Tovuz səhiyyəsində özbaşınalıq davam edir - NARAZILIQ...
Tovuzun Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının Qovlar Şəhər Xəstəxanasında yerləşən bölməsinin 17 nəfərdən ibarət tibbi və qeyri-tibbi işçisinin həyatı təhlükədədir. Dediklərinə görə, mövcud pandemiya dönəmində çağırışlara xüsusi qoruyucu geyimlərlə təchiz olunmadan gedirlər. Məlumata görə, işlərini itirməmək üçün adlarının açıqlanmasını istəməyən tibb işçiləri bildiriblər ki, mümkün yeni növ koronavirusla təmas halında əliyalın - maskasız, əlcəksiz dayanıblar.
Tibb işçilərindən biri deyib ki, çağırışa gedən zaman əksər hallarda xəstələrdə yüksək hərarət müşahidə olunur. Xəstənin hərarəti yüksək olanda onlar Tovuz Rayon Mərkəzi Xəstəxanasındakı xüsusi briqadaya zəng edirlər, gəlib yaxma götürülür: “Sonradan analizin cavabı çıxır ki, xəstə COVİD-19 virusuna yoluxub. Bu neçə ay ərzində bir dəfə də olsun bizi tibbi müayinədən keçirməyiblər. Heç bir qoruyucu vasitələrlə təmin olunmamışıq. Həyatımızı riskə atırıq, sonra bu minvalla evə gəlirik, ailəmizə - övladlarımıza xəstəlik sala bilərik. Prezidentimiz tibb işçilərinə görə əməkhaqqının müəyyən mislinin verilməsinə görə sərəncam imzalayıb. Biz indiyədək həmin pulun bir manatını da görməmişik. Halbuki, xəstəni biz aşkar edirik, sonradan briqada xüsusi geyimlərdə gəlir, yaxma götürür”.
Tibb işçisi bildirir ki, məsələ ilə bağlı Tovuz Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Paşa Muradovun qəbulunda olaraq problemlərini deyiblər: “Baş həkimin cavabı bu oldu ki, pandemiya ilə mücadilədə iştirak etməmisiniz, sizə pul düşmür. Neçə olur ki, Tovuz Rayon Mərkəzi Xəstəxanasının baş həkiminin müavininə, yaxud Təcili Tibbi Yardım Stansiyasının baş həkiminə kompensasiya yazılır, amma biz yazıq həkimlər canımızı təhlükəyə atırıq, bizə pul düşmür? Paşa Muradovun xətri kimi istəyirsə, sənədi uyğunlaşdırıb, kompensasiyanı ona yazırlar. Biz isə təhqir olunuruq, aşağılayıcı sözlər eşidirk. Baş həkim olanda insanların təhqir etmək olar? Mən bir neçə xəstə ilə təmasda olmuşam. Sonradan onların test nəticəsi pozitiv çıxıb. Heç mənimlə maraqlanmayıblar ki, bu yazıq həkim xəstə ilə təmasda olmuşdu, görəsən, vəziyyəti necədir? Belə haqsızlıq olmaz. Mən Təcili Tibbi Yardım həkimiyəm, qızdırması olan xəstə məni çağırır. Nə deyim, deyim ki, getmirəm?”
Tibb işçisinin sözlərinə görə, ümumilikdə rayon üzrə həkim çatışmazlığı var. Əksər xəstəxanalarda isə vəziyyət acınacaqlıdır: “Biz Qovlar Şəhər Xəstəxanasının iki otağında yerləşdirilmişik. Köhnə binadır, müxtəlif böcək, həşaratlar olur. Otaqları özümüz dərmanlayırıq. Tabeliyimizdə 18 kənd var. Cəmi dörd həkim bir gündən bir işə çıxır. Hər növbədə bir həkim, bəzi hallarda iki-üç tibb bacısı olur. Çağırışa gedirik, xəstəxana boş qalır. Həmin vaxt tibbi yardım üçün gələn xəstə burada heç kimi tapmır. Çağırışdan qayıdıb gələndə az qala bizi döyürlər ki, harada qalmısan, ölmüsən? Ya da bizi təhqir edirlər. Dərdimizi deyə bilmirik, susuruq. Yaxud olur ki, çağırışa gedirik, ikinci xəstənin üstünə çağırırlar. Həkimlər bir yandan ölüb gedir. Bir azdan iynə vuran da tapılmayacaq”.
“Hamı bilir ki, ön sırada, risk altında olanlar məhz Təcili Tibbi Yardımın işçiləridir. Üstünə getdiyimiz xəstələrin çoxunun test cavabı müsbət çıxıb. Həyatımız çox böyük risk altındadır. Paşa Muradova müraciət etdik, dedi ki, siz pandemiya ilə mübarizədə iştirak etmirsiniz. Maskanı özümüz aptekdən pulla alırıq. Əlcəyi gah tapırıq, gah da yox. Xəstələrin çağırışına adi maskayla gedirik, başqa heç bir qorunma vasitəmiz yoxdur. Xüsusi qoruyucu geyimimiz yoxdur. Spirtlənirik, vəssalam. Gecəyarısı qızdırmalı xəstə gəlir. Mən ona necə deyim ki, xəstəxanaya gəlmə?” – bunu stansiyanın başqa bir tibb işçisi deyir.
Digər tibb işçisi isə söyləyir ki, məsələ ilə bağlı öncə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) və Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə əlaqə saxlayıblar: “TƏBİB-ə zəng etdik, dedilər ki, Agentliklə əlaqə saxlayın. Agentlikdən isə bildirdilər ki, COVİD xəstələri ilə təmasda olan həkimlərin siyahısını rayonlar üzrə yerli tibb müəssisələri müəyyən edir. Bizi göndərdilər Paşa Muradovun üstünə. Paşa Muradov da dedi ki, sizə pul düşmür. Haqqımızı sübut edə bilmirik. Deyirik ki, sərəncamda bir müddəa, bənd göstərin ki, orada yazılmış olsun ki, COVİD-19-a görə ayrılan pul həqiqətən yaxmada iştirak edən, pandemiyalı xəstələri daşıyan briqadalara şamil olunur. Prezident qərar verib ki, bu pul ümumən Təcili və Təxirəsalınmaz Tibbi Yardıma ayrılsın. Çünki Prezident bilir ki, tibbi yardım əməkdaşlarının hər bir üzvü risk altındadır. Dövlət də buna görə pul ayırıb ki, risk altında olan bu tibb işçiləri fərqləndirilsin. Bizdə isə tərsinədir. Deyirlər ki, kim yaxmaya gedirsə, pul ancaq ona düşür. Ümid edirik ki, bu müraciətimizi Prezident, Birinci vitse-prezident oxuyacaq. Oxuyub, həmin adamdan soruşsunlar ki, bu həkimlərin haqlarını niyə tapdalayırsan?”
Tibb işçisi digər vacib problemlərə də toxunub. Bildirib ki, son dörd aya qədər onlara ayrılması nəzərdə tutulan tibbi ləvazimat, eyni zamanda dərman preparatları ilə təmin olunmayıblar: “Bizə COVİD-19 pandemiyası başlayandan sonra iynə-dərman verməyə başlayıblar. On ildir ki, Təcili Təxirəsalınmaz Tibbi Yardım Stansiyasında işləyirəm. Bu on ildə ilk dəfə işə başlayanda bizə xalat verilib. Bununla da məsələ qurtarıb. Hələ də həmin xalatlardayıq. Halbuki, ildə iki dəfə dəyişməlidir. Buna görə pul ayrılır. Maşınlar da çox pis vəziyyətdədir. Biri köhnə “Qazel”dir. Biri köhnə “UAZ”-dır, üstündə yazısı və sirenası yoxdur. İçində də bir köhnə xərəkdir. Bircə təcili tibbi yardım maşınımız var. Onu da Tovuz Rayon Mərkəzi Xəstəxanası ilə şərikli işlədirik.“UAZ”la çağırışa gedəndə yolda qalırıq. Maşın köhnədir, “yatır”. Təsəvvür edin, biz həkim, tibb bacıları maşından enib, onu itələyirik ki, işə düşsün”.
Paylaş:
Müəllif : Yazar
Tarix:17-07-2020, 09:18
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:17-07-2020, 09:18
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Dünən, 20:01
Prezident Administrasiyasının Vətəndaş Qəbulu Mərkəzində dekabr üçün qəbul cədvəli AÇIQLANDI
Dünən, 11:52