reklam
Regionxeberlericom.az » Gündəm » Ramiz Mehdiyevin bankından şikayətlər... DURMADAN ARTIR...

reklam

Ramiz Mehdiyevin bankından şikayətlər... DURMADAN ARTIR...


Teref.az yazır ki, sosial şəbəkə istifadəçisi olan Nəzər Nəsirzadə bank BTB-dən şikayətçidir. Bank işçilərinin özlərini aparmağından, professionallıqlarının aşağı səviyyəli olmasından şikayətlənən Nəzər Nəsirzadə şikayətində yazır:
Salam, şikayətim Bank "BTB"dəndir.
İyunda BTB bankın Sumqayıt filialında əmanət yerləşdirmişdim. Reklamları gördüm dedim illik 12% pis deyil, səhv edib inandım, inanmaz olaydım))
O vaxtdan bəri faiz gəliri kart hesabıma köçməmişdi.
Bugün filiala yaxınlaşdım, məsələni özlərinə bildirdim və bankın baş mütəxəssisi üzrxahlıq etmək əvəzinə ilk dediyi şey o oldu ki, "bugünə qədər niyə yaxınlaşmamısınız ki, indi yaxınlaşırsız?" Yəni ki, pulun kart hesabıma köçməməyi azmış kimi, hələ problemi "gec" bilib banka bildirdiyim üçün də mən günahkar oldum.
Aydın oldu ki, gəlirləri kart hesabına yönləndirmək əvəzinə başqa hesaba yönləndiriblər əmanət açanda.
Teref.az yazır ki, daha sonra Nəzər Nəsirzadə müştərisi olduğu bank BTB-nin əmədaşlarının müştəri ilə davranışlarnı belə təsvir edir:
Bucür səriştəsizliyi görəndən sonra əmanətimi bağlamağı xahiş elədim. Əmanəti bağlayandan sonra əmanət kitabçamı və plastik kartımı geri istəyəndə (kartı, ş.vəsiqəsini və kitabçanı vermişdim araşdırsın) baş mütəxəssis mənə bildirdi ki, bankda qalacaq. Nə səbəbə qalmalıdır orasını heç özü də bilmirdi, yalnız mən təkid edəndən sonra geri verdi və bir professionala yaraşmayacaq şəkildə "götürün, banka pul vermisiz, servanta qoyarsız" dedi. Ən sonda bu hörmətsizliyi görəndən sonra bir daha əmin oldum ki, çox düzgün qərar qəbul edib əmanətimi geri götürmüşəm. Müştərilərlə bucür qeyri-etik rəftar edən, səriştəsiz işçiləri olan banka pul əmanət etmək olmaz. Bu da bankın baş mütəxəssisi.
İşçinin adını ictimai şəkildə burada yazmaq istəmirəm, bankın özünə yazıb şikayət eləmişəm.
Ona görə yazdım ki, bəlkə bank məsələni ciddiyə alar. Siz də bir daha düşünün bu banka pul əmanət etməmişdən əvvəl.


Paylaş:


Müəllif : Tarix:
5-08-2020, 10:12
Sikayət   


loading...
Загрузка...