“Kubada nə səhiyyə var ki, ordan həkim gətirirlər?” - ETİRAZ
Bir neçə gün əvvəl koronavirus pandemiyası ilə mübarizə üçün Çindən Bakıya 10 nəfərlik tibbi ekspert gətirilib. Onlar özləri ilə birgə bəzi tibbi cihaz, avadanlıqlar da gətiriblər və avqustun 5-dən etibarən 15 gün müddətində həkimlərimizlə bərabər çalışmağa başlayıblar.
Məsələyə münasibət bildirən professor Adil Qeybulla isə bunu koronavirusla mübarizədə dünyasını dəyişən 30 həkimimizin ruhuna sayğısızlıq kimi qiymətləndirib.
Adil Qeybulla Yenisabah.az-a açıqlamasında bildirib ki, bizdə öz həkimlərimizə lazımi qədər maaş verilmir, onların sosial müdafiəsi möhkəmləndirilmir, lakin xaricdən həkim gətirilir, bu, doğru addım deyil: “Biz ümumiyyətlə, məsələ qaldırmışıq ki, xaricdən həkim gətirilməyə nə lüzum var? Bu, əsaslandırılmalıdır. Biz ön cəbhədə bu infeksiya ilə mübarizə aparan həkimlərə xüsusi diqqət göstərmirik. Dünyasını dəyişən həkimlərlə bağlı qərar qəbul etmirik, ancaq Kubadan, Çindən həkim gətiririk. Əvvəla, Kuba sovetlərin şinelindən çıxmış bir dövlətdir. Orada nə səhiyyə var ki, biz oradan həkim gətiririk? Bu işi sadəcə düzgün təşkil etmək lazımdır. Kənardan həkim gətirmələrin altında xeyli müəmmalar yatır. Mənim dediyim sözlər tibb ictimaiyyətinin etirazıdır. Bunları mən eşidirəm, görürəm. Bizim öz həkimlərimizə normal vəsait ayrılmalıdır. Biz öz resurslarımızdan istifadə eləməmiş, özümüzə dəyər verməmiş niyə kənardan həkim gətiririk? Bu, nə məqsəd güdür?”.
Həkim vurğulayıb ki, bizim bəzi həkimlərimiz bəzən bir ay evə getməyib, 8 saat bir formada qalaraq xəstələrə baxıblar. 8 saat müdafiə kostyumunda qaldıqları üçün özləri virusa yoluxublar: “8 saat müdafiə kostyumunda qalmaq olmaz. Çünki Mülki Müdafiənin öz qaydaları var. 3-4 saat formada qalmaq mümkündür. 8 saat qaldıqlarına görə həkimlərin böyük əksəriyyəti xəstələndi, hətta dünyasını dəyişənlər oldu. Biz çox dəyərli tibb işçilərimizi itirdik. Bütün bunların hamısı işin düzgün təşkil olunmaması ilə əlaqəlidir. Hansı ölkədə 5 ay karantin olub? Hər şey nəticəsinə görə mühakimə olunur. Bizdə bu işi təşkil edə bilmədilər. İş başlı-başına buraxıldı. Sonda da belə ağır nəticələr oldu”.
Adil Qeybulla hesab edir ki, biz dünyanın getdiyi yolla getməliyik: “Bizim Amerika kəşf etməyə ixtiyarımız yoxdur. Çünki ona nə baza, nə potensial var. Azərbaycanda kifayət qədər həkim var, resurslardan istifadə etmək olar. Necə olur ki, xaricdən gətirilən həkimlərə 8-10 min dollar maaş verilir, amma yerli həkimlərə manatla onun yarısı verilmir?! Bu, biyabrçılıqdır. Bu, onu göstərir ki, burada qara və təmənnalı maraqlar yatır”.
Paylaş:
Müəllif : Yazar
Tarix:7-08-2020, 13:12
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:7-08-2020, 13:12
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 14:26
Varlı ölkənin kasıb əhalisinin naziri - xəstə inək və qara qəpik verən Sahil Babayev “çarpaz atəş altında”
Bu gün, 10:11