Nazirlik və İcra hakimiyyəti şəhid anasını evini başına uçurub - GİLEY
20 iyul...
Bazar ertəsi...
İstirahət günlərindən sonra birinci iş günü...
Tovuzda döyüşlər dayandı...
Məmurlar üçün isə işgəncə bitdi. Onlar üçün "vətənpərvər” obrazı yaratmaq çox çətindir, zülmdür.
Və iki hadisə...
Moskavanın ən böyük meyvə-tərəvəz bazarı olan "Food City” Ermənistandan gətirilən məhsullara qarşı boykot aksiyası bir anın içində xəbər saytlarının əsas yazısına, manşetə çevrildi. Hamı əl çaldı: "Halal olsun”, - dedilər, "vətən oğlu” adlandırdılar. Bəli, vətən oğludur və ölkəmizin ağır durumunda əlindən gələn formada düşmənə zərbə endirir, onun iqtisadiyyatını zəiflədir. Bir sözlə, qəhrəmandır. Amma bu xəbər manşetlərdən çıxmamış Qod Nisanovun yaxın qohumlarına qarşı Bakıda haqsızlıq edilməsi haqda xəbərlər gəlməkdədir. Baş rollarda isə Maliyyə Nazirliyi və Yasamal Rayon İcra Hakimiyyətinin əməkdaşları gəlir. Daha doğrusu, Cavanşir Yusifov və Elşad Həsənov.
Məsələ çox sadədir: xarici ölkədə ölkəmizin maraqlarını güdən, düşmənin iqtisadi gücünə zərbələr endirən Nisanovun yaxın qohumu olan A.Baazovun Bakıda olmadığı müddətdə M.Əliyev küçəsi dalan 2, 10a ünvanında yerləşən halal evini söküblər. Bu haqda mülkiyyət sahibinə xəbər vermək isə kimsənin yadına düşməyib. İndi hamının dediyi "vətən oğlunun” yaxın qohumun nə evi var, nə də ki ona çatacaq kompensasiya...
Hə, indi ağlınızdan keçir ki, deyəsiniz: Qod Nisanovdu da, milyarderdi. İmkanı var, nəsə eləyir. Hətta məşhur filmdəki kimi də deyə bilərsiniz: "Neyniyim Qod Nisanovun adamısan? Gəl min boynuma..."
Amma bunları deməklə sizlər ətəklərinizi qırağa çəkə bilməyəcəksiniz. Çünki sizin "vətənpərvər” hərəkətlərinizin sayı-hesabı yoxdur.
Bu anda isə keşək digər hadisəyə..
Zemfira xala isə TV-də bu məmurlara nifrətlə baxır, artistliklərinə dözə bilmir. Bəli, şəhid anası olan Zemfira Əliyeva özünə yer tapa bilmir. Soruşur ki, Maliyyə Nazirliyinin rəhbərliyi, Yasamal Rayonu İcra Hakimiyyətinin rəhbərliyi nə vaxtdan vətənpərvər olublar? Nə vaxtdan onlar vətən üçün, şəhid ailələri üçün can yandırıblar?
Ana 1993-cü ildə Ağdamda tək oğlu olan leytenant Zaur Əliyevi vətən uğrunda itirib və deyib: "Vətən sağ olsun".
Ana bir neçə il sonra xəstəlikdən həyat yoldaşını itirib, deyib: Allah bilən məsləhətdir.
Ana, daha bir neçə il sonra isə evini itirib, amma buna görə heç nə deyə bilmir. Çünki sadəcə görünüş üçün "voyenkomatların” qapısını kəsdirən və şəhid ailələrini ziyarət etmək üçün növbə gözləyən Maliyyə Nazirliyi və Yasamal Rayon İcra Hakimiyyətinin əməkdaşları onu oğulsuz, ərsiz görüb evini söküblər, əlində Bakı şəhəri, Ak.Qarayev küçəsi, dalan 1, ev 3 ünvanında yerləşən evə halal "kupçası” ola-ola şəhid anasını evsiz saxlayıblar.
İndi şəhid anası Zemfira xala bu məmurların həqiqən vətənpərvər olduqlarına necə inansın? Həmin qurumlara da sonuncu məktiblarını bu ilin mart ayında yollar. Yəqin, həmin məmurlar leytenant Zaur Əliyevin məzarında ağlaşmaya gediblər, cavab verməyə vaxtları yoxdur.
Şəhid anasını isə indi yalnız bir sual düşündürür: "Məgər mənim oğlum vətən uğrunda ona görə mi şəhid olub ki, 25 ildən sonra onun ahıl anasını tək bilib evini başına uçurub evsiz saxlasınlar?”
Bu suala hələ mən cavab tapmamışam. Yoxsa, siz tapa biləcəksiniz?
Mənim cavabını bildiyim yalnız bir şey var: səngərdə olan döyüşçünün gözü arxada qalmamalı, şəhid olandan sonra isə RUHU ŞAD olmalıdır. Amma şəhid Zaur qardaşımızın ruhu şad deyil...
Nizami Bağırov
Hüquqşünas //arqument/az//
Paylaş:
Müəllif : Yazar
Tarix:21-07-2020, 08:57
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:21-07-2020, 08:57
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Dünən, 20:01
Prezident Administrasiyasının Vətəndaş Qəbulu Mərkəzində dekabr üçün qəbul cədvəli AÇIQLANDI
Dünən, 11:52