DEPUTAT OĞLU LONDONDA BEŞİNCİ MƏNZİLİNİ ALDI! - Bu dəfə 1.3 milyon manata (FOTOLAR)
Jurnalist Cavanşir Həsənli özünün “feysbuk” səhifəsində millət vəkili Ülvi Quliyevin oğlunun bu günlərdə Londonda 600 min funt sterlinqə (1 milyon 300 min manat) yeni mənzil almasına dair xəbər və alqı-satqı sənədlərinin fotolarını yerləşdirib.
Jurnalist öz paylaşımında bu mənzilin Ü.Quliyevin oğlu Orxan Quluzadənin İngiltərə paytaxtında aldığı artıq 5-ci ev olduğunu qeyd edib: “Ölkədə pandemiya ilə əlaqədar karantin rejiminin davam etdiyi vaxtda Londonda 600 min funt sterlinqə (1.300.000 manat) ev alan şəxsin kimliyini maraq edirsiniz. Həmin şəxs Milli Məclisin deputatı Ülvi Quliyevin oğlu Orxan Quluzadədir.
Deputatın oğlu iyunun 25-də İngiltərə paytaxtında, Avenue road, 32, N12 8PY-dəki evi almaq üçün 0635 3306 0009 saylı alqı-satqı müqaviləsi imzalayıb və iyulun 3-də müqavilənin şərtlərinə əsasən 600 min funt sterlinq vəsait UGANO LTD vasitəsilə Hampshire Trust Bank PLC üzərindən ödənilib.
Bu ev Ülvi Quliyevin oğlunun Londonda aldığı sayca 5-ci evdir. Orxan Quluzadə bundan əvvəl Londonda daha 4 mənzil alıb:
LONDON, SQUİRES LANE 124 (565 min funt sterlinq)
LONDON, SELLİNCOURT ROAD 149 (425 min funt sterlinq)
LONDON, SELLİNCOURT ROAD 151 (500 min funt sterlinq)
LONDON yaxınlığında BARNET, MAYS LANE 20 (750 min funt sterlinq).
Ülvi Quliyevin oğlu UGANO LTD-ni 2009-cu ildə Londonda təsis edib, şirkət ötən ilin iyul ayınadək GUANO LTD adı ilə fəaliyyət göstərib. 2019-cu il maliyyə hesabatına görə şirkətin aktivləri 1 milyon funt (1.200.000 dollar) civarında olub. Orxan Quluzadə bu ilin əvvəlində Londonda ikinci şirkətini - MARKETING SOLE PROJECT LTD-ni təsis edib. Atası Ülvi Quliyev dərman biznesi ilə məşğuldur, "LOĞMAN FARM" tibb şirkəti də Orxan Quluzadənin adına qeydiyyatdan keçib”.
Göründüyü kimi, məlumatda qeyd edilənlərə əsaslansaq, məlum olur ki, deputatın ailəsinin təkcə Londonda aldığı mənzillərin ümumi qiyməti 3 milyon funt-sterlinqə, yəni 6 milyon manata yaxındır. Bu vəsaitin əsas mənbəyinin isə Ü.Quliyevin Azərbaycandakı dərman biznesi olduğu şübhə doğurmur.
Xatırladaq ki, mövcud qanunvericiliklə deputatların bizneslə məşğul olması qadağan edilsə də, Azərbaycanda buna məhəl qoyan yoxdur…
“AzPolitika.info”
Paylaş:
Müəllif : Fuad
Tarix:21-07-2020, 16:27
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Fuad
Tarix:21-07-2020, 16:27
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 12:45
Nəsimi sakinləri ölkə rəhbərliyindən kömək istəyir: “Vüqar Qasımov-Aslan Quliyev cütlüyü bizə divan tutur”
Dünən, 19:26
Prezident bu nəqliyyat vasitələri ilə bağlı qanun imzaladı - Yanvarın 1-dən 8 il müddətinə...
Dünən, 11:29