Büdcədən artıq xərclədikləri 3 milyon manatı - GERİ QAYTARIBLAR
Hesablama Palatası 2020-ci ilin yanvar-iyun ayı ərzində 9 audit yoxlama və monitorinq həyata keçirib.
Bu barədə Palatanın birinci yarımilikdə fəaliyyətinə dair məlumatında qeyd olunur.
“Cari ilin İş planına uyğun olaraq hesabat dövründə 2-si monitorinq, 2-si analitik fəaliyyət və 18-si audit formasında dövlət maliyyə nəzarətinin başlanılması ilə bağlı qərarlar qəbul edilmişdir. COVİD-19 pandemiyası səbəbindən hesabat dövründə 2 monitorinq və 7 audit yoxlama aparılıb”, - Palatadan bildirilir.
Aparılmış auditlərin nəticələri üzrə büdcə vəsaitlərinin istifadəsi üzrə mövcud qanunvericilik aktlarının tələblərinə tam riayət edilməməsi səbəbindən 3 milyon 300,1 min manat məbləğində vəsaitin artıq və əsassız icra edildiyi müəyyən olunmuş, qurumlar tərəfindən həyata keçirilmiş tədbirlərin nəticəsində 1 milyon 521,4 min manat məbləğində vəsaitin müvafiq qaydada bərpası təmin edilmişdir.
Hesablama Palatası hesabat dövründə 2019-cu il və əvvəlki illər üzrə İş planına əsasən başa çatdırılmış nəzarət tədbirləri zamanı müəyyən edilmiş nöqsanların aradan qaldırılması üçün həyata keçirilmiş addımları da izləmişdir. Belə ki, ötən il görülmüş tədbirlərlə yanaşı, hesabat dövründə 1 milyon 287,4 min manat vəsait müvafiq qaydada bərpa olunmuşdur.
Beləliklə, 2020-ci ilin yanvar-iyun ayları üzrə ümumilikdə 2 milyon 808,8 min manat məbləğində vəsaitin bərpası təmin edilib. (İnterfaks)
Paylaş:
Müəllif : Yazar
Tarix:8-07-2020, 17:05
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:8-07-2020, 17:05
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 10:11
"Məşğulluq Agentliyinin nümayəndələri bütün rayonlarda korrupsiya ilə məşğuldurlar" - ekspertdən İTTİHAM
26-11-2024, 20:01