keçirmək üçün hazırlanmış 108 saylı çıxarış 28.06.1998-ci il tarixində tərtib edilib ki,həmin gün də bazar gününə təsadüf edir. Necə olur ki, bazar günü dövlət sənədi tərtib edilir?
Həmçinin gizlin şəkildə Navahı kənd bələdiyyəsinin sabiq sədri Hüseyn adlı şəxs və Dövlət Kadastr Xidmətinin əməkdaşları qaranlıq vaxtı heç kimə xəbərdarlıq etmədən obyektdə olublar və obyekt kimi deyil,yola yaxın ərazini yaşayış ərazisi kimi Dövlət Kadastr sistemində qeyd ediblər.”
Şikayətçilər bildirir ki, Ramin Qasımov Pirsaat qəsəbəsində rüşvət yolu ilə sabiq kənd bələdiyyəsi Hüseyin və hazirki bələdiyyə sədri Səidə adlı şəxsin vasitəsilə bir neçə ərazini zəbt edərək ələ keçirib.
“Xahiş edirik Qasımov Ramin Könül oğlunun,sabiq Navahı kənd bələdiyyəsi Hüseynin,13 Saylı Şirvan Ərazi İdarəsinin əməkdaşı Cəfərov Ziyadxanın, habelə digər vəzifəli şəxslərin hər
hansı bir pul qarşılığında yaşadığımız kənd ərazisində ələ keçirdiyi
torpaqları və digər əraziləri araşdırasınız.Buradan aydın olurki, yaşadığımız ünvanda yerləşən obyekt və ətrafındakı ərazimizi belə mütəşəkkil dəstə yalnız cinayət xarakterli əməlləri ilə pul qarşılığında vən ya nüfuzlu şəxslərin köməkliyi ilə ələ keçirə bilərlər.
13 saylı Şirvan ərazi idarəsinin əməkdaşı,özünü Kərəm Həsənovun qudası kimi təqdim edən Cəfərov Ziyadxan Navahı kəndinin sabiq bələdiyyə sədri Hüseyn adlı şəxslə əlbir olaraq Dövlət Təhlükəsizlik Xidmətinin məxfi yeraltı rabitə xəttinin,eləcə də Dövlətə məxsus nəhəng su anbarının binasını və ərazisini qeyri-qanuni şəkildə, müəyyən pul qarşılığında Dövlət kadastr Kitabında qardaşının həyat yoldaşı Həmidova Mahirə adlı şəxsin xüsusi mülkiyyətinə keçirmişlər.”
Heç yerdə probleminin həll edilmədiyini, Hacıqabul rayonunun vəzifəli şəxsləri tərəfindən təhdid edildiyini bildirən Həmidovlar ailəsi Prezidentə,birinci vitse-prezidentə və Baş Prokura müraciət edərək kömək istəyirlər:
“Dövlətimizə və onun ədalətinə inanırıq. Adlarını çəkdiyimiz şəxslər bizləri ailə olaraq özünü öldürmə həddinə çatdırıblar. İndi neyləməliyik- həyatımıza son verməliyikmi,yoxsa onların əlindən məcbur qalıb bu ölkənin vətəndaşlığından imtina edərək hər hansı bir
dövlətdən qaçqın kimi sığınacaq almaq üçün müraciət etməliyikmi?
Ümid edirəm tezliklə bizim ailəmiz üçün artıq təhlükəli hal alan bu problemin həllində bizə kömək edəcəksiniz.Onların pulu,vəzifəli qohum-əqrabaları varsa,bizim də dövlətimiz və onun ədalətli rəhbərləri var. Sizə inanırıq, güvənirik!”
Rubrika.Az


Paylaş:


Müəllif : Tarix:
2-07-2020, 10:31
Sikayət   


loading...
Загрузка...