reklam
Regionxeberlericom.az » Gündəm » “Rəhim Qazıyevi düzgün olaraq həbs etdilər” – Keçmiş icra başçısından çağırış

reklam

“Rəhim Qazıyevi düzgün olaraq həbs etdilər” – Keçmiş icra başçısından çağırış


“Dostlarıma müraciət etmişəm ki, sosial şəbəkələrdə təxribatçı yazılar, rəylər yazmayın”.

Bu sözləri Yenisabah.az-a hakim Yeni Azərbaycan Partiyasının qurucu üzvü, keçmiş icra başçısı Musa Musayev bildirib. O əlavə edib ki, indiki həssa dövrdə hər kəs məsuliyyətli olmalıdır.

“Dünən Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşları Rəhim Qazıyevi təxribatçı rəy və fikirlər səsləndirdiyinə görə həbs ediblər. Çox düz ediblər. Bu, hər kəsə dərs olmalıdır. İndiki həssas məqamda hər kəs məsuliyyətli olmalı, şəxsi ambisiyalarını kənara qoymalı, intriqalardan uzaq olmalıdır.

Düşünürəm ki, təxribatçılar cəzasız qalmamalıdır. Sosial şəbəkələr, o cümlədən mətbuat, internet media aidiyyəti qurumlar tərəfindən nəzarətə götürülməlidir.

Özfəaliyyətə son qoymalıdır. Bütün Azərbaycan vətəndaşları cənab Prezidentin , Ali Baş Komandanın ətrafında sıx birləşib dünyanı bürüyən koronavirus pandemiyası və erməni faşizmi ilə mübarizəyə qalxmalıdır. Yolumuz haqq yoludur, qələbə və uğur bizimlədir!”, - deyə keçmiş icra başçısı vurğulayıb.


Paylaş:


Müəllif : Tarix:
14-07-2020, 15:50
Sikayət   


loading...
Загрузка...