Nə qədər ki, qol çəkdiyi korruptiv sənədləri utilə verməyib… - İTTİHAM
Bir ay əvvəl Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayevin sərəncamı ilə Nizami Vəliyev Beyləqan Yaşıllaşdırma İdarəsinə müdir vəzifəsinə təyin olunub. Bu təyinat rayon rəhbərinin yerli ictimaiyyəti hələ də yaxşı tanımadığı barədə dolaşan söhbətlərin növbəti təsdiqi oldu. Görünən odur ki, icra başçısı vəzifəyə təyin etdiyi Nizami Vəliyevin daha əvvəl müdirlik etdiyi Zona Baytarlıq Laboratoriyasındakı əliəyriliklərindən xəbərsiz olub.
RealMedia.az xəbər verir ki, Vəliyevin köhnə vəzifəsində qol qoyduğu korruptiv işdəycələri sırasında ən çox danışılanı əlbəttə ki, laboratoriyaya ayrılan 15 ədəd “Motorolla” tipli süni mayalanma aparatlarını, bir lapeti (qoşqu vasitəsi) və başqa vəsaitləri satıb pulunu mənimsəməsidir. Qurumun ləğv edilməsinə baxmayaraq, həmin vəsaitlərin hələ də sabiq laboratoriya müdirinin hesabında qaldığı, təhvil-təslim etmədiyi bildirilir. Bu barədə etibarlı mənbədən əldə ediyimiz məlumatlarda qeyd olunur ki, indi Vəliyev talamış olduğu əmlakı öz “ayağından” çıxarmanın yollarını axtarır. Söz var ki, bu məqsədinə nail olmaq, necə deyərlər, “duruya çıxmaq” üçün rəvac verdiyi korrupsiyanın izini daşıyan sənədləri utilə verməyə, yandırtmağa hazırlaşır. Nə qədər ki, bu arzusuna çatmayıb, onun fəaliyyətinin ciddi yoxlanılması vacibdir.
Yeri gəlmişkən onu da qeyd edək ki, bu günlərdə Beyləqan Yaşıllaşdırma İdarəsinin sabiq müdiri Əliyar Həsənov özünün feysbuk səhfəsində Nizami Vəliyevin narkobaron, fərari və alkoqol düşkünü olması barədə status yazıb. Həsənovun sözlərinə inanmalı olsaq, təxmin etmək olar ki, ləğv olunmuş laboratoriya həmçinin narkotik və spirt tərkibli preparat və məhlullarla da təchiz olunurmuş. Yəqin, Vəliyevin asılılıq yaradan zərərli vərdişlərə aludəçiliyi də başlanğıcını məhz burdan götürüb. Ancaq indi, Yaşıllaşdırma İdarəsinə təyinat alması ilə şərait dəyişib: Bundan belə bitki mənşəli “sakitləşdiricilərə” üstünlük verməlidir.
Paylaş:
Müəllif : Yazar
Tarix:17-07-2020, 09:17
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:17-07-2020, 09:17
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
29-11-2024, 12:38
Təcili Tibbi Yardım Mərkəzinin avtomobilləri hər il nə qədər ehtiyyat hissəsi “yeyir”
29-11-2024, 09:29
“Tender kralı“ etibarsız təchizatçı elan edildi - Təkcə bu il 3,1 milyonluq sifariş alıb
29-11-2024, 08:32
NAZİRİN UZUNÖMÜRLÜLÜK “KƏŞFİ” – Sahil Babayev dövlətə məlum olmayan statistik rəqəmləri haradan götürür?
28-11-2024, 20:29
Bir gecədə çox sayda hərbçinin həlak olduğu qəza necə baş verib? - DETALLAR + VİDEO
« Dekabr 2024 » | ||||||
---|---|---|---|---|---|---|
Be | Ça | Ç | Ca | C | Ş | B |
1 | ||||||
2 | 3 | 4 | 5 | 6 | 7 | 8 |
9 | 10 | 11 | 12 | 13 | 14 | 15 |
16 | 17 | 18 | 19 | 20 | 21 | 22 |
23 | 24 | 25 | 26 | 27 | 28 | 29 |
30 | 31 |