Eldar Mahmudovun bankirinə qarşı ittiham - İDDİA
“Sumqayıt Ağac Emalı” ASC-nin rəhbəri Qeys Kərimov “Azəri Qaz Bank”(AGBank) ASC-nin rəhbəri, keçmiş deputat Çingiz Əsədullayevə qarşı sensasiyalı ittihamlar irəli sürüb.
İş adamı müraciətdə bildirib ki, bank sədri onun zavodunu və digər əmlakını hədə-qorxu ilə ələ keçirib, borc bataqlığına salıb və müflisləşdirib.
Q. Kərimov qeyd edir ki, 1999-2001-ci ili əhatə edən dövrdə müvafiq qanunvericilliyə uyğun olaraq Sumqayıt şəhərində yerləşən 1 saylı Ağac Emalı Zavodunu “Sumaqayıt Ağac Emalı” ASC-yə çevirərək özəlləşdirib. İş adamının sözlərinə görə, ASC-nin yeni avadanlıqlarla təchiz edilməsi və buraxılan məhsulların çeşidinin, keyfiyyətinin artırılması qərarına gəliblər:
“Bu məqsədlə müəssisəmiz tərəfindən 2004-cü ildə müqavilə üzrə 2 il müddətinə “AGBank” ASC-dən 600 min manat kredit aldım. Kredit təminatı kimi “Sumqayıt Ağac Emalı” ASC-nin əmlakı ipoteka qoyuldu. 2005-ci ildə krediti vaxtından əvvəl bağladım. Sonradan Sahibkarlara Kömək Milli Fondunun bizə ayırdığı güzəştli krediti yenidən “AGBank” ASC vasitəsi ilə rəsmiləşdirdik. 2009-cu ildə laminat-parket istehsalı üçün avadanlıq almaq niyyətinə düşdük və bununla əlaqədar partnyor bank olaraq “AGBank”-a müraciət etdik. Bank avadanlığın alınması üçün öz nümayəndəsi olan Ayaz adlı şəxsi mənə qoşaraq, mənim vəsaitim hesabına Almaniya Respublikasına getdik. Bizim Almaniyada bağladığımız müqavilənin ümumi dəyəri 1.150000 avro idi. Həmin pul vəsaiti “AGBank” tərəfində kredit olaraq bu sahəyə ayrıldı. Həmin dövrdə “Sumqayıt Ağac Emalı” ASC-də 250 vətəndaşımız işlə təmin olunmuşdu”.
Q. Kərimov deyir ki, problemlər bundan sonra başlayıb: “2010-cu ilin may ayının sonunda “AGBank”-ın rəhbəri Çingiz Əsədullayev məni Bankın əsas ofisinə çağırıb bildirdi ki, “Sumqayıt Ağac Emalı” ASC-nin bütün səhmlərini onun adına keçirməliyəm. Müəssisəsni 2 il müddətinə onlar idarə etməlidirlər və mənə ayda 5 min manat maaş ödəniləcək. Sözsüz ki, mən bu təklifə etirazımı bildirdim. Ç. Əsədullayev bu zaman hədə-qorxuya keçərək dedi ki, “AGB ASC-nin kimə bağlı olduğunu yəqin ki, bilirsən?!. (“AGBank” ASC ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyin keçmiş rəhbəri Eldar Mahmudovun himayəsində olub – red) O, mənə fikirləşməyə 1 gün vaxt verdi. Etiraz edəcəyim təqdirdə, ya silah, ya da narkotiklə şərlənərək həbs olunub içəridə çürüdüləcəyimi dedi. Həmin gün evə gələrək çox düşünüb məsləhətləşdikdən sonra ayrı yolum olmadığına qərar verdim. Beləliklə, məcbur olub Ç. Əsədullayevin təklifinə razılaşdım. 01.07.2010 cu il tarixdə saat 20:00 mənə Bankda olmağımı tapşırdı. Saat 21:00 da biz – yəni mən və Bankın hüquqşünası Elqar adlı şəxs Bakı şəhərində yerləşən 12 sayı Notarial Kontorunda adımda olan bütün səhmləri Ç. Əsədullayevin adına keçirdim. Ümumi 51% səhm 134.160 manata alqı-satqı edilərək onun adına rəsmiləşdirildi. Halbuki, həmin vaxt mənim adıma olan səhmlər “AGBank”ASC-nin girovluğundan azad edilməmişdi”.
İş adamı daha sonra bildirib ki, ertəsi gün – yəni 02.07.2010-cu il tarixdə Bankın hüquqşünası ona zəng vuraraq həyat yoldaşı Gülnaz Kərimovanın da 12 saylı Notariat Kontoruna gəlməyinin məcburi olduğunu bildirib:
“Həmin günü yoldaşım da Notariat Kontoruna apararaq ərizələrə imza çəkdirdilər. Sonra mən Ç. Əsədullayevlə yenidən görüşüb dedim ki, gəlin rəsmi akt tərtib edək. Çünki, zavodda 3.5 milyon manat mal qalığım var. Çingiz mənim təklifimə qəti şəkildə etiraz etdi və mənə bildirdi ki, sənə hər ay 5000 manat ayıracağıq, ailən var, başa düşürəm. Bu 2 il ərzində müəssisənin “AGBank” ASC-yə olan ümumi qalıq borcu 2.6 milyon manatı ödəyəcəyik. Əlavə etdi ki, heç bir problem olmayacaq, get, narahat olma”.
Q. Kərimovun sözlərinə görə, Ç. Əsədullayev ona verdiyi sözü tutmayıb: “6 ay keçdikdən sonra zavoda gedib etirazımı bildirdim ki, mənə ailəmin dolanması üçün hər ay 5000 manat məvacib söz verilib, lakin ödənmir. Məni oradan qovaraq bildirdilər ki, birdə bu zavoda ayağın dəyməsin. Başa düşdüm ki, bu şəxslər mənə nə zavodumu geri qaytarmaq fikirləri var, nə də pul vermək . Dərhal ölkə başçısına müraciətlər etməyə başladım. Bir müddət keçdikdən sonra məni Yasamal rayon Polis İdarəsinin 9-cu mikrorayon ərazisində yerləşən polis bölməsinə apardılar. Orada mənə bildirdilər ki, guya mən “AGBank”-ı yandırmaqla hədələmişəm. Mənə qarşı polis bölməsində kobudluq etməyə başladılar. Dedilər, sən bilmirsən, o bank kimə məxsusdur. Bir sözlə mənə dolayı yolla başa saldılar ki, nə zavoda yaxın durma, nə də ölkə başçısına müraciət etmə, yoxsa, sənə ağır başa gələr. İş adamı bildirib ki, hədə-qorxulara məhəl qoymadan ölkə başçısı İlham Əliyevə müraciətlərini davam etdirib: “Nəhayət, 2014-cü ildə cənab prezidentin tapşırığı ilə zavodu mənə geri qaytardılar. Amma prezidentə yalan məlumat veriblər ki, mənə zavodu tam olaraq qaytarıblar, yəni mənə məxsus olan səhmləri də geri veriblər. Mən Ç. Əsədullayevdən dəfələrlə səhmlərimi geri qaytarmasını tələb etsəm də əməl etmədi. Bildirdi ki, 1 milyon manat ödəyəcəyim halda səhmləri verə bilər. Mən məcbur qalaraq qohum – qardaşdan pul toplayaraq 5 ay ərzində “AGB”-ın təhlükəsizlik xidmətinin rəisinin əli ilə Çingizə hər ay 200 min manat pul verdim. Lakin Çingiz məni yenə aldatdı. Daha sonra səhmlərin hərracda satıldığını öyrəndim.
Qeys Kərimov deyir ki, bununla yanaşı kredit sənədləşdirilən zaman girov qoyulmuş, Sumqayıt şəhəri, 8 mikrorayonda 20 a nömrəli evin yanında yerləşən, ümumi sahəsi 144 kv/m olan qeyri – yaşayış sahəsi də Bankın nəzarətinə keçib. Bundan başqa 19 min manat vergi borcunu da ona ödətdiriblər. İş adamı hazırda çox pis vəziyyətdə olduğunu, borc bataqlığına düşdüyünü vurğulayıb. O, Ç. Əsədullayevlə məhkəmə qarşısında görüşəcəyi bildirib.
Xatırladaq ki, Mərkəzi Bankının İdarə Heyətinin 27 aprel 2020-ci il tarixli qərarları ilə “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 57.1-ci və 57.3-cü maddələrinə əsasən “AGBank” ASC-nin lisenziyası ləğv edilib. Hazırda Əmanətlərin Sığortalanması Fondu tərəfindən bankda olan əmanətlərin qaytarılması prosesi həyata keçirilir.
Sözügedən bankın rəhbəri Çingiz Əsədullayev 2015-ci il parlament seçkilərinə qatılsa da onun deputatlığa namizədliyi ləğv olunub. Bu qərardan təxminən 20 gün əvvəl Milli Təhlükəsizlik Nazirliyinin rəhbər heyəti ağır cinayətlərdə ittiham edilərək məsuliyyətə cəlb olunub, nazir Eldar Mahmudov vəzifəsindən kənarlaşdırılıb. Milli Təhlükəsizlik Nazirliyi isə ləğv edilib, onun bazasında Dövlət Təhlükəsizliyi Xidməti və Xarici Kəşfiyyat Xidməti yaradılıb. //Xalq.az//
Paylaş:
Müəllif : Yazar
Tarix:2-07-2020, 10:31
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:2-07-2020, 10:31
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Dünən, 20:01
Prezident Administrasiyasının Vətəndaş Qəbulu Mərkəzində dekabr üçün qəbul cədvəli AÇIQLANDI
Dünən, 11:52