"Azyaşlı qız haqqında çirkab yayırlar, onun əxlaqsız olduğunu söyləyirlər" - LERİK İŞİ
Lerikdə yetkinlik yaşına çatmayan qızla cinsi əlaqədə olmuş müəllim barəsində çıxarılmış hökmə Respublikanın Baş Prokurorluğu reaksiya verib.
Baş Prokurorluğun məlumatında qeyd olunur ki, bəzi kütləvi informasiya vasitələri və sosial media səhifələrində on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olmaqda təqsirləndirilən şəxsin məhkəmənin hökmü ilə 1 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi ilə bağlı informasiyalar yayılıb.
Baş Prokurorluq bildirir ki, Şəfahət Məmmədovun Cinayət Məcəlləsinin 152.1-ci (on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli hərəkətlər etmə) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə istintaq tamamlanmaqla ittiham aktı 16 iyun 2020-ci il tarixdə Lerik rayon prokuroru tərəfindən təsdiq edilərək iş baxılması üçün aidiyyəti üzrə Lerik rayon məhkəməsinə göndərilib.
Məhkəmənin 30 iyul 2020-ci il tarixli hökmü ilə Şəfahət Məmmədov Cinayət Məcəlləsinin qeyd olunan maddəsi ilə təqsirli bilinərək ona 1 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilib.
Lakin hökmdən narazı qalan dövlət ittihamçısı tərəfindən Şəfahət Məmmədova təyin edilmiş cəzanın yüngül olması əsası ilə Şirvan Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasına apelyasiya protesti verilib.
Baş Prokurorluğun məsələyə reaksiyasını dəyərləndirən “Təmiz Dünya” İctimai Birliyinin sədri Mehriban Zeynalova “Şərq”ə açıqlamasında rəsmi orqanın açıqlamasını müsbət tendensiya olaraq qiymətləndirdi:
- İlk növbədə Baş Prokurorluğa, hökmdən apelyasiya protesti verən dövlət ittihamçısına təşəkkür edirəm. Dövlət orqanının hadisəyə, ictimaiyyətin narazılığna biganə qalmaması qürurvericidir. Belə halda vətəndaş dövlətini yanında hiss edir, yanında görür. Bu məlumat yayılandan sonra mənə müxtəlif təzyiqlər olur, təqsirləndirilən şəxsin qohumları tərəfindən.
Ən pisi də odur ki, zərərçəkmişlə bağlı nalayiq sözlər işlədirlər. Azyaşlı qız haqqında çirkab yayırlar. Onun əxlaqsız olduğunu söyləyirlər. “Düşüncələri” budur ki, qız əxlaqsızdırsa, ona qarşı hər hərəkəti etmək olar. Belə stereotiplər təəssüf ki, hələ də güclüdür.
Məni bu yanaşma tərzi dəhşətə gətirir. Qız əqli zəifdi, bu da genetik çatışmazlıqdı. Amma kim olur-olsun, qanun heç kimə kiminsə üzərində zorakılıq və ya işgəncə əməlinə hüquq vermir. Bunu söyləmək belə artıqdı.
Əqli çatışmazlığı varsa, deməli, o qıza qarşı istənilən hərəkəti etmək olar?! Bu necə “məntiqdi”?! Bizə zəng edib deyirlər ki, təqsirləndirilən şəxs günahsızdı.
Amma 1 il cəza ilə razılaşırlar. Günahsızdısa, niyə hakimin hökmü ilə razılaşırlar? Proses 6 ay davam edib. Sonunda hakim 1 il azadlıqdan məhrumetmə cəzası müəyyən edib. Olsun, 1 il. Amma hakim heç bir səbəb olmadan 1 il cəzanı necə müəyyən edir?
Bizim istədiyimiz və məhkəmə orqanlarından gözləntimiz qanunun aliliyinin təmin edilməsidir. İstəyimiz odur ki, stereotiplər qanunu üstələməsin, qanuna təsir etməsin. Amma indiki halda görünən budur ki, stereotiplər hakimə təsirsiz ötüşməyib.
Paylaş:
Müəllif : Yazar
Tarix:14-08-2020, 14:24
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:14-08-2020, 14:24
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
23-11-2024, 13:35
Samux İcra Hakimiyyətinin tərkibində 600 min manatlıq qəribə “alış-veriş” – Kəlbətin, təkər, izolent, maşın yağı və s…
23-11-2024, 13:25
NMR Səhiyyə naziri Samiq Sadıxov və TMİB-in icraçı direktoru Vüsal Məmmədov həkimləri yalan məlumat verməyə məcbur edir - İDDİA
23-11-2024, 13:24
Ramiz Mehdiyevin kürəkəni Azərbaycan məhkəməsini “dubinka”ya çevirib – sahibkar etiraz edir
22-11-2024, 16:08
Su şəbəkələrinə qoşulmanın asanlaşdırılması iqtisadi islahatların tərkib hissəsi kimi – Ekspert rəyi
22-11-2024, 15:39