"Ömrümdə durub Ramiz Mehdiyevə belə “tost” demərəm..." - "Əli Həsənov kim idi ki.., bir “Jiquli”si vardı və..."
AMEA Prezidenti Ramiz Mehdiyevin karantin rejimini pozaraq öz nəvəsinə toy məclisi qurması ətrafında baş verən qalmaqal və gərginlik hakim YAP-ı da müəyyən dərəcədə silkələmiş oldu.
“AzPolitika.info” həmin toydan sonra baş verənləri YAP-ın qurucularından biri olan professor Əli Əlirzayevlə müzakirə edib.
- Əli müəllim, Ramiz Mehdiyevin məlum məclisi təşkil etməsini və bundan sonra baş verənləri necə qiymətləndirirsiniz?
- Hesab edirəm ki, bu hadisələr qədərindən artıq şişirdilib. Bəli, səhv edib və qanundan kənara çıxıbsa, hüquq-mühafizə orqanları da buna lazımi hüquqi qiyməti verib. Lakin bunu qabarıq formada ifadə etmək millətimiz, xalqımız üçün məqbul deyil. Səhv olub və bu da hüquq müstəvisində həll edilməlidir. Ramiz Mehdiyev 27 il vəzifədə olub. Heydər Əliyev və İlham Əliyevlə birgə çalışıb. İndi əgər karantin qaydalarını pozaraq toy edibsə, bunun da cəzası var. Ola bilsin ki, vaxtında Ramiz Mehdiyev kimlərisə məhv etmək, sıradan çıxarmaq niyyətində olub. İndi həmin şəxslər Ramiz yıxılan kimi danışmağa başlayıblar. Məncə, bu, düzgün deyil.
Həmin şəxslər vaxtında ona sözünü deməli, onunla mübarizə aparmalı idilər. Onda hamı da deyərdi ki, filankəs Ramizlə mübarizə aparıb, türmədə yatıb. İndi Ramizin 82 yaşı var. Mən onu tərif etmirəm, onlar karantin rejimində belə səhvə yol verməməliydilər. Axı Ramiz müəllim ağıllı adamdır, belə addıma necə gedə bilərdi? Olmazsa, deməli olmaz. Bu, nə deməkdir? Toy eləmək niyyətiniz vardısa hər ailədən 3 nəfər gəlib toplaşardı və məsələ də bitib gedərdi.
- Amma çoxlu sayda qonaqları olub və mütləq əksəriyyəti də siyasətdə tanınmış şəxslər...
- Siz ora gedənlərin ağlına baxın. Yaxşı, Abel Məhərrəmov, sənə nə yaraşır ki, durub belə çıxışlar edirsən? Mənə elə gəlir ki, bunun özü də səhnədir. Abel, sənə nə yaraşır ki, durub belə danışırsan? Özün də bilirsən ki, bunu çəkə və yaya bilərlər... Hələ fəxrlə də deyirsən “biz xırda adamlarıq, heç kimik”. Mənasız fikirlərdir. Siyavuş Novruzov əvvəl deyir getmişəm, sonra deyir Ramiz Mehdiyev bizi aldadıb. Həmin məclisin təşkili çox müəmmalı hadisədir və onun görünməyən tərəfləri var. Bir daha qeyd edirəm ki, Ramiz Mehdiyev ilin-günün bu vaxtında, pandemiya ilə mübarizənin getdiyi bir dövrdə gərək belə addım atmayaydı. Buna nə ehtiyac vardı? Bir sözlə, mən bu baş verənləri xalqımız və millətimiz üçün yaxşı hadisə saymıram. Məni tanıyanlar da bilirlər ki, heç kəsin tərəfində olan adam deyiləm. Sadəcə, istənilən sosial şəbəkəni açan kimi baxırsan ki, mövzu ancaq bu hadisədir. Ramiz Mehdiyevin 82 yaşı var, təzədən silah götürüb hökumətə və dövlətə qarşı mübarizə apara bilməz. Heç aparmaz da. Bu mənada hesab edirəm ki, biz gələcəyə baxmalıyıq.
Sizə bir məqamı deyim. Mən Xalq Təsərrüfatı İnstitutunda prorektor vəzifəsində çalışırdım. Hakimiyyətdə də Mütəllibov idi. Mənə təzyiqlər etdilər, dedilər bizim adam ol, birlikdə işləyək. Dedim, istəyirsiniz vəzifədən çıxarın, mən Heydər Əliyevin tərəfdarıyam və ömrüm boyu da belə olacaq. Məni işdən çıxardılar. Sözüm odur ki, indi Ramizi tənqid edənlərin çoxu əvvəl ona tərif deyirdilər. Başıma gəldiyi üçün deyirəm. İnstitutdan çıxarılandan sonra dəhlizdə müəllimlər məni görəndə üzlərini döndərib gedirdilər, birdən rektor görər ki, onlar mənə salam verirlər. Rektor da Mütəllibovun adamı idi və məni sıxışdırırdı...
- Əli müəllim, həmin toyda akademik Abel Məhərrəmov siyasi çalarları olan çıxış edib. Sizcə, bu onu göstərmirmi ki, toplaşanlar təkcə toy üçün gəlməyiblər?
- Açığını deyim ki, nə mən, nə də yaxın bir adamım həmin məclisdə olmayıb. Amma bəllidir ki, insanlar bir yerə toplaşanda hər mövzudan söhbət edirlər. İki qonşu salamlaşdıqdan sonra bir də görürsən ki, ya Qarabağdan danışırlar, ya torpaqlardan, ya parlamentdən, ya da kimlərinsə vəzifədən çıxarılmasından.
- Həmin toyda bir yerə toplaşanların əksəriyyəti vəzifədən çıxarılanlardır. Yəqin ki, bu şəxslər vəzifələrini itirmələrindən narazıdırlar...
- Sözsüz ki, narazıdırlar. Abel vəzifədən çıxarılmasına görə heç vaxt razı qala bilməz. Vəzifə elə bir şeydir ki, vəzifədən çıxarılandan sonra onun dadı adamın damağında qalır. Amma ağıllı adamlar müəyyən yaşdan sonra vəzifədən çıxarıldıqda oturub işləməli, kitab yazmalı, xalqa töhvə verməlidirlər. Məni 60 yaşında hər yerdən sildilər. Nə deputat seçilə bildim, nə vəzifə verdilər. Gedib müəllimliyimi etdim, kitablar yazdım, indi də yazıram. Söhbət ondan gedir ki, bu adamlar nə etmək istəyirlər, təzədən nəyisə qaytarmaqmı istəyirlər? Bunlar həmin adamlardır ki, indiki hakimiyyəti tərif edirdilər, badələr qaldırırdılar. İndi onları vəzifədən çıxarıblar deyə, narazı qalmalıdırlar? Bu, anlaşılmazdır. Məsələn, mənim də kifayət qədər yaşım var. Bəzən deyə bilərəm ki, filankəsi nazir qoydular, savadlı adamdır, amma təcrübəsizdir. Burada pis nə var ki? Bunu deyəndə belə çıxmamalıdır ki, mən bu siyasəti bəyənmirəm. Mən hər zaman öz fikrimi demişəm. Baxın, indiyə qədər Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Xanım Əliyevaya bir neçə dəfə teleqram vurmuşam. Qeyd etmişəm ki, məni Ali Atestasiya Komissiyasına sədr qoyun. Eləcə də teleqram vurmuşam ki, mənə prezident təqaüdü verin. Mən bunları istəyirəm, açıq da deyirəm. Hesab edirəm ki, buna potensialım çatar. Potensialım yoxdursa vəəvvəllər qanunsuz işlərim olubsa, sözsüz ki, qorxmalıyam. Aydındır ki, vəzifədən çıxan istənilən adamın arxasında bir kölgə var. Yəni müəyyən səhvi olub. Bu səhvləri qaldırsaq, hamıya iş düşər. İndi Abelin yaşı 70-dən az olmaz. Varın, dövlətin var, get otur yerində. Nəvələrinlə oyna, dərsini de, pulunu al. Orada nə danışdıqlarını deyə bilmərəm, amma razyam ki, Abelin oradakı çıxışı zamanı “parlaq” ifadələr işlətməsi doğru deyil. Toyda sözsüz ki, tərif etməli, xoşbəxtlik arzu etməlisən. Daha “biz heç kimik, xırda adamıq” nə deməkdir?
Mən aliməm, amma bu, o demək deyil ki, böyük adamam. Yeri gələndə avtomobil təmirçisinə, dərziyə, kanalizasiya çəkənə də ehtiyac duyuram. Cəmiyyətdə hər kəsin öz yeri var. Odur ki, kiçik-böyük məsələsi yoxdur, şəxsiyyət məsələsi var. Ən vacibi şəxsiyyət olmaqdır. Onu da deyim ki, hər kəs tərifi sevir, amma bunu elə etməlisən ki, qabarıq olmasın, ürəkdən gəlsin. Lakin millət və cəmiyyət adından gedib belə danışmaq olmaz. Mən bəlkə də Ramiz Mehdiyevi Abel Məhərrəmovdan daha yaxşı tanıyıram. Onun xasiyyətini, müsbət və mənfi cəhətlərini də bilirəm. Amma mən ömrümdə durub Ramiz Mehdiyevə belə “tost” demərəm.
- Deyirsiniz ki, Ramiz Mehdiyevi yaxşı tanıyırsınız. Azərbaycanda çoxları onu Rusiyanın adamı kimi qələmə verir. Bu haqda nə deyə bilərsiniz?
- Bu barədə mən bir söz deyə bilmərəm. Çünki bu şeylərlə maraqlanmamışam. Ramiz Mehdiyev 1990-cı ildə Naxçıvana gəlmişdi, deputatlığa namizədliyini irəli sürmüşdü. Məni 1986-cı ildə indiki İqtisad Universitetinə prorektor təyin ediləndə, Mərkəzi Komitədə Ramiz Mehdiyevin qəbulunda olmuşam. Maraqlandı ki, kiməm, bu vəzifəni daşıya bilərəmmi. Dedi ki, ora ağır institutdur, gedin işləyin. Ondan sonra da 1990-cı ildə Şərur rayonundan deputatlığa namizədliyini irəli sürmüşdü. Mən onu Naxçıvanda qarşılamışam. O zaman İsa Məmmədov, rəhmətlik Şahmərdan, Əli Həsənov və digərləri rəqib idilər. Sonrakı illərdə ikimiz də deputat olduq, arada salam-kəlamımız var idi. Sonra bir dəfə məni dəvət edib dedi ki, filan məsələ ilə bağlı mövqeyini niyə bildirməmisən? Mən də dedim ki, mövqeyim bundan ibarətdir. Söhbət kompensasiyaları kəsib, ünvanlı sosial yardıma keçməklə bağlı müzakirələrdən gedirdi və bəzi şəxslərin bununla bağlı narazılığı mövcud idi. Mən də bu məsələdə öz fikrimi və mövqeyimi deyirdim. Fəal olaraq ünvanlı sosial yardımı hər yerdə izah edirdim. Bəzən buna görə, tənqidlə də üzləşirdim. Amma sonda elə mən deyən kimi də oldu. Lakin mən ikinci dəfə deputatlığa namizədliyimi irəli sürəndə heç kəs mənə yaxın düşmədi, dəstək vermədi - nə Ramiz Mehdiyev, nə də digərləri. Hamısına da zəng edib dedim ki, YAP-ın siyahısından namizədəm, ortaya güc də qoydum, seçicilərlə fəal işlədim. Amma hiss etdim ki, mənə qarşı münasibət müsbət deyil. Heç kimdən kömək görmədim. Əli Həsənovdan da o cümlədən. Əli Həsənov kim idi ki? Doğurdan da çox kasıb adam idi, bir “Jiquli”si vardı və səhv etmirəmsə alver edirdi. Sonra gəlib məni tənqid etdi. Odur ki, bu adamlarla heç vaxt işim olmayıb, başımı aşağı salıb öz işimlə məşğul olmuşam.
Mən də Ramiz Mehdiyev haqqında “rusun adamı” ifadəsini eşitmişəm. Səmimi deyim ki, mənimlə münasibətdə olduğu müddətdə bir dəfə də olsun bu haqda danışmayıb.
- Əli müəllim, məlum olduğu kimi, Siyavuş Novruzov YAP icra katibinin müavini vəzifəsindən istefa verib. Sizcə, ümumiyyətlə partiyanızda islahatlara ehtiyac varmı?
- Əgər Siyavuş Novruzov istefa veribsə yəqin ki, toplaşıb bir qərar verə, yerinə namizəd irəli sürərlər. Mən hazırda nə YAP-ın İdarə Heyətində, nə də Siyasi Şurasında təmsil olunuram. Tədbirlərə də dəvət almıram.
Paylaş:
Müəllif : Yazar
Tarix:26-08-2020, 09:38
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:26-08-2020, 09:38
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Dünən, 11:45
Magistral yolların keçdiyi rayonlarda yeni trend: Topraq sahələri kütləvi satışa çıxarılır
Dünən, 11:24
“Sahil Babyev, gəl sənə göstərim ki, biz sakinlərə necə xəstə heyvan verirlər!” – KƏLBƏCƏR SAKİNİNDƏN MÜRACİƏT / VİDEO, FOTO
Dünən, 11:18
Sumqayıtda milyonların talanmasında iştirakçı olan “Saffira Plus” MMC -nin fəaliyyəti niyə yoxlanılmır
Dünən, 11:07
İşçilərin maaşı ilə özünə “imperiya” quran dələduz şirkət rəhbəri QAÇDI - İLGİNC FAKTLAR...
20-12-2024, 21:08
Türkiyənin Suriya üçün göndərəcəyi 75 min ərzaq bağlamasının ilk partiyası yola salındı
20-12-2024, 14:01
Tiktoker Benizin zərərçəkəni hüquq-mühafizə orqanlarına müraciət etdi - 836 min manatdan çox pulunu hissə-hissə ələ keçirib
20-12-2024, 13:48
Ölkəmizə son illər iribuynuzlu heyvanlar HARADAN və NECƏ gətirilir? - “Dana monopoliyası” "kralı"na niyə DUR deyən tapılmır...?
20-12-2024, 12:09
Dünya çempionu 2,5 milyon pul qoyduğu obyektdən çıxarılır - İşin arxasında keçmiş məmur dayanır? - FOTO
20-12-2024, 10:16