reklam
Regionxeberlericom.az » Gündəm » Göyçayın icra başçısının qardaşı oğlu bıçaqlandı (foto)

reklam

Göyçayın icra başçısının qardaşı oğlu bıçaqlandı (foto)

Göyçay rayonunda bıçaqlanma hadisəsi baş verib.
RegionXəbərləri.com xəbər verir ki, rayon sakini, əvvəllər məhkum olunmuş Cəbrayılov Səməd Surxay oğlu yaşadığı evin qarşısında naməlum şəxslər tərəfindən bıçaqlanıb.
S.Cəbrayılov yaxınlarının köməkliyilə Göyçay Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Yaralı dərhal əməliyyat olunub. Hazırda vəziyyəti orta-ağırdır.
Qeyd edək ki, S.Cəbrayılov Göyçay Rayon İcra Hakimiyyəti başçısı Mehdi Səlimzadənin qardaşı oğludur.
O, bir müddət əvvəl Göyçay Rayon Gənclər Mərkəzinin rəhbəri və İcra Hakimiyyətində şöbə müdiri vəzifələrində çalışıb.Sonra əmisinin qəzəbinə tuş gələrək işdən çıxarılıb.Səməd Cəbrayılov vəzifədə olduğu dönəmdə Mehdi Səlimzadənin rüşvət almasını video lentə alıb.Əmi qardaşoğlu arasında qərəzçilik dərinləşib.
Faktla bağlı araşdırma aparılır.





Paylaş:


Müəllif : Tarix:
26-07-2020, 16:51
Sikayət   


loading...
Загрузка...