3 generalın yoluna yalan xəbər səpilir - Burada əsas məsuliyyət daşıyan yeganə qurum yerli icra hakimiyyətidir
Bəzi media qurumlarının, ələlxüsus bir sıra saytların istinad mənbəyi olan sosial şəbəkələrin Tovuz hadisələri ilə bağlı tirajladıqları dezinformasiyaların müzakirəsi tam bitməmiş növbəti arzuolunmaz hadisə ilə üzləşdik. Ölkə ictimaiyyəti şəhid generalımız Polad Həşimovun adının Qəbələ şəhərindəki küçələrdən birinə verilməsinin qürurunu yaşarkən, ortaya atılan uydurma xəbərlər sosial şəbəkə istifadəçilərinin xoş olmayan müzakirələrinə yol açdı. Müəyyən saytlar və sosial şəbəkə istifadəçiləri məsələni araşdırma ehtiyacı duymadan şəhid Polad Həşimovun adının digər bir generalımız Həzi Aslanovun adını daşıyan küçəyə verildiyini iddia etdilər.
Ancaq daha sonra bütün sosial platformalarda eninə-boyuna müzakirə olunan bu iddianın tamamilə yanlış olduğu bəlli oldu. Reallıq odur ki, əslində Qəbələdə uzun bir küçə ilk olaraq general Həzi Aslanovun adı ilə başlayır, İsmayıl bəy Qutqaşınlının adı ilə davam edir. Məhz həmin küçənin bir hissəsinə də şəhid general Polad Həşimovun adı verilib. Yəni heç kimin adı küçədən götürülməyib.
Hətta daha gözəl təşəbbüs irəli sürülərək 3 generalın adı eyni küçədə əks olunub. Həqiqət fərqli olduğu halda bu cür dezinformasiyaların ortaya çıxması isə müxtəlif səbəblərlə izah olunur. Bir qisim ekspert hesab edir ki, həssas məqamlardan sui-istifadə edən bəzi dairələr qərəzli şəkildə dezinformasiyanı mediaya və sosial şəbəkələrə ötürərək əhali arasında narazılıq yaratmaq, görülən müsbət işlərə kölgə salmaq niyyəti güdür. Lakin əksəriyyət düşünür ki, müvafiq qurumlar sosial mediada yayılan dezinformasiyalara vaxtında reaksiya versəydi, uydurmalar bu qədər ayaq tutub yeriməzdi.
“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu da feysbuk statusunda məsələyə münasibət bildirib. Ekspert deyib ki, kimsə yoxlanılmamış status yazır, diqqət çəkdiyi üçün yüzlərlə adam tərəfindən paylaşılır və geniş müzakirə edilməklə bütün informasiya məkanımıza yayılır. Onun sözlərinə görə, belə xəbərlər anında qəzəb mənbəyinə çevrilir: “Bu, sosial şəbəkələrin xarakterindən irəli gəlir. Mərhum general Polad Həşimovun Qəbələdə digər mərhum general Həzi Aslanovun adına verilən küçəylə dəyişdirilməsi yalanı bu qəbildən olan xəbərdir. Halbuki, xəbər təsdiqini tapmadı. Belə hallar dəfələrlə olub. İndi təsəvvür edin, İrəvanda yerləşən və Azərbaycan dilində dezinformasiya hazırlayan aparat oxşar “xəbəri” bizim sosial şəbəkələrə ötürür və biz xəbərin mahiyyətinə varmadan həmin dezinformasiya ətrafında müzakirələrə başlayırıq. Bu o deməkdir ki, informasiya savaşında işğalçı ölkə irəli çıxır”.
E.Şahinoğlunun fikrincə, dezinformasiyaların, yoxlanılmamış məlumatların və statusların qarşısını almaq praktik baxımdan mümkün deyil:
“10 milyonuq, hətta 99 faizimiz inanmadığımız xəbəri yaymasaq və onun müzakirələrinə qoşulmasaq belə 1 faiz həmin xəbəri yaysa informasiya məkanında dəlik əmələ gələcək. Bunun qarşısını almağın yolu hakimiyyət strukturlarında çalışanların məsələyə dərhal müdaxilə etməsi, ajiotaj və cəmiyyətdə dərin fikir ixtilafı yaradan xəbərlərə gecikmədən münasibət bildirməsidir. Təəssüf ki, reaksiyalar gecikir. Gün boyu sosial şəbəkədə Polad Həşimov adına küçənin ətrafında qızğın müzakirələr gedir, küçədən Həzi Aslanovun adının “götürülməsi” pislənilir. Anında xəbər dəqiqləşdirilsəydi, dezinformasiya geniş yayılmazdı. Bir gün sonra bilindi ki, xəbər dəqiq deyil. Həmçinin, cəmiyyətdə və sosial şəbəkələrdə daxili və xarici siyasətə dair müxtəlif suallar səslənir ki, onlar da cavabsız qalır. Həmin suallar cavabsız qaldıqca şayiələr artır və düşmən həmin xəbərlərdən öz məqsədləri üçün istifadə etməyə başlayır. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın köməkçisi İbrahim Qalın az qala hər gün mətbuat konfransı keçirir və ya yazılı açıqlamalar yayır. Məqsəd cəmiyyəti narahat edən sualları cavabsız qoymamaqdır. Ən doğrusu da budur!”.
Həlli tapılmayan problemi “Şərq”ə dəyərləndirən Mətbuat Şurasının İdarə Heyətinin üzvü Azər Həsrət deyib ki, məlum xəbər gün ərzində geniş şəkildə tirajlanıb. Ancaq buna rəğmən, Qəbələ Rayon İcra Hakimiyyətindən rəsmi açıqlama gəlməyib:
“Yerli qurumlar dezinformasiya yayılmağa başlayan kimi yubanmadan məsələyə aydınlıq gətirməlidir. Bununla da ajiotaj səngiyər və insanların həqiqəti bilməsi yalanları ortadan qaldırar. 24 saat ərzində heç bir rəsmi bəyanatın olmaması yalanların ayaq tutub yeriməsinə şərait yaratdı. Hətta bir ara düşündüm ki, yəqin Həzi Aslanovun adını daşıyan həmin küçəyə şəhidimiz Polad Həşimovun adını veriblər.
Sonra səhv etdiklərinin fərqinə varsalar da, altından necə çıxacaqlarını bilməyiblər. Şəxsən mən də bundan narahatlıq duydum, çünki Həzi Aslanov da Azərbaycanın qəhrəman oğludur, hər birimizin qürur mənbəyidir. Lakin sonrakı mərhələdə bəlli oldu ki, vəziyyət başqa cür imiş. General Həzi Aslanovun və İsmayıl bəy Qutqaşınlının da adları yerindədir. İnformasiyanın bu qədər ajiotaja səbəb olması medianın günahı deyil. Sosial şəbəkədə xəbəri tirajlayanları da suçlamaq doğru deyil. Axı əksəriyyət bunun doğru, yanlış xəbər olduğunu bilmir. Hətta çox ciddi informasiya resurslarında da xəbər o cür getmişdi. Bəlkə ciddi media qurumları icra hakimiyyəti ilə həmin informasiyanı dəqiqləşdirib sonra veriblər”.
A.Həsrətin sözlərinə görə, burada əsas məsuliyyət daşıyan yeganə qurum yerli icra hakimiyyətidir:
“General Polad Həşimovun adı yazılmış lövhəni vuranda paralel olaraq normal izahat verilməli, insanlar məlumatlandırılmalı idi. Bəyan edilməliydi ki, həmin küçənin müxtəlif hissələri 3 generalımızın adını daşıyır. Vaxtında informasiya vermirlər, sonra medianı günahlandırırlar. Hər zaman ortalığı qarışdırmaq istəyənlər var və bu cür fürsəti əldən vermirlər.
Xəbərlər yayılan günün sonu həmkarlarımdan bəziləri məsələni dəqiqləşdirmək üçün icra hakimiyyətinə zəng ediblər. Aldıqları cavab “adamı bu vaxtı narahat etməzlər” olub. Təsəvvür edin, cənab Prezident 24 saat dincəlmədən işləyir, hansısa 777-ci məmur jurnalistin sualına cavab verməkdən boyun qaçırır. Məhz bu cür şəxslərin məsuliyyətsizliyi ölkədə nə qədər ajiotaja səbəb olur”.
Araşdırmaçı-jurnalist, “Moderator.az” saytının əməkdaşı Seymur Əliyev də “Şərq”ə bildirib ki, eyni problemin zaman-zaman oxşar formalarda meydana çıxmasının bir neçə səbəbi var. Jurnalistin sözlərinə görə, səbəblərdən biri bəzi sosial şəbəkə və media nümayəndələrinin baş verənlərə lazımi məsuliyyət hissi ilə yanaşmaması ilə bağlıdır:
“Mərhum generalımız Polad Həşimovla bağlı baş verən son hadisə göstərdi ki, bəzi hallarda sosial şəbəkə istifadəçiləri, o cümlədən media nümayəndələri onlara daxil olan məlumatın obyektivliyini yoxlamır. Aldıqları informasiyanın dəqiqliyindən əmin olmadıqları halda onları ictimailəşdirməyə səy göstərirlər. Nəticədə, bu cür arzuedilməz mənzərə meydana çıxır.
Buna görə də hesab edirəm ki, hər kəs bu məsələdə öz məsuliyyət payını dərk etməli, ictimai rəydə çaşqınlıq yaradan, gerçəkliyə söykənməyən və hər şeydən öncə, generallarımızın xatirəsinə hörmət gətirməyən bu kimi əsassız informasiyaları tirajlamamalıdır.
Media və sosial şəbəkələrdə yer alan dezinformasiyaların mütəmadi surətdə gündəmə gəlməsinin digər səbəbi isə əlaqədar dövlət qurumlarının öz informasiya və kommunikasiya siyasətini çevik şəkildə qurmaması ilə bağlıdır. Əgər müvafiq dövlət qurumları ictimaiyyət və media ilə işi operativ şəkildə qura bilsəydi, təbii ki, general Polad Həşimovla bağlı bu əsassız informasiya bu qədər yayılmazdı.
Bu günə qədər baş verən oxşar olayların təhlili də göstərir ki, sosial şəbəkələrdə və bəzi media orqanlarında yer alan yanlış informasiyaların yayılmasının əsas səbəblərindən biri bu informasiyalara rəsmi qurumların vaxtında müdaxilə etməməsidir. Əgər əlaqədar dövlət qurumları media və ictimaiyyəti çevik şəkildə məlumatlandırsa, o zaman bu cür yalan xəbərlər də vaxtında deşifrə olunar, daha geniş müstəvilərdə yayılmaq imkanından məhrum olar”.
S.Əliyev hesab edir ki, problemlərin aradan qaldırılması üçün dövlət qurumları da informasiya siyasətini düzgün qurmalıdır:
“Təcrübə göstərir ki, yalan, əsassız xəbərlər informasiya qıtlığı şəraitində daha geniş, daha sürətlə yayılır və ictimai şüura, cəmiyyətin psixologiyasına mənfi təsir göstərir. Təbii ki, problemin həlli yollarından biri də yoxlanılmamış məlumatlar yayan, informasiya müstəvisində qarşıdurma yaradan şəxslərin müəyyən edilərək hüquqi müstəvidə məsuliyyətə cəlb edilməsidir.
Paralel olaraq cəmiyyətdə geniş maarifləndirmə işinin aparılması mütləqdir. Heç bir cəza, heç bir məhdudiyyət maarifləndirmə qədər faydalı və effektiv ola bilməz. Nəhayət, onu da unutmaq olmaz ki, sosial şəbəkələrdə və mediamızda yer alan məlumatlar düşmən tərəfindən də izlənilir.
Kiminsə ucuz sensasiya arzusu, məsuliyyətsizliyi və ya qeyri-peşəkarlığı nəticəsində generallarımızı sosial şəbəkə və ya media platformasında üz-üzə qoymaq, ictimai rəydə süni təlatüm yaratmaq cəhdi düşmənlərimizi yalnız sevindirə, onların ölkəmizə yönəlik informasiya təxribatları üçün daha əlverişli şərait yarada bilər.
Məsələyə bu cür yanaşmaq, general Polad Həşimovun ölümsüz xatirəsini əbədiləşdirmək üçün ölkə başçısı tərəfindən göstərilən bu gözəl təşəbbüsə də kölgə salmaq deməkdir.
Halbuki, istər Prezident İlham Əliyevin, istər hörmətli Mehriban xanım Əliyevanın şəhidlərimizə, qəhrəmanlarımıza hər zaman böyük hörmət və ehtiram göstərdiyi, onların ailə üzvlərini daim diqqət mərkəzində saxladığı hər kəsə məlumdur.
Ümid edirəm, həm vətəndaşlarımız, həm də media təmsilçilərimiz gələcəkdə bu məsələlərə daha həssas yanaşacaq. Bu, hər şeydən əvvəl vicdan və vətəndaşlıq borcumuzdur və xəyanət etmək haqqımız yoxdur”.
Paylaş:
Müəllif : Yazar
Tarix:7-08-2020, 13:13
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:7-08-2020, 13:13
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Dünən, 11:45
Magistral yolların keçdiyi rayonlarda yeni trend: Topraq sahələri kütləvi satışa çıxarılır
Dünən, 11:24
“Sahil Babyev, gəl sənə göstərim ki, biz sakinlərə necə xəstə heyvan verirlər!” – KƏLBƏCƏR SAKİNİNDƏN MÜRACİƏT / VİDEO, FOTO
Dünən, 11:18
Sumqayıtda milyonların talanmasında iştirakçı olan “Saffira Plus” MMC -nin fəaliyyəti niyə yoxlanılmır
Dünən, 11:07
İşçilərin maaşı ilə özünə “imperiya” quran dələduz şirkət rəhbəri QAÇDI - İLGİNC FAKTLAR...
20-12-2024, 21:08
Türkiyənin Suriya üçün göndərəcəyi 75 min ərzaq bağlamasının ilk partiyası yola salındı
20-12-2024, 14:01
Tiktoker Benizin zərərçəkəni hüquq-mühafizə orqanlarına müraciət etdi - 836 min manatdan çox pulunu hissə-hissə ələ keçirib
20-12-2024, 13:48
Ölkəmizə son illər iribuynuzlu heyvanlar HARADAN və NECƏ gətirilir? - “Dana monopoliyası” "kralı"na niyə DUR deyən tapılmır...?
20-12-2024, 12:09
Dünya çempionu 2,5 milyon pul qoyduğu obyektdən çıxarılır - İşin arxasında keçmiş məmur dayanır? - FOTO
20-12-2024, 10:16