İnam Kərimovun çökdürdüyü AQRAR SEKTOR... - “Hökumət qarşısında qoyulan məsələlər həllini tapmasa…”
Azərbaycanda kənd təsərrüfatı sahəsində gözlənilən nəticələr əldə olunmayıb.
İqtisadiyyat naziri Mikayıl Cabbarov Prezident İlham Əliyevin iştirakı ilə koronavirusla mübarizə sahəsində görülən tədbirlər və sosial-iqtisadi vəziyyətlə bağlı keçirilən müşavirədə çıxışı zamanı bunu bildirib:
“Hazırda mövsümdən asılı olan ticarət və iaşə obyektlərinin fəaliyyətində, məlum quraqlıq nəticəsində kənd təsərrüfatı sahəsində gözləntilərimizdən daha mənfi nəticələr proqnozlaşdırırıq”.
Məlum olduğu ki, koronavirus pandemiyası, bununla əlaqədar görülən karantin tədbirləri ölkə iqtisadiyyatına ciddi zərbə vurub. Sərhədlərin qapadılması, turizm sektorunu demək olar ki iflic vəziyyətinə salıb, istehsal sahələri, ictimai iaşə obyektlərinin uzun müddət qapalı olaraq qalıb ki, bu da cənab nazirin də dediyi kimi, özünü ümümdaxili məhsul istehsalı ilə bağlı proqnozlarda da göstərib.
Qeyd edək ki, pandemiyanın yaratdığı şəraitdə dünya ölkələrində kənd təsərrüfatı məhsullarının istehsalına xüsusi önəm verilib. Bəzi ölkələr karantin vəziyyətində ərzaq təhlükəsizliyinin təmin olunması məqsədi ilə idxalı azaldıblar. Belə bir vəziyyətdə Azərbaycanda isə vaxtında su problemlərinin həllini tapmaması, dövlət büdcəsindən bu sahəyə ayrılan vəsaitlərin mənimsənilməsi kənd təsərrüfatı sahələrində geriləmə ilə nəticələnib.
Ümumilikdə ayrı-ayrı sahələr üzrə durum necədir?
Aqrar Elm və İnnovasiya Mərkəzinin şöbə müdiri Nicat Nəsirli də “Cümhuriyət” qəzetinə açıqlamasında bu il quraqlıq faktorunun daha ciddi olaraq ortaya çıxdığını qeyd edib:
“Kənd təsərrüfatında üç vacib istehsal ünsürü var - su, torpaq və günəş. Onlardan biri olmadığı halda istehsalı qurmaq olmur. Bu il mövsüm başa çatır, yığımlar gedir. Təxminən bir ay sonra payızlıq əkinlər başlanacaq, bundan sonra isə mövsüm dəyişir və təbiət özü kənd təsərrüfatında gedən prosesləri tənzimləyəcək. Problemlər isə aprel-may aylarında yenidən ortaya çıxacaq. Əgər bu müddətə qədər Prezidentin yanında keçirilən müşavirədə ortaya çıxan hədəflərə əməl olunarsa, növbəti ilki fəsadları xeyli aradan qaldırmaq olar, mənfi dinamikanın qarşısını ala bilərik”.
Ekspert deyir ki, əsas problemlər taxılçılıq və yem istehsalında yaranıb:
“Bu il otlaq sahələrində yem məhsulları ilə bağlı problemlər yaranıb və bunun nəticəsi olaraq yem məhsullarının qiyməti xeyli bahadır. Azərbaycan iqlimi şəraitində əgər əvvəllər yonca ildə 5-6 dəfə biçilirdisə, indi quraqlığa görə biçin sayları aşağə düşdüyünə görə yoncanın qiymətində artım müşahidə edirik. Amma bu sahədə bəzi kompleks məsələləri həll etməklə yem problemini aradan qaldırmaq olar. Bütün ölkə yonca əkininə köklənib. Yem bitkilərinin əkin strukturunun genişləndirilməsi ilə yükün yoncanın üzərinə düşməməsini təmin etmək olar. Çünki yonca suya qarşı tələbkar bitkidir, amma elə bitgilər var ki, onların suya qarşı tələbatı azdır və ya alternativ yem mənbəyi yaradıla bilər. Bizdə nədənsə, soya, darı, digər paxlalı bitkilərə, qarabaşağa maraq azdır. Bunu bizim sahibkarlarımız da qəbul etməlidir. Gələn il bütün sahələrin sulanması, otun qiymətinin 50-60 qəpiyə düşməsi illuziyadır. Çünki yemə o qədər təlabat var ki, alternativ yemçilik istiqamətinə yönəlməmiz vacibdir”.
Bu ilki taxıl istehsalının səviyyəsindən danışan Nicat Nəsirlinin sözlərinə görə, əkin aparılan sahələrdə məhsuldarlıq normal səviyyədə olub, amma ümumilikdə istehsal səviyyəsinin aşağı düşməsinə bəzi sahələrdə əkinin aparılmaması səbəb olub:
“Müşavirədə də rəsmi olaraq bildirildi ki, 100 min hektar sahədə əkin aparılmayıb. Bu da əsasən dəmyə ərazilərində olub. Suvarılan ərazilərlə bağlı problem olmayıb. Hətta biz özümüz də şahidi olduq ki, məsələn, Ceyrançöldə sahələrdən yerli sortlardan 70-80 sentner məhsul əldə olunub. Əsasən dəmyə ərazilərində quraqlıqla əlaqədar məhsul götürülməyib. Bizdə rəsmi olaraq orta məhsuldarlıq 31-32 sentinerdir. Bu dünya göstəricilərindən xeyli aşağıdır. Prezident də öz çıxışlarında dəfələrlə bildirib ki, məhsuldarlıq 50-60 sentinerə çatdırılmalı, yəni iki dəfə artmalıdır. Bunun yolu isə suvarmadan, mədəni əkinçilikdən keçir, bunlar tətbiq olunmalıdır ki, ciddi məhsuldarlıq əldə olunsun. Dəmyə ərazilərində isə bu mümkün deyil. Bundan sonrakı dövrdə dəmyə ərazilərindən yüsək məhsuldarlıq əldə etmək çətin olacaq. Mütləq damcısuvarma, yağış yağdırma üsullarına keçməliyik”.
Məlum olduğu kimi, Azərbaycanın qeyri-neft sektoru üzrə ixrac göstəricilərində tərəvəzlərin, xüsusilə pomidorun xüsusi çəkisi var.
Bu sahədə vəziyyət necədir?
Ekspert deyir ki, xaricə ixrac olunan pomidor əsasən istixanalarda yetişdirilir:
“Bu istehsal sentyabrdan başlanaraq, iyun ayına qədər davam edir. İstixanalarda problem yoxdur. Orada müasir texnologiyalar tətbiq olunduğundan nə su, nə də enerji catışmazlığı yoxdur. Amma bizdə açıq sahə tərəvəzçiliyə də var. Ölkədə təxminən 480 min ton pomidor istehsal olunur, onun yarıdan çoxu açıq tərəvəzçiliyin payına düşür. Quraqlıq faktoru tərəvəzçiliyin üçün də təhlükədir. Eləcə də nəzərə alsaq ki, açıq tərəvəzçilikdə zərərvericilər ildən - ilə artır məsələ daha da aktuallaşır. Hökumət qarşısında qoyulan məsələlər həllini tapmasa, digər sahələrdə də azalma müşahidə edəcəyik”.
Paylaş:
Müəllif : Yazar
Tarix:11-08-2020, 13:50
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:11-08-2020, 13:50
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 14:26
Varlı ölkənin kasıb əhalisinin naziri - xəstə inək və qara qəpik verən Sahil Babayev “çarpaz atəş altında”
Bu gün, 10:11