Elmlər doktoru və müəllimdən DİM-ə AÇIQ MƏKTUB - “10 iyunda imtahan verənlərə haqsızlıq edilib”
Valideyn, Riyaziyyat elmləri doktoru Rəşid Əvəzağa Əliyev, eləcə də Azərbaycan dili və ədəbiyyat müəllimi Ülviyyə Əvəzağa Əliyeva Dövlət İmtahan Mərkəzinə açıq məktub yazıb.
Cebhe. info-ya təqdim edilən məktubda bildilir:
Təqdirəlayiq haldır ki, COVİD-19 pandemiyası ilə əlaqədar yaranan çətinliklərə baxmayaraq, Dövlət İmtahan Mərkəzi (DİM) xüsusi karantin rejiminin tələblərinə əməl etməklə 10 iyun 2020-ci il tarixdən buraxılış imtahanlarının keçirilməsinə başlayıb. Bu tarixdə digər buraxılış imtahanları ilə yanaşı, Xətai, Qazax, Şəki, Cəlilabad, Göyçay, Ağdaş, Qusar, Qobustan rayonları və Sumqayıt (I hissə) şəhərində 11-ci sinif cari ilin məzunları üçün də buraxılış imtahanı keçirildi. Sonra (11, 18, 19, 24, 25 iyun tarıxlərində) digər rayon və şəhərlərdə də buraxılış imtahanlarının keçirilməsinə başlandı və bu proses indi də davam etməkdədir. Lakin 10 iyun tarixində keçirilən buraxılış imtahanlarında rast gəlinən aşağıdakı qüsurlar bu imtahanda iştirak edən abituriyentlərə (o abituriyentlərə ki, pandemiya onların da psixologiyasına mənfi təsir etmiş, gecikmiş buraxılış imtahanına maskada, pandemiyanın həyəcanı, qorxusu ilə daxil olmuş, son 3 ayı (mart, aprel, may) karantin şəraitində keçirərək dərslərə təkbaşına hazırlaşmalı olmuşlar) qarşı haqsızlıqlara yol açır:
1) 10 iyunda keçirilən imtahana salınan suallar sosial mediaya təsadüfən (və ya bilərəkdən) sızdığı (və ya sızdırıldığı) üçün digər günlərdə imtahan verən abituriyentlər imtahan suallarının mövzularından müəyyən qədər xəbər tutmuşdular. Məsələn: 10 iyunda keçirilən imtahanda riyaziyyatdan 2 balla qiymətləndirilən 85 nömrəli tapşırıq rəqəmləri dəyişdirilərək digər imtahanlarda da istifadə olunmuşdur.
2) 10 iyunda keçirilmiş imtahanda ingilis dilindən təqdim olunan dinləmə mətninin səsləndirilməsində küy yarandığından abituriyentlər mətni yaxşı eşidə bilməyiblər.
3) 10 iyunda abituriyentlərə Azərbaycan dilindən təqdim olunan hər iki mətnə aid tapşırıqlar və onların cavab variantları arasında uyğunsuzluqlar var idi və bu uyğunsuzluqlar şagirdləri gərginləşdirərək digər tapşırıqları da düzgün həll etmələrinə mane olub. Sualların cavab variantlarında o qədər uyğunsuzluq var idi ki, hətta sosial şəbəkələrdə həmin sualların cavablarının müzakirəsində müəllimlər belə bir neçə test tapşırığının cavabında yekdil qərara gələ bilmirdilər. Ən çox problem yaradan suallara nümunələr:
1. C variantında 48-ci suala konkret olaraq, cavab tapmaq mümkün deyil, cavab uyğun gəlmir.
2. C variantında 54-cü sualda “mübarizə” sözü “qarşıdurma” sözünün qarşılığı kimi doğru götürülüb. Amma yerinə görə “mübarizə” sözü “qarşıdurma” sözü ilə əvəzlənə bilməz.
3. C variantında 45-ci, 53-cü, 56-cı test tapşırıqları yetəri qədər çətin və çaşqınlıq yaradan suallar idi. Sosial şəbəkələrdə fənn müəllimlərinin belə bu sualların müzakirəsində 2 qrupa ayrılaraq hər qrupun bir cavab variantı üzərində qalması da bunu sübut edir.
Bundan başqa, 11 iyun tarixində buraxılış imtahanına salınmış Azərbaycan dili fənni üzrə qrammatikaya aid test tapşırıqları da mediaya sızdı. Bu test tapşırıqlarını 10 iyunda Azərbaycan dili fənni üzrə təqdim olunmuş qrammatik tapşırıqlarla müqayisə etdikdə fərqi, haqsızlığı açıq-aydın görmək mümkündür. Alternativ olaraq, suallar bərabər səviyyədə salınmalı idi. Amma
10 iyun tarixində verilmiş qrammatikaya aid suallar 11 iyun tarixində salınmış qrammatik suallardan qat-qat çətin idi. Məsələn:
a) Şagirdlərin ən çox çətinlik çəkdiyi orfoqrafiyaya aid test tapşırığı (C variantı 38) 10 iyunda salınsa da, 11 iyun tarixində bu mövzuya aid sual yox idi.
b) 10 iyunda yeni model test (C variantı 40) salınsa da, 11 iyun tarixində belə tapşırıq yox idi.
c) 10 iyun tarixində keçirilmiş imtahanda C variantı 36 nömrəli test tapşırığında “parlamaq” sözünün quruluşca növünə toxunulub ki, bu sözün quruluşca sadə və ya düzəltmə olması elmi mübahisə mövzusudur. DİM, adətən, mübahisəli fikirlərin, sualların salınmaması prinsipinə əməl etmişdir. Bu dəfə isə bu, nədənsə gözdən qaçmışdır. “Parlamaq” kimi çaşqınlıq yarada bilən sözün quruluşca növünün buraxılış imtahanına salınlması düzgün deyil.
d) DİM-in Azərbaycan dili test toplularındakı mətn nümunələrində iki üslubun üslubi xüsusiyyətinin müqayisəsi tələb olunanda meyarlarda üslubun adının verilməsi doğru cavab kimi qeyd olunduğu halda, 10 iyun tarixində keçirilmiş imtahanda (C variantı 60) iki üslubun üslubi xüsusiyyətinin müqayisəsi tələb olunmuş, abituriyent üslubun adını düzgün qeyd etsə də, bu, meyarda düzgün cavab kimi götürülməmişdir.
Bütün bunlar bu gərgin şəraitdə buraxılış imtahanı verən abituriyentlərə qarşı böyük haqsızlıqdır.
30 iyunda DİM 10 və 11 iyun tarixlərində keçirilmiş buraxılış imtahanlarının nəticələrini elan etdi. Qeyd olundu ki, imtahan iştirakçıları arasında 1 nəfər – Abşeron rayonu Xırdalan şəhər 1 saylı orta məktəbin məzunu toplanıla biləcək maksimal nəticə – 300 bal toplayıb. İkinci ən yüksək nəticəni 297.7 bal toplayan Bakı şəhəri 36 saylı orta məktəbin məzunu göstərib. Bundan əlavə, 4 nəfər (Qəbələ rayonu Vəndam qəsəbəsi 1 saylı orta məktəbin, Qubadlı rayonu 3 saylı şəhər orta məktəbin, Bakı şəhəri 57 saylı orta məktəbin, Bakı şəhəri 178 saylı orta məktəbin məzunları) 297.1 bal toplayıb. Fikir versək görərik ki, yuxarıda adları qeyd olunan 6 iştirakçının hamısı 10 iyun yox, 11 iyunda imtahan veriblər. İlk baxışdan təsadüf kimi görünsə də, bu, təsadüf deyil, yuxarıda sadaladığım qeydlərin nəticəsidir. Həmişə yüksək nəticə göstərən Sumqayıt, Xətai, Şəki, Qazax, Cəlilabad, Göyçay, Ağdaş, Qusar, Qobustan rayonlarından olan abituriyentlərin hamısının bu dəfə başqalarına nisbətən zəif nəticə göstərməsi də qəribə deyilmi?
Əvvəldən də qeyd etdiyimiz kimi, xüsusi karantin rejimində imtahan keçirmək çətindir. Lakin bu, 10 iyunda imtahan verən abituriyentlərə qarşı haqsızlığa yol verməyə haqq qazandırmır. Birinci iradımızla bağlı günahı nəzarətçilərin, ikinci iradımızla bağlı günahı texniki heyətin üzərinə atmaq olar. Üçüncü iradımıza da subyektiv fikir kimi yanaşmaq olar. Lakin xahiş edirik, ən azı, dördüncü iradımıza ciddi yanaşılsın. Belə ki, DİM mütəxəssislər dəvət edib 10 iyunda 11-ci sinif cari ilin məzunları üçün keçirilən buraxılış imtahanında abituriyentlərə Azərbaycan dilindən təklif olunmuş mətnlərə aid tapşırıqlar və onlara aid cavab variantları arasındakı əlaqələr yenidən yoxlatdırsın və hansı tapşırıqlarda uyğunsuzluq aşkarlanarsa, bu tapşırıqların cavabları bütün şagirdlər üçün doğru qəbul edilsin. Bəlkə, belədə 10 iyunda imtahan vermiş abituriyentlər bir qədər təsəlli tapa bilsinlər.
Paylaş:
Müəllif : Yazar
Tarix:3-07-2020, 08:59
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:3-07-2020, 08:59
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Dünən, 11:45
Magistral yolların keçdiyi rayonlarda yeni trend: Topraq sahələri kütləvi satışa çıxarılır
Dünən, 11:24
“Sahil Babyev, gəl sənə göstərim ki, biz sakinlərə necə xəstə heyvan verirlər!” – KƏLBƏCƏR SAKİNİNDƏN MÜRACİƏT / VİDEO, FOTO
Dünən, 11:18
Sumqayıtda milyonların talanmasında iştirakçı olan “Saffira Plus” MMC -nin fəaliyyəti niyə yoxlanılmır
Dünən, 11:07
İşçilərin maaşı ilə özünə “imperiya” quran dələduz şirkət rəhbəri QAÇDI - İLGİNC FAKTLAR...
20-12-2024, 21:08
Türkiyənin Suriya üçün göndərəcəyi 75 min ərzaq bağlamasının ilk partiyası yola salındı
20-12-2024, 14:01
Tiktoker Benizin zərərçəkəni hüquq-mühafizə orqanlarına müraciət etdi - 836 min manatdan çox pulunu hissə-hissə ələ keçirib
20-12-2024, 13:48
Ölkəmizə son illər iribuynuzlu heyvanlar HARADAN və NECƏ gətirilir? - “Dana monopoliyası” "kralı"na niyə DUR deyən tapılmır...?
20-12-2024, 12:09
Dünya çempionu 2,5 milyon pul qoyduğu obyektdən çıxarılır - İşin arxasında keçmiş məmur dayanır? - FOTO
20-12-2024, 10:16