Eldar Həsənovun şərləyərək həbsə aldığı Nizami Qocayevdən sensasion müsahibə - “Gərək elə bir adam doğulmayaydı, Azərbaycan xalqının elə bir oğlu olmayaydı”
Müsahibimiz Daxili İşlər Nazirliyinin İstintaq İdarəsinin sabiq rəisi Nizami Qocayevdir. Onunla söhbətə bu ilin mart ayında təqaüdə çıxması, vaxtilə baş prokuror olaraq onun həbsinə sanksiya vermiş Eldar Həsənovdan başladıq:
- İşləmişik, illərimiz dövlətə, millətə xidmətdə keçib, indi istirahət edirəm. Martda təqaüdə çıxdım, oturub istirahət edirəm. Ondan, həbsindən heç nə demək istəmirəm. Nə deyim, hər şey göz qabağındadır.
- Sosial şəbəkələrdə əvəzinizdən xeyli şərhlər var, günahsız olaraq həbsinizə sanksiya verdiyini yazırlar. Siz isə susursuz.
- Sağ olsunlar, həqiqəti yazırlar.
- Fikirləriniz maraqlıdır.
- Vaxtında bəraətimi almışam. O işi aparanlar da bilirdi ki, günahsızam. Mənə qarşı saxta ittihamlar irəli sürülmüşdü. Ona görə də bəraətimi aldım, hüquq-mühafizə orqanlarında uzun müddət işlədim. İndi də pensiyaya çıxmışam. Heç maraqlanmıram o məsələlərlə. Mənə qarşı edilən haqsızlıqlar vaxtında araşdırılsaydı, bu gün bu hadisələr də baş verməzdi. İndi kanallara baxıram, onun Rumıniyada, Bosniyada etdiklərini oxuyuram, çox təəssüf edirəm, çox gec tədbir görülür. Həddindən artıq gec tədbir görülür. Allah hamının işini avand eləsin. Amma mən həmişə onun üzünə demişəm ki, səhv mövqe tutub, anadan səhv olub. Gərək elə bir adam doğulmayaydı, Azərbaycan xalqının elə bir oğlu olmayaydı.
- Bəraət alıb azadlığa çıxandan sonra Eldar Həsənovla görüşləriniz oldumu?
- Biz onunla gənc vaxtlarımızdan bir-birimizi tanıyırıq. Məndən yaşda 5-6 ay kiçikdir. Çox can atıb ki, görüşək. Qəbul etməmişəm.
- Tanışlığınızın tarixçəsi maraqlıdır.
- Gəncliyimizdən orqanlarda işləmişik, elə orqanlardan da bir-birimizi tanımışıq.
- Bəs necə oldu ki, sizin həbsinizə sanksiya verdi?
- Mən onun qardaşının işini aparmışam, Şahin Həsənovun. Onun qardaşını tam əsaslı və qanuni olaraq həbs etmişəm. Bu gün də həmin iş açıqdır, Daxili İşlər Nazirliyinin İstintaq İdarəsində qalır. Qaldırsınlar, baxsınlar.
- Eldar Həsənovun qardaşını niyə həbs etmişdiz?
- Onun qardaşı “Azəravtoyol”da rəis işləyirdi. O dövrdə külli miqdarda yeyinti üzə çıxmışdı. “Azəravtoyol”un bütün idarə və yerli təşkilatlarında çox böyük yeyintilər vardı. Çoxlu pullar “yeyilmişdi”. Eyni zamanda neftlə bağlı, benzin və yanacaqla bağlı yeyintilər vardı. Onun qardaşını qanuni olaraq həbs etdim. O dövrdə Eldar Həsənovun müavini İsa Nəcəfovun sanksiyası ilə Şahin Həsənovu həbs etmişdik. O işin aparılması Prezident Aparatından mənə həvalə olunmuşdu. Bundan sonra o mənə qarşı saxta ittihamlar düzəltdi... Bu gün isə özü tutulub, cinayəti varsa, hər halda cəzasını alacaq.
- Bəraət verilməklə qanunsuzluğu təsdiqlənən saxta ittihamla bir neçə il həbsdə olduz. İndi sizə qarşı qanunsuzluq etmiş şəxs həbsdədir. Nə düşünürsüz?
- Təəssüf hissi keçirirəm. Mən həbsə alınanda gənc idim, perspektivim vardı. Müstəntiq işləmişdim, arzum olmuşdu İstintaq İdarəsinin rəisi olum, olmuşdum da. Çoxlu arzularım vardı. Saxta üsullarla yolumu kəsdi. Mən nə deyə bilərəm? Həyatımı, karyeramı korladı. Ailəmə belə şər-böhtan atdılar. O cinayəti eləmişəm, bu cinayəti eləmişəm yazdılar, Ziya Bünyadovun qətlini belə üstümə yıxdılar. Belə-belə saxta ittihamlarla barəmdə xoş olmayan fikirlər yaradırdılar. Eyni zamanda, o dövrdə “Yeni Müsavat”ın da rolu olmuşdu. Qalmayan şər-böhtanı yazırdılar. Həmin nömrələri saxlamışam. Bəraət alandan sonra heç birini məhkəməyə vermədim. Mənə çox dedilər, amma vermədim. Onun vəkilləri vardı, gəlib məndən üzr istədilər, dedilər ki, Eldar Həsənov və Azər Vahabzadə bizi məcbur edib ki, sizə qarşı şər-böhtan yazaq. Mən heç birinə əhəmiyyət vermədim. Bilirdim ki, o adamlar böyük oyunun kiçik oyunçularıdır, onların heç bir səlahiyyəti yoxdur. Başında da partiya liderləri dururdu. Bəraət aldım, işimə qayıtdım. Rahatam, çox rahatam. Bu gün “Kanal 24"də onun Serbiyada, Monteneqroda elədiyi cinayətləri, qurduğu oyunları 1 saat oxuyurlar, eşidirəm, məəttəl qalıram. Deyirəm ”neujeli" Azərbaycanın belə bir alçaq övladı var. Qarabağdakı ermənilərə kömək edəsən, onlara silah satılmasına göz yumasan, ölkədə çevriliş edəsən, rəhbərliyə keçmək istəyəsən. Mən o dövrdə ərizələrimdə yazmışdım ki, bu, prezident olmaq istəyir. Bircə xülyası budur. Bu belə bir adamdır. Deyir quyunu dərin qaz, gen qaz, vaxt-zaman gələr özün düşərsən. Öz qazdığı quyulardır, yaxşı ki, sona qədər getmədi.
- Siz bəraət alandan sonra təmasınız olub?
- Çoxlu müraciətlər, cəhdlər edib ki, barışım onunla. Rədd etdim.
- Niyə?
- Məni şəxsən özünün təşəbbüsü ilə həbs eləmişdi. Ancaq yıxırdı keçmiş prezidentin, Ramiz Mehdiyevin üzərinə. Mən də həqiqəti bilirdim. Mənim vəkilim olmuş Adil İsmayılov bu gün onun vəkilidir. Ona etiraf edib ki, mən eləmişəm, səhv eləmişəm. İndi öz başına gəlib.
- Deyirsiniz ki, prezident olmaq iddiası vardı. Bunun üçün konkret addımlarını sezmişdiz?
- Çox böyük iddialarla, xülyalarla yaşayan adamdır. Respublikada baş verən ağır cinayətlərin başında bu dayanırdı. 5 il baş prokuror oldu. OMON iğtişaşından tutmuş, bütün hadisələri, yüksək vəzifəli məmurların ölümündən tutmuş, insan oğurluqları, insan alverindən tutmuş bütün cinayətlərdə əli vardı. Baş Prokurorluğun idarə rəisi Rövşən Əliyev vardı, onun ölümü də bunun işi idi. İddiası da bu idi ki, bu olmalıdır, vəssalam. Ambisiyalı adamdır. Özü haqda çox yüksək fikirdədir.
- Eldar Həsənovun həbs xəbərini kimdən eşitdiz?
- İnternetə baxırdım, xəbər çıxdı ki, saxlanılıb. Vəssalam. Ondan sonra da xəbərlər yayıldı, təsdiqləndi.
- Nə hisslər keçirdiz? Nə düşündüz?
- İnandırım sizi, tüküm də tərpənmədi. Mən bunu təbii sayırdım. Bilirdim ki, bunun axırı belə olacaq. Adam xəstədir, ağ qan xəstəliyi var, adamın ona yazığı gəlir. İnsan, canlı olan şəxs bu qədər alçaq ola bilməz. Qəddar, qansızdır. Öz dostlarını tutub. Öz yaxın adamlarını, biznes şəriklərini, öz qohumlarını həbs eləyib. Qohumları İsgəndər Həmidovu, Sərdar Həmidovu tutub. Özü də hamısını vətənə xəyanət damğası ilə həbsə alıb. Rövşən Cavadovu tovladı saldı ortalığa, onu öldürtdü, qardaşı Mahir Cavadovu didərgin saldı. Yüzlərlə namuslu, qeyrətli prokurorluq işçilərini şərlədi, işdən çıxardı, savadlı hüquqşünasları məhv elədi, həyatdan sildi. Çoxları ürək xəstəliyindən öldü, həyatları alt-üst oldu. 1995- 2000-ci illərdə, həmin 5 ildə baş verən cinayətləri qaldırsaz, görəcəksiz ki, nələr olub o dövrlərdə.
- Konket hansı cinayətlərdən söhbət gedir?
- (Suala birbaşa cavab vermir) ...Çox təəssüf edirəm ki, bundan sonra da gedib orada Azərbaycan xalqına qarşı burda başladığı cinayətləri davam etdirib. Kim nə cinayət edibsə, cinayətinin cəzasını alsın. Onun axırı belə də olmalı idi.
“Yeni Müsavat”
Paylaş:
Müəllif : Yazar
Tarix:20-08-2020, 09:21
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:20-08-2020, 09:21
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti