reklam
Regionxeberlericom.az » Gündəm » Xırda adamın BÖYÜK SƏRVƏT İMPERİYASI... - İLGİNC FAKTLAR

reklam

Xırda adamın BÖYÜK SƏRVƏT İMPERİYASI... - İLGİNC FAKTLAR


Mətbuatda Prezident Administrasiyasının sabiq rəhbəri, AMEA prezidenti Ramiz Mehdiyevin nəvəsinin toy mərasiminin keçirilməsi ilə bağlı video yayıldı və dünən günboyu bütün diqqətləri məşğul etdi. Amma burada əsas bir məqam da var idi ki, hələ xeyli müddət unudulmayacaq.

Görüntülərdə Bakı Dövlət Universitetinin sabiq rektoru Abel Məhərrəmov Ramiz Mehdiyevin şərəfinə “tost” dediyi eşidilir:

"Ramiz müəllim, biz sizin xidmətlərinizi çox böyük qiymətləndiririk. Çox böyük! Nəinki biz. Biz kimik ki? Xırda adamlarıq. Xalqımız çox böyük qiymətləndirir. Bu uğurlarımızın həyata keçirilməsində taktiki addımlara siz rəhbərlik etmisiniz".

Məsələ ilə bağlı jurnalistlər A.Məhərrəmovdan münasibət öyrənmək üçün ona zəng də ediblər.

A.Məhərrəmov söhbət zamanı Ramiz Mehdiyevin nəvəsinin toy mərasimindən danışmaq istəmədiyini deyib:

“Mən bu məsələ ilə bağlı danışmaq istəmirəm. Niyə məni narahat edirsiniz? Görüntülər yayılıb, yaxud yayılmayıb... Mən evdə istirahət edirəm. Sağ olun!”.

Biz isə aktuallığını nəzərə alaraq özünü heç kəs sayıb, xırda adam olduğunu deyən Abel müəllimin həqiqətəndəmi doğru dediyini aydınlaşdırmaq qərara aldıq. Araşdırdıq ki, Abel müəllim doğrudandamı xırda adamdır... Aşağıdakı faktlar isə belə deməyə əsas yaratmır. Xırda adamda bu qədər sərvət hardandır? Əgər Abel Məhərrəmov xırda adamdırsa, görƏ onda onun böyük hesab etdiklərinin nələri var... Beləliklə...

Sosial şəbəkələrdə Abel Məhərrəmova məxsus olduğu iddia olunan əmlakların siyahısı zaman-zaman yayılıb. Bu siyahı ilə tanışlıqdan belə məlum olur ki, hörmətli rektorumuz əməlli-başlı villabaz olub: ölkənin dörd bir tərəfinə səpələnən villaların sahibidir. Təkcə Bakı şəhərində 6 olmaqla, ümumilikdə 10-dan artıq villası var:

- Binəqədidə, Varovski deyilən ərazidə - iki villa;

- Quba rayonunda – 1 villa;

- Xızı rayonunda – 1 villa;

- Nabranda – 1 villa;

- Şüvəlan qəsəbəsində – 1 villa;

- Mərdəkan qəsəbəsində – 1 villa;

- Milli Elmlər Akademiyası yaxınlığında yerləşən milyonerlər məhəlləsində – 1 villa;

- Nərimanov rayonunda yerləşən – “Mona Liza” şadlıq sarayı;

- 8 mikrorayonda restoran.

- Paytaxtın ən bahalı yerlərində hündürmərtəbəli binalarda çoxsaylı mənzillər…

Abel Məhərrəmovun daşınar və daşınmaz əmlakları ilə bağlı daha bir siyahı isə DİA.AZ-a daxil olub:

1. “ALFERO” istirahət mərkəzi - Nabranda 200 hektar ərazidə inşa edilib, dəyəri 61 milyon manat civarında qiymətləndirilir. Qzı İzabellanın adına qeydiyyatdan keçib.

2. “MONA LİZA” şadlıq sarayı - Bakıda ən bahalı və məşhur şadlıq saraylarından biridir. Dəyəri 12 milyon manat civarında ölçülür.

3. “İZABELLA” Şadlıq Sarayı - Bakıda Elmlər Akademiyası Metrostansiyasının yaxınlığında yerləşir, dəyəri 23 milyon manat civarında ölçülür.

4. BDU-nun 20-yə yaxın bufet və yeməkxanalarının icarəsindən hər il əldə olunan 1 milyon 200 min manat gəlir.

5. Bakıda 11 müxtəlif ərazidə SPA idman salonlarından əldə olunan gəlirlər. Hər birinin dəyəri 4-7 milyon arasında qiymətləndirilir.

6. “RAMSEY” mağazası - Sahil Ticarət Mərkəzində yerləşir. İtaliya-Türkiyə istehsalı olan brend marka kişi kostyumları mağazaları şəbəkəsi.

7. Avtomobil qarajında ümumi dəyəri 5 milyon manatdan artıq olan son model bahalı avtomobillər...

Məhərrəmovun şəxsi avtomobil qarajında dünyanın ən müasir son model avtomobillərinin siyahısı:

1) “Lamborghini”

2) “Bentley”

3) “Porsche Cayenne”

4) “Land Rover”

5) !Mercedes AMG” (son model, zirehli, dəyəri 1 milyon 800 min manat avro dəyərində ölçülür)

6) “Audi Q7”

7) “Audi Q8” (Son model, qiyməti 450 min avro)

8 ) “Mercedes Geländewagen” (qiyməti 250 min avro)

9) “BMW X6” (son model - qiyməti 200 min avro)

10) “BMW -760” (qiyməti 400 min avro)

***

Hə, əziz oxucu... Belə xırdalığın həvəsində olanlar yəqin kifayət qədərdir... Allah sərvətcə hər kəsə belə xırdalığı qismət eləsin, amma mənəviyyatca hər birinizə böyüklük arzulayırıq...


Paylaş:


Müəllif : Tarix:
22-08-2020, 10:16
Sikayət   


loading...
Загрузка...