Xərcini büdcəyə yükləyən AZAL: - Cahangir Əsgərovu hədəfə çıxaran nöqsanlar...
Azərbaycan Prezidenti İlham Əliyev bir sıra dövlət şirkətlərini tənqid edərək bu sahədə islahatlar aparılacağını bildirib.
Dövlət başçısı bu sözləri avqustun 6-da ölkəmizdə koronavirus pandemiyası ilə mübarizə sahəsində görülən tədbirlər və sosial-iqtisadi vəziyyətlə bağlı videoformatda müşavirədə deyib.Prezident İlham Əliyevin tənqid etdiyi əsas qurumlardan biri də “Azərbaycan Hava Yolları” (AZAL) Qapalı Səhmdar Cəmiyyəti (QSC) olub.
“AZAL-ın bütün təyyarələri dövlət tərəfindən alınıbdır.Bütün aeroportlar dövlət tərəfindən tikilibdir.Bəs bunun dövlətə verdiyi mənfəət, gəlir nədir?Bu təyyarələr alınır, onlar istismar edilir.Bəs bunun gəliri haradadır?Bu, nə vaxt ödəniləcək, götürdüyü kreditləri gərək dövlət zəmanəti hesabına sonra biz ödəyək?Dəmir yolu da, həmçinin.Yeni xətlər çəkilir, yeni vaqonlar, yeni lokomotivlər alınır, yüz milyonlarla manat vəsait ayrılır.Bəs bunun səmərəsi haradadır? Axı səmərə ilə işləməlidir”,- deyə dövlət başçısı bildirib.
Qeyd edək ki, Prezident AZAL-ın fəaliyyəti ilə bağlı iradlarını bundan əvvəl də söyləyib. Məsələn, İlham Əliyev Nazirlər Kabinetinin 2015-ci ilin birinci yarısının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında şirkətdən biletləri ucuzlaşdırmasını və rentabelliliyi artırmasını tələb etmişdi: “Aviabiletlərin qiyməti bəzi hallarda süni şəkildə qaldırılır. Sual olunur: nəyə görə? Nə üçün?Yüksək xidmət göstərilir.Mən bunu alqışlayıram.Doğrudan da, bizim AZAL şirkətimiz yüksək xidmət göstərir.Bunu mənə AZAL-ın təyyarələri ilə gələnlər deyirlər.Mən bunu alqışlayıram.Ancaq Azərbaycan yanacağı xaricdən almır, özü istehsal edir. Başqa ölkələrə nisbətən ağneft ucuz qiymətə verilir axı! Nə üçün qiymətlər bahadır?”
Prezident AZAL-ın dövlətdən böyük subsidiyalar aldığını da söyləmişdi: “Bütün təyyarələr dövlət büdcəsinin vəsaiti hesabına alınır, bütün aeroportlar dövlət hesabına tikilir, dövlət hesabına yaradılır. Nəyə görə biletlərin qiyməti başqa ölkələrə, şəhərlərə nisbətən baha olmalıdır?Nə üçün?Ona görə, mən tapşırıram hökumət, Maliyyə Nazirliyi, İqtisadiyyat və Sənaye Nazirliyi bu məsələ ilə məşğul olsunlar.Həm müqayisə aparın, həm də burada tənzimləmə mexanizmi, hər şey şəffaf olmalıdır və qiymətlər süni şəkildə qaldırılmamalıdır”.
Lakin görünür, aviaşirkətin rəhbərliyi bu tənqidlərdən nəticə çıxartmadığına görə dövlət başçısı yenidən AZAL-la bağlı nöqsanların üzərinə qayıtmalı olub.
Əslində, AZAL-ın fəaliyyətinə nəzər saldıqda, pandemiya dövrünü çıxmaq şərtilə ziyanla işləməsi müşahidə olunmur.Çünki AZAL QSC Azərbaycan hava nəqliyyatı sistemində əsas inhisarçı sayılır.Satdığı biletlərin qiymətlərinin bir neçə dəfə baha olması, dövlət büdcəsindən yardımların alınması və vergi ödənişlərinin həyata keçirilməməsi kimi faktlar AZAL-ın heç də maliyyə çətinliyini çəkmədiyini göstərir.Sadəcə, görünür, Cahangir Əsgərovun şəxsi obyektinə çevrilmiş AZAL dövlət şirkəti olmasından istifadə edir.Yəni şirkətin xərcləri dövlət büdcəsinin üzərinə yüklənir.Müqayisə üçün son illərin statistikasına nəzər salmaq yetər.
“Azərbaycan Hava Yolları” dövlət büdcəsindən subsidiyalar almasını hər il zərərlə işləməsi ilə əsaslandırıb. Məsələn, AZAL-ın verdiyi rəsmi məlumatda 2017 ci ili 41 milyon 568 min manat zərərlə başa vurduğu östərilir. 2018 ci ildə bu göstəricinin 20.8 faiz artdığı qeyd edilir. 2019 cu il üçün AZAL-ın üzləşdiyi ziyanın həcmi ilə barədə məlumat hələ açıqlanmayıb.
Ona görə də AZAL üçün dövlət büdcəsi ən asan gəlir mənbəyinə çevrilib.2017-cı ilin dövlət büdcəsindən AZAL-a 10 milyon 10 min, 2018-ci ildə 10 milyon manat subsidiya ayrılıb.
2020-ci il mayın 19-da cari il üçün dövlət büdcəsinin xərclərində koronoavirus pandemiyası ilə bağlı nəzərdə tutulmuş vəsaitdən AZAL da kənarda qalmayıb. Dövlət dəstəyi tədbirləri çərçivəsində respublikamızın ən iri aviaşirkəti olan “Azərbaycan Hava Yolları” QSC-yə 86 milyon 900 min manat yardım edilib. İqtisadçı-ekspertlər bildirir ki, bu vəsaitlə 469 min 473 nəfərə əlavə olaraq 1 ay ərzində 190 manat birdəfəlik ödəniş etmək olar. Bundan başqa, 2020-ci ilin dövlət büdcəsindən Naxçıvan Muxtar Respublikasına edilən aviareyslərə görə yaranmış zərərin ödənilməsi məqsədilə AZAL-a 10 milyon manat vəsait ayrılıb.
Bununla belə, qurumun yığılmış zərəri 3 faiz də artaraq 1 433,579 milyon manata çatıb.
2017-ci ildə AZAL-ın əməliyyat gəlirləri 879,904 milyon manat (2016-cı illə müqayisədə 27,9% çox), əməliyyat xərcləri 883,184 milyon manat (25,05% çox), maliyyə xərcləri 91,636 milyon manat (33,2% çox), valyuta məzənnələrinin dəyişməsindən gəlirləri isə 53,348 milyon manat (2016-cı ildə zərər olub) təşkil edib. Hesablama Palatası 2018-ci ilin yanvar ayında audit zamanı “Azərbaycan Hava Yolları” QSC-nin fəaliyyətində bir sıra nöqsanlar aşkarlayıb.Auditlə həmçinin avans qaydasında ödənişlərin həyata keçirilməsi səbəbindən əvvəlki illərdən qalan uzunmüddətli debitor borcların mövcud olması və əsasən hava gəmilərinin alınması ilə əlaqədar maliyyə-kredit təşkilatları qarşısındakı kreditor borcların artmasının likvidlik qabiliyyətinə mənfi təsir göstərməsi müəyyən edilib.
“Azərbaycan Hava Yolları” QSC-nin maliyyə-təsərrüfat fəaliyyətinin auditi ilə maliyyə hesabatlarının ictimailəşdirilməsi, gəlirlər və xərclər smetalarının tərtib olunması və aidiyyəti dövlət qurumları ilə razılaşdırılması, fəaliyyətin zərərlə nəticələnməsinin qismən aradan qaldırılması imkanlarından istifadə olunması, vergilərin və digər icbari ödənişlərin hesablanması və ödənilməsi, bəzi aktivlərin istifadə vəziyyəti ilə əlaqədar uçot və hesabatlılıq işlərinin aparılması, dövlət əmlakının istifadəyə verilməsi üzrə icarə haqqlarının müəyyənləşdirilməsi, daxili audit sisteminin funksionallığının təmin olunması sahəsində bir sıra nöqsanlar aşkar edilib.
Eləcə də, kommersiya fəaliyyətindən daxilolmalar, əsaslı vəsait qoyuluşu xərcləri hesabına dövlət büdcəsindən ayrılan vəsaitlər və cəlb olunan kredit vəsaitlərinin əsasən eyni hesablaşma hesabına mədaxil edilərək xərclənməsində müşahidə olunub ki, bu da vəsaitlərin təyinatı üzrə istifadə olunmadığını aşkara çıxarıb.
Buna baxmayaraq, AZAL-ın fəaliyyətində maliyyə hesabatlarının açıqlanmaması əsas problemlərdən biri olaraq qalır.Bunu 2019-cu ilin sentyabr ayında verdiyi açıqlamada Hesablama Palatasının sədri Vüqar Gülməmmədov da təsdiq edib.V.Gülməmmədovun sözlərinə görə, qüvvədə olan qanunvericiliyə əsasən, dövlət şirkətləri maliyyə hesabatlarını açıqlamalıdır.
“AZAL-ın Hesablama Palatasına hesabat verməsinə gəlincə, bu, qanunvericilikdə nəzərdə tutulmayıb.Yalnız bizim tələblə AZAL belə hesabat təqdim edir”.
Deməli, problemin digər tərəfi qanunvericlikdəki boşluq və ya ziddiyyətlə bağlıdır.Çünki dövlət şirkətlərinin maliyyə hesabatı verməsi qanunda əksinmi tapmayıb.Digər tərəfdən, dövlət büdcəsindən maliyyələşən istənilən qurum, o cümlədən AZAL həmin vəsaitin xərclənməsi ilə bağlı hesabat verməlidir.Bu isə AZAL kimi şirkətlərə manevr etmək, gəlirlərini və xərclərini gizlətmək, vergidən yayınmaq imkanı yaradır.
Prezidentin əsas vurğuladığı məqamlardan biri AZAL-ın bahalı təyyarələr alması ilə bağlıdır.Son illər AZAL bahalı və müasir təyyarələrin sayını artırıb. 2017-ci ildə imzalanmış müqaviləlrə görə, şirkət beş ədəd “B787-8 Dreamliner” və iki “B747-8F” (və ya B777F) təyyarəsinə görə 1.9 mlrd dollar ödəyib. Yeni təyyarələrin Azərbaycana çatdırılmasına 2019-cu ildən başlanıb və bu il yekunlaşacaq. Əgər Şirkət rentaelli fəaliyyət göstərmirsə, o halda belə bahalı komfort təyyarələr almağa ehtiyac varmı?AZAL-ın rəsmi məlumatları sərnişindaşımada rentabelliyin yüksək olduğunu və belə bahalı təyyarələrin də tələbatı nəzərə alaraq alındığını göstərir.
AZAL QSC-nin verdiyi açıqlamada qeyd edilir ki, 2019-cu ildə “Azərbaycan Hava Yolları” və onun struktur bölməsi olan “Buta Airways” aşağıbüdcəli aviaşirkəti birlikdə 2 milyon 602 min çox sərnişin daşıyıb. 2018-ci il ərzində aeroportun baza aviadaşıyıcıları-AZAL və “Buta Airways” müvafiq olaraq 1,89 milyon və 442 min sərnişin daşıyıb.
AZAL-da biletlərin satışı qonşu Gürcüstan, Türkiyə ilə müqayisədə ən azı iki dəfə baha satıldığından belə çoxsaylı sərnişindaşıma ilə məşğul olan şirkətin zərərlə işləməsi və yalnız dövlət büdcəsinə göz dikməsi şübhə yaradır.Hətta AZAL-ın bahalı bilet siyasəti Azərbaycana üz tutan əcnəbi turistləri Gürcüstana və başqa ölkələrə qaçıran başlıca səbəblərdən biri olaraq qalır.Onu da qeyd edək ki, AZAL-ın yükdaşıma, naviqasiya xidməti, xarici aviaşirkətlərin Azərbaycan hava limanlarından istifadəsindən və digər sahələr üzrə əldə etdiyi gəlirlər barədə heç bir rəsmi məlumat verilmir.
AZAL-la bağlı digər problem vergi ödənişləri ilə bağlıdır. 2020-ci ili iyun ayının sonuna olan məlumata görə, "Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) dövlət büdcəsinə ümumilikdə 1 milyon 16 min 197 manat 9 qəpik vergi borcu var. Şirkət bunu pandemiya dövründə zərərlə işləməsi ilə izah edir. Ancaq koronavirusun olmadığı və Azərbaycana turst axının pik həddə çatdığı 2018-2019-cu illərdə AZAL ən azından bu borclarını bağlaya bilərdi.Amma aviaşirkətin rəhbərliyi görünür, məsələyə səhlənkar yanaşıb.Baha qiymətə bilet satmağı bacaran AZAL rəhbərliyi 9 qəpik vergilər öhdəliyini belə yerinə yetirmir.
Bütün bu nöqsanlar artıq AZAL-da ciddi islahatlara başlamağın vaxtının çatdığını göstərir.Buna ilk növbədə, AZAL-ın hava nəqliyyatı sistemindəki inhisarçılığına son qoyulması ilə bağlaşmaq lazımdır.Həmin sahədə bazaar rəqabətinin yaranması qiymətlərin də aşağı düşməsinə səbəb olacaq.Aviaşirkətlərin gəlirlərinin artması dövlət büdcəsini bu sahənin yükündən azad edəcək.Eyni zamanda, maliyyə şəffaflığının yaranması üçün əlverişli şərait yarana bilər.Nəticədə, vergi ödənişləri dövlət büdcəsinə mənfəət gətirmiş olar.Bir sıra ekspertlər isə AZAL-da islahat aparmaq üçün onun açıq səhmdar cəmiyyətə çevrilməsini və özəlləşdirilməsini təklif edir.
Paylaş:
Müəllif : Yazar
Tarix:10-08-2020, 09:30
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:10-08-2020, 09:30
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Dünən, 11:45
Magistral yolların keçdiyi rayonlarda yeni trend: Topraq sahələri kütləvi satışa çıxarılır
Dünən, 11:24
“Sahil Babyev, gəl sənə göstərim ki, biz sakinlərə necə xəstə heyvan verirlər!” – KƏLBƏCƏR SAKİNİNDƏN MÜRACİƏT / VİDEO, FOTO
Dünən, 11:18
Sumqayıtda milyonların talanmasında iştirakçı olan “Saffira Plus” MMC -nin fəaliyyəti niyə yoxlanılmır
Dünən, 11:07
İşçilərin maaşı ilə özünə “imperiya” quran dələduz şirkət rəhbəri QAÇDI - İLGİNC FAKTLAR...
20-12-2024, 21:08
Türkiyənin Suriya üçün göndərəcəyi 75 min ərzaq bağlamasının ilk partiyası yola salındı
20-12-2024, 14:01
Tiktoker Benizin zərərçəkəni hüquq-mühafizə orqanlarına müraciət etdi - 836 min manatdan çox pulunu hissə-hissə ələ keçirib
20-12-2024, 13:48
Ölkəmizə son illər iribuynuzlu heyvanlar HARADAN və NECƏ gətirilir? - “Dana monopoliyası” "kralı"na niyə DUR deyən tapılmır...?
20-12-2024, 12:09
Dünya çempionu 2,5 milyon pul qoyduğu obyektdən çıxarılır - İşin arxasında keçmiş məmur dayanır? - FOTO
20-12-2024, 10:16
Zaqatala sakinlərinin problemi nə vaxt HƏLL olunacaq? - Yararsız yollar, işləməyən avtobuslar...
19-12-2024, 14:24