Azərbaycanda pandemiya dövründə təhsil inqilabı - Yeni modelə keçidin başlanğıcı
Ədəbiyyat üzrə Nobel mükafatçısı Alber Kamyu deyib: "Qışın ən sərt çağında anladım ki, içimdə yay var". Bu, ən proqressiv kəşflərin, kreativ ideyaların, innovativ layihələrin problemdən doğulduğuna işarədir. Mark Zukerberq “Facebook” sosial şəbəkəsini Harvard Universitetinin tələbələri fotoları daha yaxşı, asan seçsin deyə yaradıb. Bu qlobal innovasiyanın kökündə yenə təhsilin ehtiyacı, təhsilə ehtiyac dayanıb.
Dünya Mixail Lomonosovun balıqçı arabasında universitet xəyalının ardınca getdiyi, yaxud Mirzə Ələkbər Sabirin ayaqlarının mollaxana falaqqasına bağlandığı zamanda deyil. Dünya təhsil baxımından da başqa dünyadır. Biz artıq distant (məsafədən), indiki texnoloji reallığın dili ilə desək, onlayn təhsil dövründəyik.
Dünyanı cənginə alan COVID-19 yeni tipli koronavirusu distant təhsili çox aktuallaşdırıb. Azərbaycan da bu qlobal çağırışa dərhal cavab verdi. Prezident İlham Əliyevin iyunun 16-da "Microsoft" şirkətinin vitse-prezidenti Filipp Roqla, eləcə də, şirkətin nümayəndələri ilə videokonfransda vurğuladığı "rəqəmsal transformasiya" strategiyası onlayn təhsili də ehtiva edir.
Doğrusu, pandemiyanın ilkin mərhələsində reaksiya adekvat olmadı – vəziyyətin qısa sürəcəyi gözlənilirdi. Ancaq az sonra Təhsil Nazirliyi elektron kütləvi informasiya vasitələri və internet üzərindən "Teledərs", "Virtual məktəb" layihələrini reallaşdırdı. Bu, Azərbaycan təhsilinin uğurlu innovasiyası idi.
Təhsil Nazirinin müşaviri Elnur Məmmədov da bu fikirdədir ki, COVID-19 bütün dünyada prioritetlərə yenidən baxılmasını qaçılmaz edib. Bu, təhsilə də aiddir və Azərbaycan fasiləsiz təhsilin elektron daşıyıcılarda yeni modelini operativ yaratmış oldu: "Prezidentin tapşırığı ilə bu il martın 2-də Nazirlər Kabineti bütün təhsil müəssisələrində tədrisi, təlimi dayandırdı. Bu fors-majorda Təhsil Nazirliyi əvvəlcə çox insanı əhatə edən orta təhsildə teledərslərin təşkilinə başladı. Qısa müddətdə peşəkar müəllim heyəti müəyyənləşdirildi, texniki məsələlər həll edildi, teledərslər çəkildi. Zaman göstərdi ki, bu, vaxtında verilmiş və yeganə düzgün qərar idi. Bununla 1,6 milyon şagirdin tədrisə cəlb olunması imkanı yaradıldı. Bütün teledərslər, sonradan sərbəst istifadə üçün Təhsil Nazirliyinin www.video.edu.az elektron portalında və "Facebook" səhifəsində yerləşdirilirdi. Şagirdlərimizə 2500-dən artıq teledərs təqdim edildi. İyunun ortalarından abituriyentlərin qəbul imtahanına hazırlığı üçün xüsusi buraxılışlar yayımlanır. Təqdirəlayiqdir ki, Azərbaycanın teledərslər təcrübəsi Gürcüstanda, Türkiyədə, Ukraynada, Böyük Britaniyada tətbiq edildi".
Müşavir qeyd edir ki, aprelin 2-dən ölkədə ən iri onlayn platforma olan "Virtual Məktəb" layihəsinə start verildi: "Məqsəd teledərslərin interaktivliyini təmin etmək və məsafədən tədrisi genişləndirmək idi. Bu günə onlayn platformada 1 milyondan çox müəllim və şagird qeydiyyatdan keçib. Platforma üzərindən, hər həftə şagirdlər arasında "Virtual əlaçı" müsabiqələri keçirildi ki, bu da onlarda motivasiya və sağlam rəqabət yaratdı. Tədris ilinin sonunda keşmiş Təhsil naziri Ceyhun Bayramov müsabiqənin 100-dən artıq qalibi ilə onlayn görüş keçirdi, onları şəxsən təbrik etdi. Həmçinin müxtəlif müsabiqə və yarışlar da virtual və onlayn formata keçirildi. Aprel ayında virtual formatda keçirilən Avropa Qızlar Riyaziyyat Olimpiadasında Azərbaycan məktəbliləri tarixi nailiyyət - 3 bürünc medal qazanıblar".
E.Məmmədov ali təhsil pilləsində tədrisin təşkili məsələsinə də toxunub:"Təhsil Nazirliyinin tövsiyəsinə uyğun olaraq ali və orta ixtisas təhsili müəssisələrində 100 mindən çox müəllimi və tələbəni əhatə edən müxtəlif onlayn platformalar üzərindən dərslər təşkil edildi. Onlara Təhsil Nazirliyinin təqdim etdiyi MS Teams platformasından ödənişsiz istifadə imkanı yaradıldı, texniki dəstək göstərildi. Bunun əsasında iyun ayında ali və orta ixtisas müəssisələri yay imtahan sessiyasını da onlayn təşkil edib. Proses yekunlaşmaq üzrədir".
Əlbəttə, bu yeniliklər pandemiya dövrünün məhsulu olaraq ortaya çıxdı. Bir də postpandemiya dövrü olacaq.
"Bütün təhsil pillələrində, xüsusilə də, ali təhsildə distant təhsilə keçidi təmin etmək lazımdır", – deyə Təhsil Nazirliyi yanında İctimai Şuranın katibi İlqar Orucov da Elnur Məmmədovun fikrini davam etdirir. Onun fikrincə, bunun üçün keyfiyyətli internet bağlantısı, mükəmməl qanunvericilik bazası, təhsilverənlərin və təhsilalanların yüksək rəqəmsal bacarıqları da olmalıdır".
İlqar Orucov təhsildə rəqəmsallaşmanın heç də asanlıqla oturuşmadığını deyir: "Teledərs layihəsi ilk günlər heç də birmənalı qarşılanmadı. Ancaq qısa zamanda bunun ən uğurlu layihə olduğu öz təsdiqini tapdı. Ənənəvi təhsilə bərabər olmasa da, onun alternativi kimi uğurlu layihə idi".
Təhsil eksperti Kamran Əsədov da martın əvvəlində məktəblərdə - 2 milyon insanı əhatə edən təhsil sahəsində dərslərin dayandırılmasının koronavirusa yoluxma sayını azaltdığını deyir. Teledərslərə toxunan ekspert bildirir ki, ölkənin hər yerində internetin sürəti və keyfiyyəti eyni deyil, buna görə də məsafədən dərslər üçün televiziyanın imkanlarından istifadə olundu: "Dərslər 2 televiziya kanalında ("Mədəniyyət" kanalı və "ARB Günəş" kanalı) yayımlandı. Hər şagird "Virtual Məktəb" portalında qeydiyyatdan keçir, yaşına uyğun sinfə təyin olunur. Portalda şagirdlər ev tapşırıqlarını edir, əlavə tədris resurslarından faydalanırlar. Portala hər həftə daim yeni tapşırıqlar əlavə olunur. Müəllimlərin qeydiyyatı təmin edilib, onlara onlayn dərs keçmək imkanı yaradılıb".
Ekspert deyib ki, pandemiya dövründə Azərbaycanda tətbiq edilən təhsil platforması UNESCO-nun rəsmi saytındakı siyahıda yer alıb; saytda distant təhsil platformaları, elektron portallar və təlim tətbiqlərinin siyahısı var.
Zəruri haşiyə: Təhsilin sosial aspekti də undulmayıb; koronavirus pandemiyasının təsirlərinin minimuma endirilməsi məqsədilə Nazirlər Kabineti "Sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin təhsil haqqı xərclərinin ödənilməsi barədə" 13 aprel 2020-ci il tarixli qərar verib. Qərar ali, orta ixtisas və peşə təhsili alan 22 mindən artıq tələbəni əhatə edəcək. Bu tələbələrin təhsil haqqı xərcinin 50 faizini 2019-2020-ci ilin yaz semestri üzrə, 50 faizini isə 2020-2021-ci tədris ilinin payız semestri üzrə elektron qaydada dövlət ödəyəcək. Bunun üçün 40 milyon manat ayrılıb. Təhsil Nazirliyinin e-telebe.edu.az elektron portal üzərindən artıq 20 mindən çox tələbə qeydiyyatdan keçərək sənədlərini təqdim edib.
Ekspertlər düşünürlər ki, distant təhsilə keçid, onlayn tədris layihələri ən uğurlu, yeganə doğru qərar idi. Bununla belə, təhsildə inqilabi islahatlara hələ ehtiyacın böyük olduğu, distant təhsilin daha da inkişafı haqda da ortaq və qəti qənaət var. Pandemiya dövründə Azərbaycanda yeni təhsil modelinə keçidin başlanğıcı bu inqilabi islahatların ilkin mərhələsidir və davamı olacaq.
Paylaş:
Müəllif : Yazar
Tarix:5-08-2020, 10:41
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:5-08-2020, 10:41
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
21-12-2024, 11:45
Magistral yolların keçdiyi rayonlarda yeni trend: Topraq sahələri kütləvi satışa çıxarılır
21-12-2024, 11:24
“Sahil Babyev, gəl sənə göstərim ki, biz sakinlərə necə xəstə heyvan verirlər!” – KƏLBƏCƏR SAKİNİNDƏN MÜRACİƏT / VİDEO, FOTO
21-12-2024, 11:20
Kiyevdə rusların vurduğu "Şah Plov" restoranı deputat Ağalar Vəliyevə məxsusdur - FOTO
21-12-2024, 11:18
Sumqayıtda milyonların talanmasında iştirakçı olan “Saffira Plus” MMC -nin fəaliyyəti niyə yoxlanılmır
21-12-2024, 11:07
İşçilərin maaşı ilə özünə “imperiya” quran dələduz şirkət rəhbəri QAÇDI - İLGİNC FAKTLAR...
20-12-2024, 21:08
Türkiyənin Suriya üçün göndərəcəyi 75 min ərzaq bağlamasının ilk partiyası yola salındı
20-12-2024, 14:01
Tiktoker Benizin zərərçəkəni hüquq-mühafizə orqanlarına müraciət etdi - 836 min manatdan çox pulunu hissə-hissə ələ keçirib
20-12-2024, 13:48