Daha bir başçı qara maskalıları "gözləyir"... - Xızının Xəzəri hələ ki istədiyini edir...
Bu ilin mart ayında Ekologiya və təbii sərvətlər nazirinin müavini Rauf Hacıyev Xızıda qəbul keçirərkən yaşıllıqların məqsədli şəkildə məhv edilməsindən Xızı rayonu yerli icra strukturlarının bu işdə neqativ rolundan bəhs edən şikayətlərlə üzləşib..
Qeyd olunub ki, 2015-ci ildə "İDEA” İctimai Birliyinin təşəbbüsü ilə gerçəkləşən I "Ümumrespublika yaşıllaşdırma” marafonu çərçivəsində Xızı rayonunun Giləzi qəsəbəsi ərazisində və digər yaşayış məntəqələrində 10 minə yaxın Eldar şamı əkilmişdi.Bu gün həmin tinglərin demək olar ki,90 faizi rayon rəhbərliyinin gözü qarşısında susuzluqdan quruyub.Məsələ ilə bağlı narahatlığını ifadə edənlərin qarşısında icra başçısı Xəzər Aslanovun cavabı da belə olub: "Mənlik dəyil.Səbəbini gedin,suvarma sistemləri idarəsinin rəisi Fərrux Haqverdiyevdən soruşun.” "İDEA” İctimai Birliyinin bu xeyirxah təşəbbüsünə sayğısız münasibətin kökündə duran amillərdən başlıcası rayon icra aparatının rəhbəri Xəzər Aslanovun və əlaltısı Arzu Əzizovun bitib tükənməyən tamahıdır.” Xızı şəhərindəki köhnə xəstəxanaya yaxın ərazidə stadion tikintisi üçün ayrılmış torpaq sahəsi şəhər bələdiyyəsinin sabiq sədri Möhsüm Bağırovun "zəhməti” hesabına icra başçısı Xəzər Aslanov və ətrafındakı məmurlar- İH başçısının indiki müavini Arzu Əzizov və icra hakimyyəti başçısının sabiq müavini Azər Əlizadə arasında bölüşdürülüb. İcra başçısının və müavininin sınırsız iştahı qarşısında 2.5 hektarlıq böyük bir palıd meşəsi də xızılıların və Ekologiya Nazirliyinin regional idarəsi rəhbərliyinin gözü qarşısında yoxa çıxıb.Sonradan məlum olub ki, bu "yaşıl soyqırımın” icraçıları saxtakarlıqla dolu əməllərinə qanuni don geyindirmək üçün sözügedən ərazinin xəritəsində sürüşdürmələr aparıblar.Bu yolla Xızı rayonu ərazisində xeyli tarpaq sahəsii mənimsənilib.Nədənsə, Xızı rayon icra aparatının başçısı Xəzər Aslanovun və müavini Arzu Əzizovun bu əməlləri hələ də hüquqi qiymətini almayıb.Xızıda hələ də ümid edirlər ki, qara maskalılar yolu bir gün rayon icra hakimiyyətinin başçısı Xəzər Aslanovun iş otağından salacaqlar.
7News.Az
Paylaş:
Müəllif : Yazar
Tarix:20-08-2020, 09:22
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:20-08-2020, 09:22
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti