Sədərəklilərdən Vasif Talıbova ilginc müraciət... - "Rayonu barıt çəlləyinə çevirən o adamı vəzifədən uzaqlaşdırın!"
1988-94-cü illərdə Sədərək uğrunda gedən döyüşlərdə erməni quldurlarına qarşı vuruşmuş, yaralanmış, əlil olmuş bir qrup rayon sakini Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbova müraciət ünvanlayıb.
Ovqat.com-un məlumatına görə, müraciətdə Vasif Talıbovun Sədərək seçicilərinin 95% səsini aldığı xatırladılır və rayonun yaxşı idarə olunmamasından gileylənilir.
Sədərəyin icra başçısı Həbib İbrahimovun rayonun kəndlərini üz-üzə qoyduğu bildirilən müraciətdə bu “təxribatçı” adamın dərhal işdən azad olunması xahiş edilir.
Qeyd edək ki, Sədərəyin icra başçısını işdən azad etmək Naxçıvan Ali Məclisinin yox, Azərbaycan Prezidenti İlham Əliyevin səlahiyyətindədir. Bununla belə, Vasif Talıbov həm bu rayonun deputatı, həm də Muxtar Respublikanın Ali Məclisinin sədri kimi Prezident qarşısında bu məsələni qaldıra bilər. Görünür, Sədərək camaatı da məhz bu amili nəzərə alıb müraciəti Vasif Talıbova ünvanlayıb.
Torpaqlarımızın yenidən erməni hücumlarına məruz qaldığı, hətta Türkiyə ordusunun köməyimizə gəldiyi bir zamanda vaxtilə sinəsini düşmən gülləsi qarşısında sipərə çevirmiş oğullarımızın bu müraciəti xüsusi əhəmiyyət daşıyır və Dədə Qorqudun məşhur kəlamını yada salır: “Üzərində yaşadığın torpağı əkib becərə bilməyəcəksənsə onu qorumağa, qoruya bilməyəcəksə əkib becərməyə dəyməz”. Təəssüf ki, Naxçıvan Ali Məclisinin sədrinə ünvanlanan bu müraciətə imza atanların əksəriyyəti hazırda Bakıda yaşayır. Çünki Naxçıvanın digər hakimi-mütləqləri kimi Sədərək icra başçısı da onlara canlarını verməyə hazır olduqları diyarda yaşamaq imkanı verilməyib. Şikayətçilərin əməkdaşımıza bildirdiyinə görə, Sədərəkdə bütün qazanc mənbələri icra başçısı tərəfindən mənimsənildiyindən onlar da dolanışıq xətrinə canları qədər sevdikləri kəndlərini tərk ediblər.
Ümidvarıq ki, özgə vaxt gənclərə 30 kitab oxumağı məsləhət görən Vasif Talıbov Dədə Qorqudun bu sözlərini nəzərə alacaq və lazımi addımlar atacaq. Bununla da məsləhət verdiyi insanlara nümunə göstərəcək. Axı kitablar təkcə oxumaq üçün yox, həm də oxuduğunu həyata keçirmək üçündür.
Sədərək döyüşçülərinin müraciətini olduğu kimi dərc edirik:
"Hörmətli, cənab Sədr, hörmətli Vasif müəllim!
Biz - adları aşağıda qeyd olunan bir qrup döyüşçü, əlil, veteranlar Sədərəkdə gedən döyüşlərdə fəal iştirak etmişik. O ağır günlərdə Naxçıvanımızı, Sədərəyimizi elliklə qorumuşuq. Bir qarış torpaq belə, ermənilərə verməmişik. Son günlər Azərbaycanın sərhədlərində - Tovuz rayonunda, eləcə də Naxçıvanda ermənilər yeni təxribatlar törətməkdədir. Bu bizi dərindən narahat edir və ölkəmizin erməni hücumuna qarşı müqavimətə səsləyir.
Əziz Vasif müəllim, bizim döyüş təcrübəmiz var və sizi çox sevirik, sizin ətrafınızda daim birləşməyə, o gözəl dədə-baba məkanlarımızı qorumağa bu gün də hazırıq. İstənilən vaxt əmrinizə tabeyik.
Hörmətli Vasif müəllim! Son vaxtlar Naxçıvanımızda apardığınız misli bərabəri olmayan abadlıq, quruculuq işləri bizləri çox sevindirir. Eləcə də Sədərək rayonunda... Bütün bunlara görə var olun, Tanrı sizi qorusun.
Əziz Vasif müəllim!
Son günlər Sədərək rayonunda ağacların kəsilməsi ilə ağlı gördüyünüz tədbirlər də bizi şox məmnun etdi.Rayonun polis rəisi, İH Başçısının müavini, köməkçisi vəzifələrindən uzaqlaşdırıldılar. Ağac kəsiminə görə 135 min manat cərimə də ürəyimizcə oldu.
Bununla belə, rayonumuzda İH Başçısı Həbib İbrahimovla bağlı narazılıq həddində artıq çoxdu. Bunları sadalayıb bir müraciətə sığdıra bilmərik. Bir çoxu göz qabağındadır. Təəssüf ki, Həbib İbrahimov adlı bu adamın Sədərəkdəki fəaliyyəti Sizin və ölkə başçısının apardığı böyük quruculuq işlərinə kölgə salır. Onun xüsusilə yarıtmaz və təxribat dolu kadr siyasəti vaxtilə eyni səngərdə çiyin-çiyinə döyüşmüş, şəhidlər vermiş kəndləri üz-üzə qoyur, ciddi gərginliklər yaradır. Bu adam öz layiqli cəzasını almayanadək barıt çəlləyinə çevrilmiş Sədərək rayonunda sözügedən gərginlikləri aradan qaldırmaq mümkün deyil. Sədərək camaatı sizin ədalətli rəhbər olduğunuza əmindir və məhz bu səbəbdən sizə böyük hörmət bəsləyir.
Sizə duyduğumuz bu dərin hörmətin nəticəsidir ki, neçə illərdir bizim rayondan millət vəkili seçilirsiniz. Təsadüfi deyil ki, istər Azərbaycan Milli Məclisinin, istərsə də Naxçıvan MR Ali Məclisinin I çağırışından indiyədək sədərəklilər yekdililliklə sizə səs verib və səsvermələrin nəticələri də bunu göstərir. Xüsusilə son parlament seçkilərində seçicilərin 95% səsini toplamağınız a bu böyük sevginin göstəricisidir və Azərbaycanda bu səadət hələ heç kimə nəsib olmayıb. Siz bütün sədərəklilərin istinasız millət vəkilisiniz və bu səbəbdən də rayonumuzda yaranan gərginliyin aradan qaldırılması üçün ümidimizi Sizə bağlamışıq.
Cənab Sədr!
Sizdən son dərəcə xahiş edirik ki, rayonda bu qədər narazılığa səbəb olan Həbib İbrahimovun tutduğu vəzifədən uzaqlaşdırılması üçün lazımi tədbirlər görəsiniz.
Sizə əvvəlcədən öz minnətdarlığımızı bildiririk.
Hörmətlə:
Kərimov Vəli Rəhim oğlu
Abbasov Abutalıb Abbas oğlu
Zamanov Aftandil Məhərrəm öğlu
Hüseynov Fərhad Abdulla öğlu
Hüseynov Arif İbrahim
Cəfərov Fərhad Yusif
Məmmədhəsənov Vidadi Məmmədhəsən
Zamanov Fəxrəddin Nəcəf
Süleymanov Cəlil Bilal
Məmmədov Nadir Allahverdi
İmamverdiyev Əziz Məhərrəm
Heydərov Nazim Vəli
Vəliyev Amil Məhərrəm
Məmmədov Əvəz Həsən
Cəfərov Sahib Cəlil
Şahverdiyev Səməd Hüseyn
İsmayılov Rafiq Vaqif
Qasımov Səməd İsmayıl
İmamverdiyev Akif Səfər
Məmmədov Vəfadar Qulu və sair..." //ovqat.com//
Paylaş:
Müəllif : Yazar
Tarix:29-07-2020, 09:59
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:29-07-2020, 09:59
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
21-12-2024, 11:45
Magistral yolların keçdiyi rayonlarda yeni trend: Topraq sahələri kütləvi satışa çıxarılır
21-12-2024, 11:24
“Sahil Babyev, gəl sənə göstərim ki, biz sakinlərə necə xəstə heyvan verirlər!” – KƏLBƏCƏR SAKİNİNDƏN MÜRACİƏT / VİDEO, FOTO
21-12-2024, 11:20
Kiyevdə rusların vurduğu "Şah Plov" restoranı deputat Ağalar Vəliyevə məxsusdur - FOTO
21-12-2024, 11:18
Sumqayıtda milyonların talanmasında iştirakçı olan “Saffira Plus” MMC -nin fəaliyyəti niyə yoxlanılmır
21-12-2024, 11:07