AZAL Macarıstanda qalan tələbələrə zülm edir – Uşuşa 6 saat qalmış çarter reysini ləğv edib, tələbələr çıxılmaz duruma düşüb
“Mən AZAL Dövlət Konsernin xaricdə yaşayan azərbaycanlı tələbələrə qarşı törətdiyi qanunsuzluqlar barədə məlumat vermək istəyirəm. Mənim qızım Macarıstanda təhsil alıb, magistraturanı bitirib, amma iki aydır biz onu həmin ölkədən çıxara bilmirik”.
Bu sözləri “AzPolitika.info”-ya müraciətində vətəndaş Faiq Rəhimov bildirib. O qeyd edib ki, bu gün - iyulun 17-də saat 16 radələrində Budapeştdən çarter reysi Bakıya uçmalı idi: “Səfirlik bütün sənədləri hazırlamışdı. Sağ olsun, səfirlikdən Emin müəllim gedib universitetdə tələbələrin qaldıqları yerlə də şəxsən maraqlanmışdı. Bir az əvvəl bizə zəng etdi, üzr istəyərək bildirdi ki, AZAL reysi qeyri-müəyyən müddətə təxirə salıb. Uşaqların hamısı koronavirus testindən keçiblər, başqa şəhərdə qalanlar, o cümlədən mənim qızım gəlib Budapeştdə hosteldə qalıb ki, uçuşa yubanmasınlar. Biz univeristetdən xahiş etmişdik ki, bu tələbələrin yataqxanada qalmasına daha bir ay şərait yaratsınlar. Çünki dövlət bunlara sahib durmur”.
Faiq Rəhimov daha sonra bildirib ki, tələbələrin testlərə 100 avroya qədər xərclədikləri vəsait də artıq batıb. Onun sözlərinə görə, AZAL biletlərə olduqca baha - 350 dollar qiymət qoyub və bura baqaj daxil deyil: “Halbuki, “VizzAir” şirkəti 110-120 avroya satır biletləri. Uşaqlar bütün günü stress, əsəbi vəziyyətdə göz yaşı axıdırlar. Çemodanlarını yığıb gözləyirlər ki, onlara yiyə duran tapılacaqmı. Tək mənim övladım deyil, yüzlərlə azərbaycanlı bu vəziyyətdədir. Axı AZAL bu dövlətin aviaşirkətidirsə, öz millətimizə niyə belə zülm edir?”
Şikayətçi vurğulayıb ki, problemi təkbaşına həll edə bilməyəcəklərini düşünüb ictimailəşdirmək qərarına gəliblər: “Ona görə “AzPolitika.info” kimi böyük auditoriyası, oxucu kütləsi olan sayta müraciət etməyə qərara aldıq ki, problemi ictimailəşdirib bizə kömək edəsiniz”.
Qeyd edək ki, sözgedən problemi tanınmış iqtisadçı Qubad İbadoğlu da gündəmə gətirib.
“AZAL indi də Macarıstanda tələbələri çətin vəziyyət salıb. Bu günə təyin etdiyi çarter reysini uçuşa 6 saat qalmış təxirə salıb. Biletlərə 350 dollar, COVİD testinə 97 dollar xərcləyən, kirayə etdikləri mənzil və ya yataqxanaları geri qaytarıb, son pullarını xərcləyib regionlardan Budapeştə yol qət edən tələbələr aciz durumdadır, harda qalacaqlarını, nəylə yaşayacaqlarını bilmirlər. Əgər tələbələr uçuşun təxirə salınacaqı barədə heç olmazsa bir gün əvvəl məlumat alsaydılar, yaşayış yerlərini təhvil verib oranı tərk etməzdilər. Büdcədən 86,9 milyon manat dövlət yardımı alan AZAL biletləri 350 dollara satmasına baxmayaraq tələbələri çətin vəziyyətə salmasına rəğmən heç bir məsuliyyəti bölüşmür. Bu nə qədər davam edəcək, onu da bilən yoxdur. Çünki şirkət tərəfindən rəsmi olaraq da bu məsələyə dair açıqlama verilmir”, - deyə Q.İbadoğlu vurğulayıb.
Qeyd edək ki, problemlə bağlı Azərbacanın Macarıstandakı səfiriliyindən “Azpolitika.info”-nun sorğusuna cavab olaraq bildirilib ki, AZAL-ın ləğv olunmuş Budapeşt-Bakı reysi az əvvəl bərpa olunub. “Təyyarə 18.07.2020-ci il tarixdə saat 01:00-da (17.07 tarixdən 18.07 tarixə keçən gecə) Budapeşt hava limanından Bakıya yola düşəcək. Sərnişinlərdən 17.07.2020-ci il tarixdə saat 22:00-da Budapeşt hava limanında olması xahiş olunur” - deyə məlumatda qeyd olunur.
Paylaş:
Müəllif : Fuad
Tarix:17-07-2020, 22:02
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Fuad
Tarix:17-07-2020, 22:02
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
27-12-2024, 11:23
Təkcə müəllimlərdən yığılan 32 milyon manat: Həmkarlar İttifaqı bu pulu hara xərcləyir?
27-12-2024, 09:39
İzi itirmək məqsədilə təyyarənin sərnişinlərinin ölümə məhkum edilməsi beynəlxalq cinayətdir
26-12-2024, 22:01